Məhkəmə qərarları › İş №3(004)-6260/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6260/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6260/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-03090/23 nömrəli 01 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından idxal edilmiş mallar TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınında 08 noyabr 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınının Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postuna 08 noyabr 2023-cü il tarixdə çatması təsdiq edilmişdir. Lakin Türkiyə Respublikasından TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınında idxal edilmiş mallara dair gömrük orqanına müəyyən edilmiş müddətdə təqdim edilməli olan gömrük bəyannaməsi “X6 X2 Sanayi Və Ticarət Limited" Şirkətinin Azərbaycan Respublikasindaki Filialı tərəfindən gömrük orqanına verilməmişdir. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ünvanına Türkiyə Respublikasından TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair gömrük orqanına verilməli olan gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təgdim edilməmiş və bununla da. “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən gömrük bəyannaməsinin təgdim edilməsi müddəti pozulmuşdur. Nəticədə “X6 X2 Sanayi və Ticarət Limited” Şirkəti barəsində İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat və Təhqiqat İdarəsinin rəis müavini Orxan Hacıyev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “İpək Yolu” gömrük postundan daxil olmuş 3- 33-/3-1-032807/2023 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən, Bakı şəhəri, Yasamal rayonu, X5 Naxçivani, ev 15, mənzil 222 ünvanında qeydiyyatda olan “X6 X2 Sanayi və Ticarət Limited" Şirkətinin Azərbaycan Respublikasindaki Filialının (VÖEN:**********) ünvanına Türkiyə Respublikasından idxal edilmiş mallar TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınında 08 noyabr 2023-cü il tarixdə Tovuz Gömrük idarəsinin “Qırmızı Körpü" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınının Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” gömrük postuna 08 noyabr 2023-cü il tarixdə çatması təsdiq edilmişdir. Lakin Türkiyə Respublikasından TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınında idxal edilmiş mallara dair gömrük orqanına müəyyən edilmiş müddətdə təqdim edilməli olan gömrük bəyannaməsi “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasindaki Filialı tərəfindən gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Bununla da, “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasindaki Filialı tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmişdir. Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsində qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı “X6 X2 Sanayi və Ticarət Limited" Şirkətinin Azərbaycan Respublikasindaki Filialının etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, nümayəndəsi olduğu “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasindaki Filialının ünvanına Türkiyə Respublikasından TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınında göndərilmiş mallar 08 noyabr 2023-cü il tarixdə sərhədi keçərək elə həmin gün, yəni 08 noyabr 2023-cü ıl tarixdə Bakı Baş Gömrük idarəsinin “İpək Yolu” gömrük postuna daxil olmuş, “X6 X2 Sanayi Və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasindaki Filialında yaranmış maliyyə problemləri səbəbindən Türkiyə Respublikasından TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara görə qanunla müəyyən edilmiş müddət ərzində gömrük bəyannaməsi tərtib edilməmiş və malların rəsmiləşdirilməsi həyata keçirilməmişdir. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasindakı Filialının ünvanına Türkiyə Respublikasından TL080GA/Kİ080O nömrə nişanlı yük avtomaşınında daxil olmuş mallara dair gömrük orqanına verilməli olan gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da, "X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasindaki Filialı tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 150-ci maddəsinə əsasən ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 493-cü maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6 X2 Sanayi və Ticarət Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar