Məhkəmə qərarları › İş №3(004)-6271/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6271/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6271/2022 24.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 198.3-cü maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2022-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru qismində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi MMC-nə məxsus “Klass” mağazasında apanlan söküntü işlərinin görülməsinə rəhbərlik etdiyi zaman “Müəsisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqmda nümunəvi Əsasnamə” nin 5 və 6-cı bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuş, "xxxx" MMC- nin işçilərinin təhlükəsizlik texnikası üzrə təlimatlandırılması, onlara işlərin təhlükəsiz icrası üzrə təlimlərin keçirilməsi, işçi heyətinin, o cümlədən X1 biliklərinin yoxlanılması və işçilərə xüsusi geyim formasının verilməsi təşkil olunmadığına görə, baş vermiş hadisə ilə əlaqədar “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə” nin 5 və 6-cə bənlərinin tələbləri "xxxx" MMC-nin icraçı direktoru Şəxs tərəfindən pozulmuş və nəticədə onun tabeçiliyində çalışan X5 31 may 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən MMC-nə məxsus “Klass” mağazasında vitrinlərin sökülməsi işləri apanlan ehtiyatsızlığı səbəbindən taxta-laminatın əlindən sürüşərək üz nahiyəsinə dəyməsi nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid bədən xəsarəti almış, beləliklə də Şəxs texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydalarını pozması zərərçəkmiş şəxsin az-ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon prokurorunun köməkçisi X8 bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən Bakı şəhəri Yasamal rayon prokurorluğuna X1 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən "xxxx" MMC-ə məxsus “Klass” mağazasında söküntü işləri apararkən xəsarət alması ilə əlaqədar material daxil olmuşdur. Material üzrə araşdırma aparılan zaman Kamran Cəfərovun, usta vəzifəsində işləyən Ceyhun Hüseynovun, mağaza müdiri Samir Əmirovun, "xxxx" MMC-nin direktoru Şəxs izahatları alınmış, material üzrə məhkəmə-texniki təhlükəsizlik, Kamran Cəfərov barəsində məhkəmə-tibb ekspertizaları təyin edilərək rəylər alınmış, bir sıra sorğular verilmiş və zəruri araşdırma hərəkətləri aparılmışdır. Toplanmış materiallarla X1 31 may 2022-ci il tarixdə təmir işləri apararkən xəsarət almasında cinayət hadisəsinin olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən əmək mühafizəsi qaydalarını pozma, yəni texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa cinayət məsuliyyətinə səbəb olur. Sözügedən halda isə Kamran Cəfərovun taxta-laminatın əlindən sürüşərək öz səhlənkarlığı nəticəsində az-ağır dərəcəli bədən xəsarətləri alması hadisəsində Cinayət Məcəlləsinin 162-ci və yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az-ağır zərərin vurulduqda İXM həmin maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Sözügedən halda toplanmış materiallarla, habelə məhkəmə təhlükəsizlik texnikası ekspertizası 12 oktyabr 2022-ci il tarixli, 10/6582 nömrəli rəyinə əsasən baş vermiş hadisə ilə əlaqədar “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və birliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə” nin 5,6 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. "xxxx" MMC-nin işçilərinin təhlükəsizlik texnikası üzrə təlimatlandırılması, onlara işlərin təhlükəsiz icrası üzrə təlimlərin keçirilməsi, işçi heyətinin, o cümlədən X1 biliklərinin yoxlanılması və işçilərin xüsusi geyim formasının verilməsi təşkil olunmadığına görə, baş vermiş hadisə ilə əlaqədar “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə” nin 5,6 bəndlərinin tələbləri "xxxx" MMC-nin icraçı direktoru tərəfindən pozulmuşdur. Bu səbəbdən MMC-nin direktoru Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün İXM-in 54.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətini həyata keçirən rayon prokuroruna məlumat verilmişdir. Beləliklə, araşdırma zamanı X1 21 may 2022-ci il tarixdə "xxxx" MMC-ə məxsus “Klass” mağazasında işlərin görülməsi zamanı öz diqqətsizliyi və ehtiyyatsız davranışları nəticəsində az-ağır dərəcəli bədən xəsarətləri alması faktı üzrə toplanmış materialda cinayət hadisəsinin olmadığı müəyyən edildiyi üçün material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona görə də Şəxs barəsində qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, o 24 dekabr 2019-cu il tarixdən hazırki dövrədək "xxxx" MMCnin təsisçisi X6 ilə onun arasında bağlanmış əmək müqaviləsinə əsasən MMC-nin icraçı direktoru vəzifəsində işləyir. MMC-yə məxsus “Klass” mağazası Yasamal rayonu ərazisində, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşirdi, lakin hazırda Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşir. “Klass” mağazasının müdiri Samir Əmirovdur. X5 xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-ə məxsus “Klass” mağazasında fəhlə işləyir. 31 may 2022-ci il tarixdə “Klass” mağazası Yasamal rayonunda fəaliyyətini dayandırdığından Bakıxanov qəsəbəsindəki mağazaya köçmə işləri davam edirmiş. Həmin vaxt mağazanın meneceri olan Ruslan Bayramov ona zəng edərək Kamran Cəfərovun iş vaxtı xəsarət aldığını və tibbi yardım göstərilməsindən ötrü mağazanın müdiri Samir Əmirov tərəfindən xəstəxanaya aparıldığını bildirmişdir. Kamran Cəfərov vitrinlərin sökülməsi zamanı hündürdə duran Ceyhun Hüseynovdan taxta-laminatları götürüb döşəməyə qoyurmuş. Həmin vaxt laminatlardan birinin əlindən sürüşməsi nəticəsində xəsarət almışdır. xx.xx.2022-ci il tarixdə Kamran Cəfərov Respublika Kliniki Xəstəxanasında stasionar müalicə aldığını və orada müalicə aldıqdan sonra mbulator müalicə üçün evə buraxıldığını öyrənmişdir. Kamran ev şəraitində müalicəsini davam etdirib sağaldıqdan sonra iyul ayının ortalarından artıq işə başlamışdır. Göstərilənlərə əsasən barəsində inzibati tənbeh qəbul edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X3 X11 Yasamal rayon şöbəsinin 17 avqust 2022-ci il tarixli, 781 nömrəli rəyində qeyd olunmuşdur ki, X1 almış olduğu xəsarətlər – sol almacıq və əng sümüklərinin sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, xx.xx.2022ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 12 oktyabr 2022-ci il tarixli, 10/6582 nömrəli rəyində qeyd olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə” nin 5,6 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. "xxxx" MMC-nin işçilərinin təhlükəsizlik texnikası üzrə təlimatlandırılması, onlara işlərin təhlükəsiz icrası üzrə təlimlərin keçirilməsi, işçi heyətinin, o cümlədən X1 biliklərinin yoxlanılması və işçilərin xüsusi geyim formasının verilməsi təşkil olunmadığına görə, baş vermiş hadisə ilə əlaqədar “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə” nin 5,6 bəndlərinin tələbləri "xxxx" MMC-nin icraçı direktoru tərəfindən pozulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində AR İXM- nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna məlumat verilməsi və s. qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2022-ci il tarixli qərar və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar