Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6249/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakimi Məmmədli Orxan Qədir oğlunun sədliyi, X5 oğlunun katibliyi, Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun nümayəndəsi X1, Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin nümayəndəsi X2 iştirakları ilə Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan daxil olmuş 15-İX-23 nömrəli inzibati xəta haqqında iş üzrə icraat materialı və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan daxil olmuş 15-İX-23 nömrəli inzibati xəta haqqında iş üzrə icraat materialı və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun nümayəndəsi X3 Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan daxil olmuş 15-İX-23 nömrəli inzibati xəta haqqında iş üzrə icraat materialı və ona əlavə edilmiş sənədlərin ərazi aidiyyatı üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin nümayəndəsi X4 Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan daxil olmuş 15-İX-23 nömrəli inzibati xəta haqqında iş üzrə icraat materialı və ona əlavə edilmiş sənədlərin ərazi aidiyyatı üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə 15-İX-23 nömrəli inzibati xəta haqqında iş üzrə icraat materialı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli, 2979 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28 fevral 2023-cü il tarixli, 45 nömrəli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Şəxs Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq "xxxx" MMC-nin hüquq və vəzifələri onun hüquqi varisi olan Şəxs ASC-yə keçmişdir. Çevrilmə nəticəsində hüquqi şəxsin təsisçisi, qanuni təmçilçisi, hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyəti olan yuxarı orqan da dəyişmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs ASC Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 8, 23-cü km ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, hazırki inzibati xətanın törədilmə yeri Şəxs ASC-nin hüquqi ünvanının olduğu Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görədir ki, bu əməliyyatında icra olunması yeri hüquqi şəxsin yerləşdiyi ünvandır. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ Rayon Prokurorluğundan daxil olmuş materiallar baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-6249/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6249/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver