Məhkəmə qərarları › İş №3(004)-6315/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6315/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6315/2025 24.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə “Azərbaycan Sənaye Korporasiyası» ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında" 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamına əsasən, “ASK"xxxx" MMC özəlləşdirilməyə açıq elan edilmişdir. Həmin Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) 16 may 2022-ci il tarixli 90 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 471 ünvanında yerləşən “ASK Ayaqqabı Fabriki"xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və hüquqi şəxslərin dövlət reyestr məlumatlarında müəyyən dəyişikliklər edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. Bundan sonra. "xxxx" ASC-nin balansında törəmə müəssisə kimi uçota alınmış aktivlərin balansdan çıxarılması barədə 30 iyun 2022-ci il tarixli 01-2022-038 nömrəli əmr imzalanmış, ASK Ayaqqabı Fabriki” MMC-nin balansına iştirak payı kimi ötürülmüş aktivlər, o cümlədən “İSUZU NQR 71R" yük markalı, **-JR-*** d.q.n. nəqliyyat vasitəsi "xxxx" ASC-nin balansından çıxarılmışdır. Bununla əlaqədar, özəlləşdirilmə prosesi çərçivəsində nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan “X1 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinə (bundan sonra - Mərkəz) təhvil verildiyini nəzərə alaraq, həmin nəqliyyat vasitələri üzərində mülkiyyət hüquqları barədə müvafiq qeydin aparılmasına dair inzibati orqana müraciət ünvanlanması və zəruri tədbirlərin həyata keçirilməsi barədə “ASK" ASC tərəfindən 14 noyabr 2024-cü il tarixli, 13-5/2-390/2024 nömrəli məktub ünvanlanmışdır Əmlak Məsələləri Dövlət Xidmətinin 6 dekabr 2024-cü il tarixli, 3-21-3/2-20306/2024 nömrəli cavab məktubunda özəlləşdirilmə prosesi çərçivəsində təhvil verilən nəqliyyat vasitələrinin Mərkəzin adına rəsmiləşdirilməsi ilə bağlı qanunamüvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir. Bundan başqa, iş materiallarına əlavə olunmuş “İSUZU NQR 71 R” yük markalı, **-JR-*** d.q.n nəqliyyat vasitəsini idarə edən şəxsin 21.06 2025-ci il tarixində saat 14 22-də inzibati xəta törətməsi barədə bildirişin “ASK" ASC-yə təqdim edilməsini təsdiqedici sənəd əlavə edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş poçt qəbzində məktubu alan şəxs bölməsində Aygün xanım" adlı qeyd və müvafiq imza olmasına baxmayaraq, "xxxx" ASC-yə qeyd olunan adda şəxs işləmir. Bundan başqa, poçt qəbzində poçt göndərişinin izlənmə indeksi olmadığı üçün həmin qəbzin Şöbə tərəfindən göndərildiyi iddia edilən bildirişə aid olubolmamasını, onun hansı tarixdə və hansı ünvana göndərilməsinə dair məlumatların eyniləşdirilməsi mümkün deyildir. Eyni zamanda, səlahiyyətli orqan tərəfindən inzibati protokol tərtib edilərkən İXM-nin 61.1-ci, 61.3 və 64-cü maddələrinin (“Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs” və ‘Hüquqi şəxsin nümayəndəsi”) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə müəyyən edilmiş hüquqlarının realizəsi və inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılmasına dair tələblər pozulmuşdur. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırkı halda inzibati xətanın subyekti ‘ ASK” ASC deyil, ona görə də inzibati xəta haqqında protokol əsassız tərtib edilmişdir.Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndələrini göndərməmişdir. Beləliklə, məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında" 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamındab görünür ki, “ASK" ASC-nin törəmə müəssisəsi olan “ASK Ayaqqabı Fabriki" MMC özəlləşdirilməyə açıq elan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 may 2022-ci il tarixli 90 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 471 ünvanında yerləşən “ASK Ayaqqabı Fabriki" MMC” “Bakı Ayaqqabı fabriki" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və hüquqi şəxslərin dövlət reyestr məlumatlarında müəyyən dəyişikliklər edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin balansında törəmə müəssisə kimi uçota alınmış aktivlərin balansdan çıxarılması barədə 30 iyun 2022-ci il tarixli 01-2022-038 nömrəli əmrindən görünür ki, ASK Ayaqqabı Fabriki” MMC-nin balansına iştirak payı kimi ötürülmüş aktivlər, o cümlədən “İSUZU NQR 71R" yük markalı, **-JR-*** d.q.n. nəqliyyat vasitəsi "xxxx" ASC-nin balansından çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən sorğu edilən “İSUZU NQR 71R" yük markalı, **-JR-*** d.q.n. nəqliyyat vasitəsi "xxxx" ASC-nin balansından çıxarılmışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki halda "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respunblikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inizbati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmçinin İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa və ya qərarı qəbul etmiş məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar