Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6349/2023 18.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ regional şöbəsinin rəisi X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı №1065873 saylı qərarından verdiyi şikayətə baxaraq məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ regional şöbəsinin rəisi X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı №1065873 saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, X2 qeydiyyatda olduğu yer ünvan 1 ünvanıdır. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin (VÖEN**********) hüquqi ünvanı Füzuli rayonu, ev FİN Quraşdırma evələri ünvanındadır. Məhkəmə X5 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, X2 şikayəti aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer Füzuli rayonunun ərazisidir və şikayətçi X2 qeydiyyat ünvanı da Füzuli rayonundadır. Göründüyü kimi X3 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı №1065873 saylı inzibati tənbeh vermə haqqında qərar (vəzifəli şəxs kimi) X6 barəsində qəbul edilmişdir. Digər tərəfdən elektron məhkəmə informasiya sisteminin məlumatlarından görünür ki, vergi ödəyicisinin hüquqi ünvanı kimi "xxxx" MMC-nin (VÖEN**********) Füzuli rayonu, ev FİN Quraşdırma evələri ünvanında qeydiyyata alınmışdır. Nəzərə alsaq ki, vergi ödəyicisi X5 qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi hüquqi ünvanında müvafiq tədbir görməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi vergi ödəyicisinin rəsmi qeydiyyata alınmış ünvanında baş vermişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədilmə yeri Füzuli rayonu ərazisidir. Ona görə də inzibati işə aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixil Qərarına əsasən, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və ya onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və 118-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Qarabağ regional şöbəsinin rəisi X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı №1065873 saylı qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6349/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6349/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver