Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-626/2022 11.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqında protokola və iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri BPİ DYPİ tərəfindən İXM-nin 327.1 və 332.1-ci maddələri ilə 01.12.2021-ci il tarixdə, İXP ******* saylı tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin işə baxılaraq Yasamal Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli, 3(004) – 626/2022 saylı Qərarı ilə Həsənova X2 Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 manat (yeddi yüz manat) məbləğində inzibati cərimə edilmişdir. Həmçinin Şəxs barəsində İXM-nin 327.1, 332.1-ci maddəsi üzrə başlanmış inzibati xətalarla bağlı hissədə işə baxılması üçün materiallar həmin icraatı başlamış Bakı şəhər BPİ DYPİ-yə göndərilməsi qərara alınmışdır. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən həmin maddələr üzrə işə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə izah edilir ki, şəxs bir neçə maddədə nəzərdə tutulmuş inzibati xətaları törədirsə, həmin xətalardan məhkəmənin səlahiyyətinə aid olan maddələr üzrə işi məhkəmyə göndərməli, səlahiyyətli orqanın öz səlahiyyətinə aid olan maddələr üzrə işə isə həmin səlahiyyətli orqanın özü baxmalıdır. Bu barədə ya ayrı-ayrı inzibati xəta haqqında protokolllar tərtib edilməli və ya ümumi bir protokol tərtib edilmişdirsə, bu barədə səlahiyyətli orqanın özü icraatın ayrılması barədə qərardad qəbul edib, məhkəmənin səlahiyyətinə aid olan maddələr üzrə işi məhkəmyə göndərməli, səlahiyyətli orqanın öz səlahiyyətinə aid olan maddələr üzrə işə isə həmin səlahiyyətli orqanın özü baxmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri BPİ DYPİ tərəfindən İXM-nin 327.1 və 332.1-ci maddələri ilə bağlı hissədə 01.12.2021-ci il tarixdə, İXP ******* saylı tərtib edilən inzibati xəta haqqında protokolun surəti və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-626/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-626/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver