Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-623/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri X7 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi tərəfindən Yasamal Bələdiyyəsinin sədri X7 barəsində ******* saylı inzibati qərar tərtib etmişdir. İnzibati tənbeh vermə haqqında qərarda X1 əmək müqaviləsindəki əmək qanunvericiliyinin tələbləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə, pozulması qeyd olunmuşdur. Bununla əlaqədar İXM-nin 114.1.1-ci maddəsinə istinad edilərək X5 İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 1500 manat (min beş yüz manat) tənbeh növü tətbiq edilmişdir. X3 xx.xx.2018-ci il tarixdə Yasamal Bələdiyyəsi İcra Aparatının Vergi və ödənişlər şöbəsinə baş mütəxəssis vəzifəsinə təyin edilmiş və xx.xx.2019-cu il tarixdə Bələdiyyədə ştat şədvəlində, struktur dəyişikliyinə uyğun olaraq Vergi və ödənişlər şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixdə səhhəti ilə əlaqədar olaraq öz tutduğu vəzifəsindən azad edilmişdir. Qanunvericiliyə müvafiq olaraq son haqq hesab hesablanmış və əmək haqqı kartına köçürülmüşdür. Bundan narazı qalan V.Atakişiyev DƏMX-nin Bakı şəhər idarəsinə müraciət etmiş və əmək hüquqlarının pozulmasından şikayətçi olduğunu bildirmişdir. Halbuki işdən azad olunma ilə bağlı heç bir qərəzli səbəb olmamışdır. Lakin, xx.xx.2020-ci il tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi tərəfindən Yasamal Bələdiyyəsinin sədri X7 barəsində ******* saylı inzibati qərar tərtib etmiş və qərarda X1 əmək müqaviləsinin əmək qanunvericiliyinin tələblərinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməklə, pozulması qeyd olunmuşdur. Belə ki, V.Atakişiyev öz xahişi ilə səhhətindəki problemlə bağlı işdən azad olunmasını bildirib. Ona heç bir təziq olunmayıb və son haqq-hesabıda qanunauyğun olaraq hesablanıb əmək haqqı kartına yüklənmişdir. Bununla əlaqədar xx.xx.2021-ci ildə həmin İnzibati tənbehin ləğv olunması ilə bağlı aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3508/2021 saylı qərardadı ilə işə aiddiyyəti üzrə Yasamal rayon Məhkəməsində baxılması bildirilmişdir. Odur ki, X1 əmək müqaviləsindəki əmək qanunvericiliyinin tələblərinin pozulması faktı ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhəri İdarəsinin tətbiq edilmiş İXM-nin 114.1.1-ci maddəsinə istinad edilərək X7 İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 1500 manat (min beş yüz manat) İnzibati tənbeh vermə haqqında MN №1066011 saylı qərarın müddəti keçdiyindən etibarsız hesab olunmalıdır. İnzibäti Xətalar Məcəllənin 38.1 maddəsində qeyd olunduğu kimi inzibati tənbeh - inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Qeyd olunan hadisə xx.xx.2020-ci il tarixdə baş verdiyindən müddət kifayət qədər keçmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* inzibati tənbeh vermə haqqında qərarın İəğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri T.İ.Məmmədov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* inzibati tənbeh vermə haqqında qərarın İəğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi A.B.Əliyev şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 əmək müqaviləsinə əmək qanunverciliyinin tələbləri pozularaq xitam verildiyi üçün Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri T.İ.Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri T.İ.Məmmədovun xx xxxxxx 2020-ci il tarixli, 35 saylı əmrinin surətindən görünür ki, Yasamal bələdiyyəsi İcra aparatı Vergi və ödənişlər şöbəsinin müdir müavini V.Ə.Atakişiyev AR ƏM-nin 68.2 (a) maddəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə əmək qanunverciliyinin tələbləri pozularaq xitam verilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixli protokola əsaslanaraq xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi X10 tərəfindən Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri T.İ.Məmmədov barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 101.1 və 101.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə yuxarıda göstərilənləri araşdıraraq hesab edir ki, vətəndaş V.Ə.Atakişiyevin əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə əmək qanunverciliyinin tələbləri pozularaq xitam verilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunarkən tərəfin iştirakı təmin olunmadan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1 və 101.2-ci maddələrinin tələbləri pozularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri T.İ.Məmmədov barəsində həmin Məcəllənin 38-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq inzibati xətanın törədildiyi gündən üç ay keçdikdən sonra inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və T.İ.Məmmədov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə edilmişdir. Bundan əlavə, Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri T.İ.Məmmədov barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olmuş, ona heç bir məlumat verilməmiş, hər hansı sənəd təqdim edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqları pozulmuşdur. Göstərilən səbəblərdən də, məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri T.İ.Məmmədov barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri T.İ.Məmmədovun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və T.İ.Məmmədovun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri X4 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri X7 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-623/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-623/2021
09.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver