Məhkəmə qərarları › İş №3(004)-6287/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6287/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6287/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş AR DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin baş inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-dən və DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin daxil olmuş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 iyun 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Eyni zamanda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuş və 3(004)-6287/2023 nömrə ilə qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərardadına əsasən Yasamal Rayon Məhkəməsinin icraatında olan 3(004)-6518/2023 və 3(004)-6287/2023 nömrəli inzibati xətalara dair işlər bir icraatda birləşdirilməsi, həmin işlərə 3(004)-6287/2023 nömrəli inzibati xəta haqqında iş üzrə bir icraatda baxılması qərara alınmışdır. İnzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı protokola əsasən Şəxs 30 noyabr 2023-cü il tarixdə saat 10:55 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı 99ZY403 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Bakı şəhər DYPİ-nin yol-patrul əməkdaşları tərəfindən saxlanmış, yoxlama və müayinə zamanı Şəxs psixotrop maddənin istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətində avtomobili idarə etməsi müəyyən olunmuşdur. Bundan başqa Şəxs 17 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Tbilisi prospekti ərazisində öz idarə etdiyi “Toyota Prius minik” markalı 99ZY403 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman X2 tərəfindən “Hyundai” markalı **- OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqmuşdur. Bununla da Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olduğundan onun barəsində 02 iyun 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokollardan birini tərtib etmiş DİN Bakı şəhər Yasamal rayon DYPŞ-nin YNH baş inspektoru polis kapitanı X3 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.Belə həmin şəxs tərəfindən inzibati xəta törətməsi iş materialları ilə həmçinin Şəxs barəsində 30 noyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, barəsində tərtib edilmiş protokollar üzrə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilir, əməlləri etiraf edərək, həmin əməllərdən peşmandır və bir daha belə hallara yol verməyəcək. Buna görə də barəsində yüngül cəzanın tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş 30 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Toyota Prius minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşın 30 noyabr 2023-cü il tarixdə, saat 10:55 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman manevr qaydasını pozduğu üçün saxlanılmış, yoxlama zamanı avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Eyni zamanda Şəxs inzibati xəta haqqında protokolda avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyini öz izahatı ilə etiraf etmiş və bunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 1/4730 saylı, 30 noyabr 2023-cü il tarixli protokoldan aydın olur ki, 1977-ci il təvəllüdlü Şəxs narkotik vasitənin və ya psixotrop maddənin istifadəsi nəticəsində sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bundan başqa iş materiallarında olan 02 iyun 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 17 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Tbilisi prospekti ərazisində öz idarə etdiyi “Toyota Prius minik” markalı 99ZY403 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman X2 tərəfindən idarə olunan “Hyundai” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqqmuşdur. Yoxlama zamanı Şəxs avtomaşını sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edildiyindən onun barəsində 02 iyun 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı ilə yanaşı, AR DİN Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru, polis polkovnik-leytenantı X4 tərəfindən 30 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 1/4730 saylı, 30 noyabr 2023-cü il tarixli protokol və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. 38.3-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1, 53.1.6-ci maddələrinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə olan halda, Şəxs barəsində İXM-nin 333.3-cü maddəsi ilə tərtib olunmuş 02 iyun 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, həmin inzibati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, Şəxs 30 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs 30 noyabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Şəxs barəsində 02 iyun 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı çıxarmış Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar