Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6281/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 100000 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) il müddət keçməsinə baxmayaraq, 100000 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 inzibati xəta haqqında protokola yazılı etirazını təqdim edərək həm də göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq və təşkilati işlər departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən "X6" MMC (VÖEN: **********) barəsində tərtib olunmuş "xxxx" MMC tərəfindən 100000 Avro məbləğində vəsait bank vasitəsilə 18 avqust 2023- cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 100000.00 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 19 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə "X6" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıdakılara əsasən göstərilən Protokolu tam əsaslı hesab etmirik: Belə ki, satıcı “PUPA AMBALAJ SANAYİ VEDİŞ TİCARET LİMİTED ŞİRKETİ” ilə alıcı Şəxs MMC arasında bağlanmış 09 iyun 2023-cü il tarixli CONTRACT NO 20230609 nömrəli müqaviləyə əsasən satıcı tərəfindən Şəxs MMC-nin ünvanına "Compound Polyethylene (T014)"-22000 kq. və "Compound Polyethylene (T013)"-66000 kq. sifariş göndərilmiş və 20230609 nömrəli invoysa əsasən satıcının “QNB FİNANSBANK A.S BOSTANCİ” filialındakı TR********************2735 hesab nömrəsinə alıcı tərəfindən xx.xx.2023-cü il tarixdə 100000.00 (yüz min) EURO ödəniş edilmişdir. Gstərilən müqavilənin 1-ci bəndində ödəniş EURO valyutası ilə yazılmalı olduğu halda səhvən USD valyutası yazılmışdır. Sonradan bizə məlum olmuşdur ki, bu texniki xəta, habelə satıcının bank hesabındakı yaranmış digər texniki problemə görə xx.xx.2023-cü il tarixində yuxarıda göstərilən ödəniş məbləği, yəni 100000.00 EURO bank xidmət haqqı 35 EURO çıxılmaqla 99965 (doxsan doqquz min doqquz yüz altmış beş) EURO məbləğində geri qaytarılmışdır. Bütün bu hallara görə satıcı “PUPA AMBALAJ SANAYİ VEDİŞ TİCARET LİMİTED ŞİRKETİ” 16 avqust 2023-cü il tarixli məktubla Şəxs MMC-yə müraciət edərək 09 iyun 2023-cü il tarixli CONTRACT NO 20230609 nömrəli müqaviləyə qarışılıqlı olaraq xitam verilməsini, əvəzində təqdim olunan yeni 16 avqust 2023-cü il tarixli 20230816 nömrəli müqavilənin təsdiq edilməsini və geri qaytarılmış 100000.00 EURO məbləğinin həmin müqavilə əsasında aşağıda təqdim olunan digər hesaba (yəni yeni hesaba) köçürülməsini xahiş etmişdir. Odur ki, həmin məbləğ aramızda razılaşdırılaraq bağlanmış 16 avqust 2023-cü il tarixli 20230816 saylı müqavilə əsasında (əvvəlki müqavilənin 1-ci bəndində yol verilmiş texniki xəta da aradan qaldırılmaqla) müvafiq invoıce üzrə satıcının həmin, yəni məktubunda göstərilən hesabına köçürülmüşdür. Qeyd edilənlərdən və 17 iyun 2023-cü il tarixli Gömrük bəyannamələrindən göründüyü kimi, Şəxs MMC tərəfindən satıcıya ödənilmiş 100000.00 EURO məbləğinin 88000 (səksən səkkiz min) EURO hissəsi yuxarıda göstrəilən polietilen xammalı ilə əvəzləşdirilmiş, 12000 (on iki min) EURO məbləği isə əvəzləşdirilməmiş qalmışdır. Yuxarıda göstərilənlər ona dəlalət edir ki, inzibati xəta haqqında protokol Şəxs MMC barəsində yalnız bu günədək əvəzləşdirilməmiş 12000 (on iki min) EURO (100000-88000=12000) məbləği ilə bağlı tərtib edilə bilər. Odur ki, məhkəmə tərəfindən hazırki iş üzrə qərar qəbul edilərkən bütün yuxarıda göstərilən hallar və xüsusatların, eləcə də aidiyyəti sübutların nəzərə alınmasını xahiş edir.Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mərkəzi bankın məhkəməyə göndərdiyi müraciətdən görünür ki, "X6" MMC tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilir ki, həmin şirkət tərəfindən xx.xx.2023-cü il tarixində xaricə köçürülmüş 100.000 Avro məbləğində avans müqabilində **********9695 və **********9779 nömrəli yük gömrük bəyannamələrinə əsasən ümumilikdə 88.000 Avro dəyərindən mallar ölkəyə idxal edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Mərkəzi Bank tərəfindən tərtib edilmiş ******* nömrəli protokol üzrə "X6" MMC-yə 12.000 Avroya münasibətdə inzibati cərimənin tətbiq edilməsi xahiş olunur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X6 ” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi qismən sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC 100000 Avro dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 18 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq həmin şirkət tərəfindən xx.xx.2023cü il tarixində xaricə köçürülmüş 100.000 Avro məbləğində avans müqabilində **********9695 və **********9779 nömrəli yük gömrük bəyannamələrinə əsasən ümumilikdə 88.000 Avro dəyərindən mallar ölkəyə idxal edilmişdir.. Bununla da Şəxs MMC 12.000 Avro məbləğə münasibətdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi həddində, yəni ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 2400 Avro məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6281/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6281/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver