Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6285/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Bakı şəhəri BPİ DYPİ-dən Bakı şəhəri BPİ DYPİ YNHÜŞ-nin inspektoru polis kapitanı Vahid Əliyev tərəfindən tərtib edilmiş İXP ******* saylı xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokolu və digər sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Bakı şəhəri BPİ DYPİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinə məktub ünvanlayaraq Şəxs barəsində İXP ******* saylı xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol ilə bağlı şikayətini Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə sənədləri araşdıraraq hesab edir ki, məktub və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, birincisi qanunvericiliyə əsasən, inzibati xəta haqqında iş üzrə qərarlardan barəsində qərar qəbul edilmiş şəxs tərəfindən məhkəməyə şikayət verilə bilər, hansı ki, hazırda həm inzibati qərar mövcud deyildir, həm də həmin qərar. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi üzrə inzibati xətalar haqqında işlər üzrə işlərə AR Daxili İşlər Nazirliyi tərəfindən baxıldığı halda hazırda Bakı şəhəri BPİ DYPİ-si tərəfindən tərtib edilmş inzibati protokol mövcud olmayan şikayət ərizəsi əsasında məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri BPİ DYPİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilən inzibati xəta haqqında protokol və digər sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: Bakı şəhəri BPİ DYPİ-si tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilən Şəxs barəsində İXP ******* saylı xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol və digər sənədlər geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6285/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6285/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver