Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6324/2023 15.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X12, Zərərçəkmiş şəxs X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 X1 iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nəsimi rayonu, X23 küçəsi, ev 24, mənzil 158 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X18 tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov prospekti ev 125, mənzil 25-də yaşayan Rusiya Federasiyasının vətəndaşı X15 xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 26-ci PB-nə ərizə ilə müraciət edərək, həmin tarixdə saat 11:25 radələrində yaşadığı mənzildə Rəhmanova X24 tərəfindən döyülməsi barədə məlumat vermişdir. 25 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla da, X7 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X3 X25 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək X7 barəsində İXM-nin 157-ci maddələrində nəzərdə tutulmuş sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, keçmiş əri X20 ilə boşanmışdır. Bundan sonra birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzilin üzərinə hər ikisinin hüquqlarının tanınması barədə məhkəmədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Raufun birgə yaşadığı X15 ilə həmin mənzilə köçmək istəyərkən o, öz etirazını Ekaterinaya bildirməyə başlamışdır. Bu səbəbdən aralarında söz mübahisəsi yarınmışdır. Söz mübahisəsi zamanı o, Ekaterinanı döyməmiş, sadəcə mənzilə buraxmaması üçün onu əlləri ilə itələmiş və ayağı ilə onun əşyasına vurmuşdur. O hesab edir ki, məhkəmənin qərarında həmin mənzilə tək X2 icazə verilmişdir. Bu səbəbdən o X20 ilə birlikdə həmin mənzilə köçmək istəyən X9 və onun uşaqlarını mənzilə buraxmamış, mübahisə bunun nəticəsində baş vermişdir. O həmin əmlakı mülkiyyət hüquqlarının müdafiəsi məqsədi ilə etmişdir. Bundan əlavə X7 verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X15 izahat verərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:25 radələrində əri ilə birlikdə X17 yaşadığı ünvan 2, mənzil 25-ə köçmək istədiyi zaman həmin mənzildə yaşayan Raufun keçmiş arvadı Şəxs mənzilin giriş hissəsində üzərinə hücum çəkərək, ayağı ilə sol ayağından və əli ilə döş qəfəsi nahiyəsindən onu vurmuşdur. Yekun olaraq o X5 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X20 bildirmişdir ki, Rəhmanova X24 onun keçmiş həyat yəldaşıdır, onlar 2017-ci il tarixdə boşanmışlar. Bundan sonra X16 ilə ailə həyatı qurmuşdur. Məhkəmə qətnaməsinə əsasən ona Şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzilə köçmək hüququ verilmişdir. O hesab edir ki, onun həmin mənzilə köçmək hüququ varsa deməli onun həyat yoldaşıda onunla birgə həmin mənzilə köçə bilər. xx.xx.2023-cü il tarixdə saat 11:25 radələrində məhkəmənin qərarı ilə o, həyat yoldaşı X16 və iki az yaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçmək istədiyi zaman Zərifə mənzilinin girişində Ekaterinanın üzərinə hücum çəkərək onu döymüşdür. Ekaterina həmin hadisəni mobil telefona çəkmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X7 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Yasamal RPİ-nin 26-cı polis bölməsnin təhqiqatçısı Ramil Qafarov tərəfindən tərtib edilmiş 25 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, Rusiya Federasiyasının vətəndaşı X8 müraciəti əsasında toplanmış materialda cinayət tərkibi yoxdur. Lakin, Şəxs Rusiya Federasiyasının vətəndaşı X10 sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilməklə döymə ilə nəticələn, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Belə olan halda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli o cümlədən inzibati xəta iş üzrə icraat başlanmasından ötrü qərarın surəti Yasamal RPİ-nin 26-ci PB-nin aidiyyəti əməkdaşına həvalə edilməlidir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından müəyyən edilir ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 417 saylı rəyinə əsasən X8 bədəni üzərində aşkar edilmiş xəsarətlər-boyunun və sol əlin 3-cü daraq sümüyü proyeksiyasının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan video görüntüdən görünür ki, X7 aqressiv halda ayağı və əlləri ilə videonu çəkən şəxsi vurur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X13 anası Şəxsdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeydinə əsasən bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X4 törətdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən X7in məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında X7 etdiyi hərəkətləri mülkiyyət hüquqlarını qorumaq məqsədi ilə yəni, zəruri müdafiə məqsədi ilə etdiyini bildirmiş, lakin hadisəni özündə əks etdirən video görüntüyə baxış zamanı müəyyən edilmişdiri ki, Şəxs etdiyi hərəkətlər zəruri müdafiə həddini aşır. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X5 İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6324/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6324/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver