Məhkəmə qərarları › İş №3(004)-624/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-624/2022

31.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-624/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, xx.xx.1991-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 31.01.2022-ci il tarixdə saat 10:06 radələrində “Kia Rio minik” markalı, **-HZ- *** dövlət qeydiyyat nişanlı avtomobili Ziya Bünyadov prospektində yüksək surət və manevr və ötmə qaydasını bir neçə dəfə pozmaqla, aşkar surətdə digər mexaniki nəqliyyat vasitələrinin iştirakı ilə sürət yarışını həyata keçirməklə, təhlükəli vəziyyət yaratmış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq etmişdir. Bununla da o, İXM-in 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən 31.01.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, o, etibarnamə ilə idarə etdiyi “Kia Rio minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Chevrolet Cruze” markalı, nömrəsini görə bilmədiyi avtomobili ötüb keçmək istəyərkən, həmin sürücü hiddətlənərək əl-qol hərəkətləri ilə ona söyüş söydü. Bu zaman onun əsəblərinə toxundu, daha sonra nə edəcəyini bilməyərək ona çataraq sözünü demək istədi. Bu zaman A.Salamzadə küçəsindəki körpünün üstündə “Nissan Gentra” markalı, **- OM-*** nömrə nişanlı avtomobili az qaldı vurub aşırtsın. Bu zaman nömrəsini bilmədiyi avtomobil ilə ötüşsə də, onu saxlaya bilmədi, həmin avtomobil naməlum istiqamətdə çıxdı getdi. Daha sonra onun idarə etdiyi avtomobili YPX əməkdaşları tutub cərimə meydançasına qoydular. Əməlimdən peşmanam. Protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inspektoru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 31.01.2022-ci il tarixdə saat 10:06 radələrində “Kia Rio minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu ərazisində yüksək surət və manevr və ötmə qaydasını bir neçə dəfə pozmaqla, aşkar surətdə digər mexaniki nəqliyyat vasitələrinin iştirakı ilə sürət yarışını həyata keçirməklə, təhlükəli vəziyyət yaratmış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq etmişdir. İş materiallarında olan hadisənin CD disk yazısına baxış zamanı görünür ki, 31.01.2022-ci il tarixdə saat 10:06 radələrində “Kia Rio minik” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Yasamal rayonu Salamzadə küçəsində yüksək surət və manevr və ötmə qaydasını bir neçə dəfə pozmaqla, , aşkar surətdə digər mexaniki nəqliyyat vasitələrinin iştirakı ilə sürət yarışını həyata keçirməklə, təhlükəli vəziyyət yaratmış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq etmişdir. İXM-in 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, hadisənin görüntülərinə əks etdirən CD diskə baxış zamanı müəyyən edilmiş hallar, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 750 manat (yeddi yüz əlli manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar