Məhkəmə qərarları › İş №3(004)-6235/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6235/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6235/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X23 oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X10 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin 29 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, İNPROCON MMC-nin rəhbəri X6 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən barəsində verilən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən 700 AZN cərimə kəsilib. X9 işdən çıxarılması ilə bağlı etdiyi şikayətə cavab olaraq Əmək müfəttişi X20 tərəfindən araşdırılma aparılmış və tərtib etdiyi xx.xx.2023 tarixli, MN seriyalı ******* saylı Protokola əsasən, X17 Xidmətinin rəis müavini X21 tərəfindən, vətəndaş X9 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, xx.xx.2023-cü il tarixdə son haqq-hesabın bir hissəsi ödənilmiş, sonradan xx.xx.2023-cü il tarixində avqust ayı əmək haqqı ödənişi edilmiş, lakin ona çatacaq son haqq-hesab ödənişi işəgötürən tərəfindən düzgün hesablanmayaraq ödənilmişdir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 -cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 700 AZN inzibati cərimə tətbiq edilsin, kimi qərar qəbul edilmişdir. Halbuki, X3 şikayət səbəbi, qeyd edilən məsələ ilə deyil, işdən çıxarılması ilə bağlı olub ki, bu da əslində öz ərizəsi ilə işdən çıxış üçün müraciətinə, yəni, ərizəsinə əsasən baş vermişdir. Cavabdeh orqan olan Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı Şəhər İdarəsi, şikayətçinin çıxarılma səbəbini araşdırmış və heç bir qanunauyğunsuzluq aşkar etməmişdir. Belə ki, rəhbər şəxs olan X5 rəhbərlik etdiyi şirkət, işçinin işə xitam verilməsi ilə bağlı ərizəsinə uyğun, Azərbaycan Respublikasının.Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz təşəbbüsü ilə işçini işdən azad etmişdir. Məsələ ilə əlaqədar olaraq səbəb aşkarlanmadığı halda, cavabdeh orqan digər araşdırılma apararaq, işçinin son-haqq hesablanmasının düzgün olmadığını əsas gətirərək vətəndaş X8 barəsində inzibati cərimə qərarı vermişdir. xx.xx.2023-cü il tarixdə, son haqq-hesab hesabatını həyata keçirən əməkdaşları, hesablama cədvəlində mexaniki səhvə yol verərək əməkdaşın son ay əmək haqqını ödənmiş qeyd etdiyi üçün son haqq-hesab məbləği nisbətən az hesablanmışdır. Daha sonra hesablamaya nəzər yetirdikdə səhvi görülmüş və düzəliş edilərək qalıq ödəniş məbləği dərhal əməkdaşın hesabına otuzdurulmuşdur. Nəticədə son haqq hesab 2 dəfəyə, 1 ci hissə, işdən azad olunan gün və 2-ci hissə, 2 (iki) gün sonra ödənmişdir. Qeyd edilənlərdən göründüyü kimi Əmək münasibətlərinin pozulması kimi qəbul edilmiş məsələ, əslində Fərdi əmək mübahisəsi kimi qiymətləndirilməlidir. Məhkəmə nəzərə almalıdır ki, əməkdaşları riyazi hesablama nəticəsində mexaniki səhvə yol vermişdir, o zaman qərar dəyişilməlidir. Belə ki, Şikayətçi işdən azad edilməsi ilə bağlı şikayət edib və ərizəsinə uyğun işdən azad edildiyi aşkarlanmışdır. Heç bir qanunsuzluq aşkarlanmadığı üçün, son haqq-hesab məsələsi araşdırılmışdır və nəticədə 2 gün fərqlə ödəniş icrası aşkarlanıb və qanunsuz hesab etdikləri üçün cərimə qərarı verilib. İşçinin son haqq-hesabı tam ödənmişdir və heç bir kəsilmə olmamışdır. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X16 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iş materiallarından aydın görünür ki, X13 məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, X11 hesabına xx.xx.2023-cü il tarixdə əvvəlcə 65,48 manat məbləğində, xx.xx.2023-cü il tarixdə isə 342,12 manat məbləğində son haqq-hesab məbləği köçürülmüşdür. Halbuki həmin məbləğ son iş günü tam olaraq verilməli idi, həmçinin bu cür məbləğ fərqi olan ödəniş riyazi səhv hesab oluna bilməz. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də yardımçı fəhlə olaraq işə götürülmüşdür. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-nin əməkdaşı X7 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR ƏM-nin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. "xxxx" MMC-də fəhlə vəzifəsində çalışan X9 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad olunmasını və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 20 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə protokoluna əsasən X9 əmək müqaviləsinə xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilərkən işçinin son-haqq hesabı işəgötürən tərəfindən düzgün hesablanmayaraq ödənilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X9 əmək müqaviləsinə xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilərkən işçinin son-haqq hesabı işəgötürən tərəfindən düzgün hesablanmayaraq ödənilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X13 məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, X11 hesabına xx.xx.2023-cü il tarixdə əvvəlcə 65,48 manat məbləğində, xx.xx.2023-cü il tarixdə isə 342,12 manat məbləğində son haqq-hesab məbləği köçürülmüşdür. İş materiallarında olan X22 barəsində olan son haqq-hesab cədvəlindən görünür ki, X13 dənilməli olan son haqq-hesab məbləği 407,60 manat təşkil edir. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X12 işdən çıxarıldıqdan sonra "xxxx" MMC tərəfindən son-haqq hesab düzgün ödənilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Bakı şəhər idarəsinin 29 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 noyabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar