Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-636/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1987-cidə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olan Abuşov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.3, 511.1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X6 və İXM-nin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Abuşov Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:18 radələrində “VAZ-21065 minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, İnşaatçılar prospektində hərəkət edərkən, polis əməkdaşı konstruksiya dəyişikliyini avtomaşında görüb avtomobili saxlatmağı tələb etmişlər, lakin sürücü avtomobili saxlamadığı üçün arxasıca hərəkətə başladı. Sürücü T.Şahbazi küçəsinə hərəkət edib maşını saxlayıb, polis əməkdaşı yaxınlaşmaq istəyəndə, öz hərəkətini davam etmişdir. Bununla da DYP əməkdaşının tələbinə tabe olmayaraq hərəkətini davam etdirmiş, digər hərəkət iştirakçıları üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq hərəkətini davam etdirmiş, polis əməkdaşları onun arxasıca düşüb Hərbi şəhərcik, Qızıl Şərq küçəsinə döndü. Onlar ona təkrar “saxla” işarəsi verdilər, o yenə hərəkətinə davam edərək, maşını arxaya verib, pois əməkdaşlarının patrul avtomobilinə toqquşub maddi ziyan yetirmiş, təkrar hərəkətinə davam eləyərək polislərdən qaçmaq istəmişdir. Binaların arasına girib, yolun qurtardığı dalanda dayanmışdır. Maşından düşüb əynindəki paltarını çıxarıb, bina sakinlərinin diqqətini özünə cəlb edərək polisin üstünə getmişdir. Polis əməkdaşları ilə mübahisə etmiş, səs-kü saymış, polislərin qanuni tələblərinə tabe olmamışdır. Bununla da ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmuşdur. Həmçinin DYP əməkdaşları ilə mübahisə etdiyi üçün, onların tələblərinə tabe olmadığı üçün yol polisi əməkdaşı hadisə yerinə post patrul xidməti əməkdaşlarını dəvət etmişlər və post patrul əməkdaşları həmin yerə gədikdən sonra, polis əməkdaşlarının köməyi ilə sürücü polis bölməsinə gətirilmişdir. Bununla da o, həm də polislə mübahisə edib, polisin tələbinə tabe olmamış bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, İXM-in 327.1, 332.3, 511.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru X1 tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Abuşov Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 10:18 radələrində “VAZ-21065 minik” markalı, **- DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu ərazisində hərəkətdə olarkən DYP əməkdaşları onun arxasınca gəlmiş, özünü itirdiyit üçün polisdən qaçmış, DYP avtomobilinə zərər yetirmiş, özündə olmadığı üçün, həyacanlı olduğu üçün polislərdə mübahisə etmişdir. Bütün bunlar onun panikaya düşməsi səbəbindən olmuşdur. Əməlindən peşmandır. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə Heydər Dadaşzadə məhkəməyə verdiyi izahatında bildirdi ki, Abuşov Şəxs Yasamal rayonu ərazisində Hərbi şəhərcik, Qızıl Şərq küçəsində DYP əməkdaşlarının “saxla” işarəsinə məhəq qoymamış, lakin sonradan yol dalana dirəndiyi üçün, getməyə yol olmadığından avtomobilini məcbüriyyətdən saxlamış, maşından düşüb əynindəki paltarını çıxarıb, bina sakinlərinin diqqətini özünə cəlb edərək polisin üstünə getmişdir. Polis əməkdaşları ilə mübahisə etmiş, səs-kü saymış, polislərin qanuni tələblərinə tabe olmamışdır. DYP əməkdaşları ilə mübahisə etdiyi üçün, onların tələblərinə tabe olmadığı üçün yol polisi əməkdaşı hadisə yerinə post patrul xidməti əməkdaşlarını dəvət etmişlər və post patrul əməkdaşları həmin yerə gədikdən sonra, polis əməkdaşlarının köməyi ilə sürücü polis bölməsinə gətirilmişdir. Bununla da o, həm də polislə mübahisə edib, polisin tələbinə tabe olmamış bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 xidməti inspektoru polis kiçik serjantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Abuşov Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:18 radələrində “VAZ- 21065 minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, İnşaatçılar prospektində hərəkət edərkən, polis əməkdaşı konstruksiya dəyişikliyini avtomaşında görüb avtomobili saxlatmağı tələb etmişlər, lakin sürücü avtomobili saxlamadığı üçün arxasıca hərəkətə başladı. Sürücü T.Şahbazi küçəsinə hərəkət edib maşını saxlayıb, polis əməkdaşı yaxınlaşmaq istəyəndə, öz hərəkətini davam etmişdir. Bununla da DYP əməkdaşının tələbinə tabe olmayaraq hərəkətini davam etdirmiş, digər hərəkət iştirakçıları üçün təhlükə yaradaraq ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq hərəkətini davam etdirmiş, polis əməkdaşları onun arxasıca düşüb Hərbi şəhərcik, Qızıl Şərq küçəsinə döndü. Onlar ona təkrar “saxla” işarəsi verdilər, o yenə hərəkətinə davam edərək, maşını arxaya verib, pois əməkdaşlarının patrul avtomobilinə toqquşub maddi ziyan yetirmiş, təkrar hərəkətinə davam eləyərək polislərdən qaçmaq istəmişdir. Binaların arasına girib, yolun qurtardığı dalanda dayanmışdır. Maşından düşüb əynindəki paltarını çıxarıb, bina sakinlərinin diqqətini özünə cəlb edərək polisin üstünə getmişdir. Polis əməkdaşları ilə mübahisə etmiş, səs-kü saymış, polislərin qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan hadisənin SD disk yazısına baxış zamanı görünür ki, Abuşov Şəxs xx.xx.2021-ci il tarixdə saat 10:18 radələrində “VAZ-21065 minik” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətmişdir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə cərimə nəzərdə tutulmuşdur. İXM-in 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə cərimə nəzərdə tutulmuşdur. İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətləri inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması ilə yanaşı inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə cərimə ilə yanaşı inzibati həbs nəzərdə tutulmuşdur. Abuşov Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2021-ci il tarixli tutma protokoluna əsasən A.Abuşov həmin tarixdə saat 10:20 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Abuşov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 327.1, 332.3, 511.1-ci və 535.1-ci maddələri ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixindən, saat 10:20 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-636/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-636/2021
22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver