Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6252/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştiraki ilə, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş protokola əsasən xx.xx.2023-cü il tarixdə X1 fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi pr. 49 ünvanında yerləşən Zoo mağazada xüsusi razılıq olmadan özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olması və belə fəaliyyətdən 500 (beş yüz) manat gəlir əldə etdiyi müəyyən edilmişdir. Bununla da X3 Azərbaycan Respublikasının İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 bildirmişdir ki, o özünə məxsus “zoo mağazada” ev heyvanları üçün məhsulların satışı ilə məşğuldur. Əlavə olaraq həmin mağazanın daxilində ev heyvanlarına tibbi xidmət göstərmək üçün kiçik guşə hazırlayıb və bununla bağlı cəmi 1-2 dəfə fəaliyyət göstərib cəmi 200 manat məbləğində gəlir əldə etmişdir. Eyni zamanda qeyd etmişdir ki, inzibati xəta haqqında protokol 1 dekabr 2023-cü il tarixdə tərtib olunsa da, sonuncu dəfə baytarlıq fəaliyyətləri avqust ayının 1-i olub. Hətta həmin fəaliyyətə görə vergi xidmətinin əməkdaşlarının bildirdiyi 500 manat müvafiq vergi ödənişini də dövlət büdcəsinə etmişdir və bununla bağlı ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Bütün bunları nəzərə alaraq barəsində tərtib olunmuş xx.xx.2023-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Vergilər Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına nümayəndəsini göndərməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xüsusi razılıq (lisenziya) olmadan özəl baytarlıq təbabəti fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan xx.xx.2023-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əlavə edilən X2 izahatından görünür ki, xüsusi razılıq (lisenziya) olmadan baytarlıq təbabəti fəaliyyəti ilə xx.xx.2023-cü il tarixinədək məşğul olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, Şəxs budcə təsnifat koduna 500 manat məbləğində vəsait ödəmişdir. Beləliklə, iş materiallarından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından görünür ki, X3 inzibati xətanı 2023-cü ilin avqust ayında törətmişdir. Həmin inzibati xəta haqqında protokol isə 2023-cü ilin dekabr ayında tərtib olunmuşdur. Belə olan halda inzibati xətanın törədildiyi vaxtdan 4 ay müddət keçdiyindən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət vergi xidməti Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə Baş idarəsinin əməkdaşı tərəfindən xx.xx.2023-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür.Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs tərəfindən inzibati xətə nəticəsində vurulmuş ziyanin (əldə edilmiş gəlirin) iki mislindən artıq miqdarı dövlət büdcəsinə ödəməsi halı da nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6252/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6252/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver