Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6364/2024 20.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, inzibati xəta haqqında tərtib etmiş Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Masallı rayonu, Boradigah qəsəbəsi, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X9 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 20 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs yüksək səslə X4 qarşı nalayiq ifadələr işlətmişdir. Protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin sahə inspektoru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 16 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 147 ünvanında Respublika Diaqnostika Mərkəzində yüksək səslə nalayiq ifadələr işlədərək səs-küy salaraq xırda xuliqanlıq törətmişdir. Yekun olaraq o X2 barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli bilməyərək bildirmişdir ki, onun həyat yoldaşı hamilə olduğu və bundan əlavə talasemiya xəstəliyindən əziyyət çəkdiyi üçün həkimə müraciət etmək məqsədi ilə Respublika Diaqnostika Mərkəzinə zəng etmiş, həmin mərkəzdən ona həkimin işdə olduğunu və yaxınlaşa biləcəklərini ona bildirmişlər. Lakin həyat yoldaşı həmin tibb müəssisəsinə yaxınlaşan zaman ona həkimin işdə olmadığını bildirmişlər. O, 913 xidmət mərkəzinə zəng edib şikayət etdikdən sonra həkim həyat yoldaşını qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə öz səhhətində yaranmış narahatlıqla bağlı Respublika Diaqnostika Mərkəzinə müraciət etmiş, elə həmin vaxt xx.xx.2024-cü il tarixdə baş vermiş hadisənin səbəblərini soruşmuş və şikayət edəcəyini bildirmişdir. Bu zaman ona həmin məsələ ilə bağlı X3 məşğul olduğunu bildirmişlər. O həmin xanıma yaxınlaşayaq öz iradını bildirmişdir ki, xəstə qadına qarşı bu cür münasibət normal müansibət deyil. Əlavə olaraq müştərilərə yalan məlumat verilməməsini xahiş etmişdir. Bu zaman o həmin işçinin dediklərinə əhəmiyyət verməyərək onu rəhbərliklə görüşdürmələrini xahiş etmişdir. Daha sonra həkim Gülxanım İsmayılova yaxınlaşmış, lakin o həmin həkimlə danışmaqdan imtina etmişdir. Bundan sonra müştəri xidmətlərinin nümayəndəsi onu qəbul etmişdir. Həmin şəxsə irad və şikayətlərini bildirmiş və oradan ayrılmışdır. X5 təhqir etməmiş, ona qarşı nalayiq ifadələr işlətməmiş, sadəcə onunla danışan zaman emosional vəziyyətdə olduğu üçün, səsini yüklətmişdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o Respublika Diaqnostika Mərkəzində sığorta qeydiyyatçısı vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Rəvanə adlı xanım onun işlədiyi klinikaya yaxınlaşıb həkim qəbuluna müraciət etmişdir. Həmin vaxt həkimin şəxsi problemləri olduğu üçün həkimin xəstə qəbul etmədiyi barədə xanıma məlumat verilmiş, lakin onun təkidindən sonra həkim xəstəni qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə xidmətdə olduğu zaman X1 gələrək klinikanın birinci mərtəbəsində ona qarşı “qələt edirsən”, “yalançısan”, kimi nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bundan sonra o özünü çox pis hiss etmiş, səhhətində problem yaranmışdır. Bu zaman o Şəxs heç bir cavab qaytarmamışdır, lakin həmin şəxs öz əsəblərini cilovlamadan ucadan qışqıraraq ona qarşı “fırıldaqsız”, “yalançısınız” kimi ifadələr işlədərək onu təhqir etmişdir. Həmin şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş edir. İnzibati qaydada tutma haqqında 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 13:00-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində bir azyaşlı uşağı vardır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq etməsini özü etiraf etməsə də, məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və yuxarıda qeyd edilən raportla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6364/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6364/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver