Məhkəmə qərarları › İş №3(004)-629/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-629/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-629/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Şikayətçi “xxxx” MMC-nin direktoru Əsgərov Elxan Qüdrət oğlunun, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X6 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “xxxx” MMC-nin direktoru Əsgərov Elxan Qüdrət oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “xxxx” MMC-nin direktoru Əsgərov Elxan Qüdrət oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixindən COVİD-19 pandemiyası səbəbindən ölkə ərazisində tətbiq olunan sosial izolyasiya tədbirləri, eləcə də sərtləşdirilmiş karantin tələblərinə uyğun olaraq şirkət tam şəkildə evdən işləmə rejiminə keçmişdir. Baxmayaraq ki, işin əsas hissəsi evdən işləmə rejimi üçün əlverişli olmamışdır. Bununla belə, işçilərin kütləvi ixtisarının qarşısını almaq üçün, daxili imkanlar və əlavə maliyyə itkiləri hesabına onların əmək haqqlarını ödəmişlər. Müraciətlərə baxmayaraq, dövlət tərəfindən tətbiq olunan “Pandemiyadan zərər çəkmiş sahələrə yardım proqramı” “xxxx” MMC-yə aid edilməmiş və bu hal onsuz da gərgin olan vəziyyəti daha da çıxılmaz etmişdir. Həmin dövrdə əhəmiyyətli bir tenderdə də qalib gələ bilmədikləri üçün, maddi durumları ağırlaşmışdır. Müəssisəni və digər işçiləri xilas etmək üçün, mühəndislərdən ibarət bir şöbəni ixtisar etməli olmuşlar. Bütün işlər və görüşlər virtual qaydada həyata keçirildiyindən, “zoom” proqramı üzərindən ixtisar olunan mühəndislər - X8, Mövlan Zöhrab oğlu Səlimzadə, X9, X12 və X4 “Online” görüş təşkil etmiş, 1 ay sonra əmək müqavilələrinə ixtisar səbəbindən xitam veriləcəyi barədə hər birinə xəbərdarlıq edilmiş və video-konfrans üzərindən olan bu xəbərdarlıq aktlaşdırılmışdır. Şirkətin bank hesablarında sərəncam olmağına baxmayaraq, son haqq-hesab məbləğləri, eləcə də ixtisar müavinətləri tam şəkildə onlara ödənilmiş və bu barədə lazımi sənədlər Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilmişdir. İşdən çıxdıqdan sonra həmin şəxslər DƏM Bakı şəhər İdarəsinə müraciət edərək, onlarla əmək müqaviləsinin pozulması üçün guya əvvəlcədən məlumat verilmədiyindən şikayət etmişlər. Cavabdeh təşkilatın həmin müraciət ilə bağlı bütün sorğularına vaxtında və ətraflı cavab yazaraq, həmin şəxslərin əmək müqavilələrinə xitam veriləcəyi barədə onları vaxtında məlumatlandırdıqlarını sübut etmişlər. Buna baxmayaraq, Dövlət Əmək Müfəttişliyi xx xxxxxx 2020-ci il tarixli protokolu ilə müəssisənin İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlmişdir. Həmin protokol əsasında tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli qərarla protokol qüvvədə saxlanılıb. Hesab edirlər ki, həmin qərar əsassız və qanunsuzdur, odur ki, ləğv edilməlidir. Hazırkı işdə işin mübahisələndirilməyən hallarından biri işçilərin bir aydan artıq müddətdə əvvəldən onlarla bağlanmış əmək müqavilələrinə xitam veriləcəyi barədə xəbərdar edilmələridir. Bu halı onların özü və bu mövzu ilə bağlı onlarla keçirilmiş “online” görüşün protokolu təsdiq edir. Cavabdeh təşkilat özü də qəbul edir ki, işçilərlə “online” görüş təşkil edilmişdir və müvafiq qaydada xəbərdar olunmuşlar. Lakin, onlar hesab etmişdir ki, qanunvericilikdə xəbərdarlığın “online” qaydada edilməsi qaydası nəzərdə tutulmadığından, xəbərdarlıq edilməmiş kimi qəbul edilməlidir. Odur ki, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında “xxxx” MMC-nin direktoru Əsgərov Elxan Qüdrət oğlu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarın əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin və qərarından şikayət verilən orqanın nümayəndəsini dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MMC-nin X8, X9, X12 və X5 əmək müqavilələrinə əmək qanunvericiliyinin pozularaq xitam verildiyinə görə “xxxx” MMCnin direktoru Əsgərov Elxan Qüdrət oğlu Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1900 (bir min doqquz yüz) manat cərimə edilmişdir. İş materiallarında olan “xxxx” QSC ilə X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X10 həmin tarixdə “xxxx” QSC-nin satış müvəkkili vəzifəsinə işə qəbul edilmiş, aylıq əmək haqqı 700 (yeddi yüz) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 0106/20 saylı “xxxx” MMC-nin əmək kollektivinin “Zoom” proqramı vasitəsilə ümumi videokonfrans yığıncağının Protokolundan görünür ki, Əsgərov Elxan Qüdrət oğlunun sədrliyi Seyidov Elvin Cavanşir oğlunun katibliyi, mühasib X7, mühəndislər X1, X13, Səlimzadə Mövlan Zöhrab oğlunun, X2 və X3 iştirakı ilə keçirilən iclasda “xxxx” MMC-nin Audio Vizual/Video Konfrans Departamenti BP şirkəti ilə təhvil-təslim işləri bitdikdən sonra ləğv edilməsi, həmin departamentin işçiləri ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsi, BP şirkəti ilə son maliyyə hesablaşmasının aparılması, həmçinin işçilərə son haqq hesabın aparılması şirkətin müsahibi X11 həvalə olunması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin direktoru Əsgərov Elxan Qüdrət oğlu tərəfindən işçilər X8, X9, X12 və X5 əmək müqavilələrinə xitam verilməsi barədə xəbərdarlıq “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq, “xxxx” MMC-nin əmək kollektivinin “Zoom” proqramı vasitəsilə ümumi videokonfrans yığıncağında edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixdən başlayaraq ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi daha sonra bir neçə dəfə uzadılmış və hal-hazırda da davam etməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 208 nömrəli Qərarına əsasən, “COVİD-19” pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi sərtləşdirilmiş və Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılmışdır. Bu baxımdan “xxxx” MMC-nin əmək kollektivinin ümumi yığıncağının “Zoom” proqramı vasitəsilə videokonfrans şəklində keçirilməsi heç də təsadüfi hal hesab edilmir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi xx xxxxxx 2020-ci il tarixli qərarını qəbul edərkən, ölkədə olan mövcud vəziyyəti, yəni “COVİD-19” pandemiyası ilə əlaqədar məhdudiyyətləri nəzərə almamışdır. Belə olan halda “xxxx” MMC-nin direktoru Əsgərov Elxan Qüdrət oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “xxxx” MMC-nin direktoru Əsgərov Elxan Qüdrət oğlu tərəfindən hər hansı inzibati xəta törədilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. “xxxx” MMC-nin direktoru Əsgərov Elxan Qüdrət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1900 (bir min doqquz yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar