Məhkəmə qərarları › İş №3(004)-6348/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6348/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6348/2024 24.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17041748 saylı protokol üzrə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17041748 saylı protokol üzrə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın etibarnamə üzrə nümayəndəsi X5 şikayətə etiraz edərək bildirmişdir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla bağlı ona ASAN SMS vasitəsilə məlumat göndərilmişdir. Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş inzibati xətalar üzrə real vaxt rejimində qərar tərtib edilərək şəxsin elektron kabinetinə yüklənir və şəxsə dərhal sms bildiriş göndərilir. SMS bildirişin çatdırıldığı vaxt şəxs qərarı almış hesab edilir. Görünüdüyü kimi, X4 xx.xx.2023-cü il tarixdə sms bildiriş göndərilmiş lakin həmin tarixdən 1 ildən çox vaxt keçməsinə baxmayaraq şəxs tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Eyni zamanda hazırki şikayət üzrə ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir. Hesab edir ki, hazırki halda şikayət ərizəsi qərardan şikayət vermə müddəti ötürüldüyündən baxılmadan geri qaytarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasına gəlməmişdir, lakin elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət ərizəsinə əlavə edilmiş qərardan aydın olur ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17041748 saylı protokol üzrə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli qərarı ilə X1 Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələrində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 300 manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (qərarından şikayət verilmiş orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş) “bildirişlərin çatdırılma cədvəlinə” dair çıxarışdan müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, EQ 17041748 saylı protokol üzrə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla bağlı sms xəbərdarlıq xx.xx.2023-cü il tarixdə X4 çatdırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X6 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17041748 saylı protokol üzrə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətini ötürmüşdür və müddətin bərpa edilməsi ilə bağlı vəsatət verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17041748 saylı protokol üzrə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti Azərbaycan Respublikası İXMnin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 17041748 saylı protokol üzrə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarndan verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar