Məhkəmə qərarları › İş №3(004)-6309/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6309/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6309/2024 11.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X1, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarını düzgün hesab etmir. Ona görə ki, o haqsız yerə cərimə olunmuşdur. Belə ki, o, özünə məxsus “Toyota Corolla” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Tbilisi prospektində hərəkətdə olarkən “Toyota Aqua” markalı avtomobil qəfil sağdan ötmə əməliyyatı həyata keçirmiş və ona məxsus avtomobilin ön hissəsinə zərər vurmuşdur. Buna görə də o, həmin vaxt avtomobili tərpətmədən yerində saxlayaraq avtomobildən düşərək həmin şəxsə öz iradını bildirmiş, sığortaya və polisə xəbər vermişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhər DYPİ-yə yaxınlaşmış lakin qarşı tərəf orada olmamışdır. Orada yol polisi əməkdaşları ona hadisənin görüntülərini göstərmişlər və həmin görüntülərdən açıq aşkar qarşı tərəfin qabağına maneə çıxdığı üçün onun zolağına daxil olduğu görünürdü. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdə onun mobil nömrəsinə “Asanpay” vasitəsilə mesaj gələrək İXM 327.1-ci maddəsi ilə cərimə olunması göstərilmişdir. Həmçinin onun “Asanpay” tətbiqi üzərində olanda elektron kabinetinə hadisənin videogörüntüləri əlavə edilməmişdir. O, hətta daha sonra Bakı şəhər DYPİ-yə yaxınlaşıb inzibati tənbeh vermə haqqında qərarı götürəndə də ona görüntü təqdim edilməmişdir. Buna görə də məhkəmədən xahiş edir ki, hadisənin görüntüləri Bakı şəhər DYPİ-dən tələb olunsun və həmin görüntülərə baxış keçirilsin və törətdiyi xəta sübuta yetirilsin. Əks təqdirdə barəsində tətbiq edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi S.Əliyev şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin etibarnamə üzrə nümayəndəsi X2 verilmiş sözügedən qərardan verilmiş şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq baş vermiş hadəsinin videogörüntülərinin olduğu diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə Tbilisi prospektində özünə məxsus “Toyota Corolla” markalı **-FP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu səbəbdən də, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadəsinin videogörüntülərinin əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarında göstərilənlər öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİ-cü hissəsinin 1.18-ci bəndinə əsasən yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir. Həmin Qanunun 83-cü maddəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar elektron qərarda göstərilir (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6844886 saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda onu da nəzərə alır ki, şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın qanunsuz olması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6844886 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar