Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6253/2023 08.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal RPİ-nin DYPŞ YPX inspektorları Rüfət Rəhimov və Qurban Qurbanov xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsində xidmətdə olan zaman İ-Patrul vasitəsilə aşkarlanan **-BB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin sürücüsü X9 tərəflərindən saxlanılmışdır. X1 yaxınlaşıb iki aydan çox müddət ərzində cərimə borcunu ödəmədiyi üçün AR İXM-nin 96-cı maddəsinə uyğun olaraq mərkəzi informasiya sistemində idarə etdiyi nəqliyyat vasitəsini mühafizə olunan duracağa yerləşdirilməsi barəsində bildiriş olduğunu bildirmişdir. X17 bu zaman cəriməni ödəməkdən imtina etmiş, nəlayiq küçə söyüşləri işlətməyə başlamışdır. Sərnişin qismində əyləşmiş dostu Şəxs xidməti işlərinə müdaxilə etməyə başlamış, davranışında qeyri-etik ifadələrdən və nəlayiq küçə söyüşlərindən istifadə etməklə polisin iş rejimini kobud şəkildə pozmuş, dəfələrlə nizamintizama dəvət edilməsinə baxmayaraq öz qeyri-adekvat hərəkətlərinə davam etmişdir. Bununla da Şəxs İXM-in 206, 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Şöbəsinin sahə inspektoru X8 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri Yasamal rayonu ərazisində X3 idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman YPX əməkdaşları tərəfindən maşının ödənilməmiş cəriməsinin olduğu və buna görə avtomobilin üzərinə həbsin qoyulduğu müəyyən edilmişdir. Daha sonra YPX əməkdaşları sürücüyə ya cəriməni ödənməsini, ya da avtomobili duracağa qoyulacağını bildirdikdə, sürücü buna etiraz etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Sürücü ilə polis əməkdaşları arasında yaranmış mübahisəyə sərnişin yerində oturan dostu Şəxs də qoşulmuş, polis əməkdaşlarını təhqir etmişdir. Bundan başqa narkoloji müayinədən keçirildikdən sonra Şəxs narkotik vasitə istifadə etdiyi müəyyənləşmişdir. Göstərilənləri nəzərə alıb qanuna müvafiq tədbirlərin görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ yol patrul xidməti inspektoru X4 izahatında bildirmişdir ki, Yasamal rayonu ərazisində Qələbə dairəsi yaxınlığında xidmət apararkən X3 idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-BB-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman tərəflərindən “İ- Patrul” vasitəsilə maşının ödənilməmiş cəriməsinin olduğu və buna görə avtomobilin üzərinə həbsin qoyulduğu müəyyən edilmişdir. Daha sonra digər polis həmkarı sürücüyə ya cəriməni ödənməsini, ya da avtomobilin duracağa qoyulacağını bildirdikdə, sürücü buna etiraz etdi və polisin qanuni tələbinə tabe olmadı. Sürücü ilə aralarında yaranmış mübahisəyə sərnişin yerində oturan dostu Şəxs də qoşuldu. O, tam qanuni formada özünü təqdim etmiş və ona hüquq və vəzifələrini izah etmişdir. Sürücü media nümayəndəsi olduğunu və istədiyi şəxsi çəkə biləcəyini kobud formada bildirmişdir. Tərəfindən Şəxs heç bir xəsarət yetirilməmişdir. Sadəcə olaraq polisin qanuni tələblərinə tabe olmadığına görə, onu zərərsizləşdirmək məqsədilə qanunun polisə icazə verdiyi formada PPX avtomobilinə əyləşdirmək istəyərkən təmas etmiş ola bilər. Lakin qəsdən ona heç bir xəsarət yetirilməmişdir. Hətta ola bilər ki, üzündə olan həmin iz daha əvvəl də mövcud olsun. Sürücü və Şəxs onların üstünə hücum edərkən, yalnız tərəflərindən onları ayırmağa və zərərsizləşdirməyə çalışmışlar. Bütün polis əməkdaşlarını, hətta rəhbərliyi də nalayiq ifadələrlə təhqir edən məhz Şəxs olmuşdur. Bu təqdim etdiyi videogörüntüdə də öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ yol patrul xidməti inspektoru X7 izahatında bildirmişdir ki, Yasamal rayonu ərazisində Qələbə dairəsi yaxınlığında xidmət apararkən X3 idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-BB-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olan zaman tərəflərindən “İ- Patrul” vasitəsilə maşının ödənilməmiş cəriməsinin olduğu və buna görə avtomobilin üzərinə həbsin qoyulduğu müəyyən edilmişdir. Daha sonra o sürücüyə ya cəriməni ödənməsini, ya da avtomobilin duracağa qoyulacağını bildirdikdə, sürücü buna etiraz etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Sürücü ilə aralarında yaranmış mübahisəyə sərnişin yerində oturan dostu Şəxs də qoşulmuşdur. O, piyada xidmət aparmışdır. Sürücü tabe olmadıqda, digər polis həmkarını çağırmışdır. Bundan sonra sürücü və Şəxs daha sərt mübahisə etməyə və təhqir etməyə başladılar. Daha sonra isə onlar PPX çağırmaq məcburiyyətində qalmışlar. O, piyada xidmət apardığına görə üzərində olan cihaz heç bir video və audio yazı aparmayıb. Daim sürücü və Şəxs sakitləşdirməyə çalışmışdır. Onlar isə polis əməkdaşlarını və Daxili İşlər nazirliyinin rəhbərliyini nalayiq ifadələrlə təhqir edirdilər. Qanunvericiliyə əsasən polisə hər hansı bir qanunazidd əməl törədildikdə və ya onun qanuni tələblərinə tabe olmadıqda müvafiq tədbirlər görmək səlahiyyəti verilmişdir ki, onlar da bu səlahiyyəti aşmamaq şərtilə sürücü və Şəxs zərəsizləşdirmək üçün müvafiq tədbirlər görümüşlər. Lakin nə sürücüyə, nə də Şəxs heç bir xəsarət yetirməmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, özünü təqsirli bilmir. Hadisə protokolda yazıldığı kimi olmamışdır. Dostunun YPX əməkdaşı ilə mübahisə etdiyini görüb, avtomobildən düşmüşdür. Yaxınlaşıb avtomobili saxlamalarının səbəbini soruşduqda ona kobud formada cavab vermişlər. Daha sonra mübahisə böyüdükdə polis əməkdaşı əlində olan naməlum əşya ilə onu vurmuşdur və qaşı partlamışdır. Mübahisə baş verən zaman ətrafda çox insan var idi. Anlaşılmazlıq baş vermişdir. Polis əməkdaşlarını söyməmişdir. Ətrafda çox insan var idi. Ola bilər ki, onlardan biri söymüşdür. X13 İdarəsinin əməkdaşı olmasını demişdir. Atası hazırda təqaüddə olan polisdir. Bir neçə gün bundan öncə avtomobildə olarkən maşında olan dostları narkotik çəkiblər və o da ona təsir etdiyinə görə, müayinədən narkotik vasitə çəkməyi ilə bağlı test müsbət nəticə verib. Çəkilən zaman narkotikin olduğunu bilmədiyinə görə, polisə məlumat verməmişdir. Sonradan ona təsirini hiss eləmişdir. Videogörüntüdə söyüş söyən şəxs o deyil. Polisin onu vurduqdan sonra digər polisin onu sakitləşdirməsi ilə bağlı onda videogörüntü var. Universiteti yeni bitirmişdir, heç yerdə işləmir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ yol patrul xidməti inspektorları Rüfət Rəhimov və Qurban Qurbanovun Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci PŞ-nin rəhbərliyinə ünvanladğı raportda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsində xidmətdə olduğu zaman İ-Patrul vasitəsilə aşkarlanan **-BB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı nəqliyyat vasitəsinin sürücüsünə tərəfindən işarə verilərək saxlanılmışdır. X1 yaxınlaşıb özünü təqdim etmiş və iki aydan çox müddət ərzində cərimə borcunu ödəmədiyi üçün AR İXM-nin 96-cı maddəsinə uyğun olaraq mərkəzi informasiya sistemində idarə etdiyi nəqliyyat vasitəsini mühafizə olunan duracağa yerləşdirilməsi barəsində bildiriş olduğunu izahat etmişdir. Əsgərli Elşən “onun avtomobilinə heç kim həbs qoya bilməz”, “hətda bizim canab nazir belə” ifadə işlətmişdir. X17 bu zaman cəriməni ödəməkdən imtina etmişdir. Nəlayiq küçə söyüşləri işlətməyə başlamışdır. Sərnişin qismində əyləşəmiş dostu Şəxs da xidməti işlərinə müdaxilə etməyə başlamışdır. Müdaxiləni görən iş yoldaşı Qurban Qurbanzadə kömək məqsədilə yaxınlaşıb sürücüyə huquq və vəzifələrini izahat etmək istəsə də sürücü və sərnişin bunlara məhəl qoymayaraq ünvanlarına və rəhbərliyin ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Bir qədər sonra məsələ daha da ciddiləşmiş və onlar qanuni tələblərinə məhəl qoymadıqları üçün həmin əraziyə ÇPA əməkdaşlarını çağırmışlar. Hər iki şəxsin tərəflərindən 27-ci PŞ-nə aparılması təmin edildi. Yuxarda göstərilənləri nəzərə alaraq özlərini qeyri-adekvat aparmış X17 və sərnişin Yusif İsmayılzadə barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “X5 Tibbi Yoxlamanın” 08 dekabr 2023-cü il tarixli 8051 nömrəli rəyindən görünür ki, Şəxs THC(+) aşkar edilmişdir. Şəxs kannabinoidlərdən istifadə etmə halı olub, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. “Polis haqqında” Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə səlahiyyətlərinə aid edilmiş inzibati xətalara dair işlər üzrə icraatı aparmaq, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələrinəaid edilmişdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən müəyyən edilmiş əməl polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama, xırda xuliqanlıq etmə və satış məqsədi olmadan narkotik vasitələrin, psixotrop maddələrin istehlakı kimi qiymətləndirilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, tərəflərin məhkəməyə verdiyi izahatı, yuxarıda qeyd edilən Raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2023-cü il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 17:00 radələrində tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 02 (iki) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 07 dekabr 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-6253/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6253/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver