Məhkəmə qərarları › İş №3(004)-623/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-623/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-623/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş 13 yanvar 2024-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Yasamal RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13- 53/2-4622/2024 saylı müşayiət məktubu ilə aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında icraat üzrə materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində tərtib edilmiş 19 iyun 2023-cü il tarixli, EQ seriyalı, 15184018 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni qərarın qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXMnin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərlə yanaşı, Şəxs barəsində iş materiallarında olan Azərbaycan Respublikası DİN-in DYP-nin Web portalı çıxarışından və 19 iyun 2023-cü il tarixli, EQ seriyalı, 15184018 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında müəyyən edilir ki, o, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. İXM-nin 529.3-cü maddəsinin tərkibi onun dispozitiv şərtlərinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə 529.3-cü maddənin tərkibi yaranır. Odur ki, qeyd edilən inzibati xətanın törədilməsi vaxtının müəyyən edilməsi üçün ilk növbədə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi tarix dəqiq müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 138-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 1) müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 2) eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 3) inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə xətanın törədilməsinə görə qəbul edilmiş qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən qərar ona Məcəllənin 57-ci maddəsinə əsasən rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Məcəllənin 138-ci maddəsinə görə isə qərardan şikayətin verilməsi müddətin bitdiyi gün, şikayət verildiyi halda isə apellyasiya instansiya məhkəməsinin qərarı elan olunduqdan dərhal sonra inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə minmiş olur. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə 529.3-cü maddənin tərkibi yaranır. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə 529.3-cü maddənin tərkibi yaranır, sonuncu həmin xəta törədildiyi gündən isə şəxs 4 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bilər. Hazırki işin hallarından isə müəyyən edilir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə saat 16:58-də ünvan 1 ünvanında Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə o, Azərbaycan Respublikası DİN Baş DYPİ tərəfindən qəbul edilmiş 19 iyun 2023-cü il tarixli, EQ seriyalı, 15184018 nömrəli qərarla təqsirli bilinərək ona 20 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilmişdir. Lakin, iş materiallarına qəbul edilmiş qərar barədə Şəxs rəsmi qaydada xəbərdar olub-olmaması, əgər məlumatlandırılmışdırsa, qəbul edilmiş qərarın hansı tarixdən qanuni qüvvəyə minməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iş materiallarında olan mövcud şübhələri barəsində protokol tərtib edilmiş Şəxs xeyrinə həll etməklə qeyd edir ki, həmin qərardan şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 20 gün müddətin qərarın tərtib edilməsindən hesablanmaqla xx.xx.2023-cü il tarixdə və həmin qərarın qanuni qüvvəyə minməsindən, yəni xx.xx.2023-cü il tarixdən 3 aylıq müddətin xx.xx.2023-cü il tarixdə başa çatması, İXMnin 529.3-cü maddə ilə nəzərdə tutulmuş xətanın isə xx.xx.2023-cü il tarixdə törədilməsi ehtimal edilsə və qeyd edilən tarixdən 4 aylıq məsuliyyətə cəlb olunma müddəti də xx.xx.2024-cü il tarixdə başa çatmış olur. Lakin hazırkı halda 19 iyun 2023-cü il tarixli, EQ seriyalı, 15184018 nömrəli inzibati tənbeh vermə haqqında qərarın barəsində inzibati icraat aparılan şəxsə hansı tarixdə təqdim edilməsi və ya ümumiyyətlə ona göndərilibgöndərilməməsi barədə hər hansı bir təsdiqedici mötəbər sənəd əlavə edilməmişdir. Buna görə də cəlbetmə müddətinin hesablanması mümkün olmamışdır. Eyni zamanda iş materiallarına inzibati xəta tərkibinin hansı tarixdə törədilməsini sübuta yetirən kifayət qədər materiallar və dəlillər əlavə edilmədiyindən inzibati xəta tərkibi müəyyən edilməmişdir. Hazırda şəxs barəsində tərtib edilmiş protokoldan görünür ki, xətanın törədilməsi tarixi onun tərtib edildiyi tarix kimi qeyd edilmişdir. Dolayısı ilə, protokol qanunvericiliyin tələbinə uyğun tərtib edilməmişdir. Belə olan halda, hansı tarixdə xəta törədilməsi bəlli olmayan əmələ görə hər hansı şəxs həmin protokol əsasında inzibatı məsuliyyətə cəlb edilə bilməz. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcud olub-olmadığını həll etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilməməsi əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-53, 106, 114-117, 125, 128-130, 138 və 529.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Baş DYPİ tərəfindən tərtib edilmiş 13 yanvar 2024-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar