Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6365/2023 28.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X5 iclas katibliyi ilə X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin BNA seriyalı, ******* nömrəli, 28 aprel 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyinin BNA seriyalı, ******* nömrəli, 28 aprel 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən onun barəsində qərar qəbul edilməsinin səbəbi kimi onun guya “Mercedes Benz E220” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dayanma və ya durma qaydalarını pozduğu göstərilmişdir. O bildirmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən idarə etdiyi avtomobilinə həmin tarixdə onun tərəfindən dayanma və ya durma qaydalarının pozulması göstərilməklə inzibati xəta kimi qiymətləndirilməsi qanunsuz olmaqla, əsassızdır. Belə ki, onun idarə etdiyi “Mercedes Benz E220” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəbul edilmiş həmin qərarda göstərilən tarixdə dayanma və ya durma qaydalarının pozulmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Göründüyü kimi onun idarə etdiyi avtomobillə dayanma və ya durma qaydalarının pozulması barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati xəta haqqında qərarda gəlinmiş nəticə tamamilə qanunsuz və əsassız olmaqla həmin faktın mövcudluğunu təsdiq edən sübut qərara əlavə edilməmişdir. Qeyd etmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən onun Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli olmağı barədə gəlinmiş qənaət yanlışdır və o, inzibati xəta hadisəsi törətməmişdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən heç bir araşdırma aparılmamış və heç bir əsaslı səbəb olmadan onu təqsirli bilmişlər. Belə olan halda o, hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinməyi qanunsuzdur. Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən ətraflı araşdırma aparılmamış və formal olaraq mənim təqsirli olmağım barədə qərar qəbul edilmişdir. Onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmağı öz təsdiqini tapmamışdır. Belə olan halda, onun barəsində qanunsuz və əsassız olaraq inzibati xəta haqqında qərar qəbul edilmiş və o cərimə edilmişdir. Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd edirəm ki, onun tərəfindən inzibati xəta hadisəsi törədilmədiyi halda, barəsində inzibati tənbeh tətbiq etmə barədə qəbul edilmiş qərar işin faktiki hallarından göründüyü kimi və qanunvericiliyin normaları nəzərə alınmaqla əsassız və qanunsuz olaraq qəbul edildiyindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA seriyalı, ******* sayh inzibati xəta haqqında qərar ləğv edilməli və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilməyimə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, BNA seriyalı, ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Bakı Nəqliyyat Agentliyinin tərtib etdiyi BNA seriyalı, ******* nömrəli, 28 aprel 2022-ci il tarixli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA seriyalı, ******* nömrəli, 28 aprel 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına (qərar qəbul edən Azərbaycan Yerüstü Nəqliyyat X4 sədr müavini Natiq Dadaşov) əsasən X6 xx.xx.2022-ci il tarixdə saat 16:54 radələrində “Mercedes Benz E220 minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar xx.xx.2023-cü il tarixdə çap edilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, qərar ləğv edilməlidir və iş üzrə icraata xitam verilməlidir. Həmçinin aşağıdakı əsasların hər birinin müstəqil mövcudluğu, yəni əsaslardan digərləri təsdiq olunmasa da belə, həmin əsas qərarın ləğvi üçün kifayət edir. 1) BNA-nın kamerası ölçü funksiyasına malik deyil. Çünki avtomobilin dayanma qadağandır nişanından hansı məsafədə saxlanılmasını ölçmək üçün kameranın ölçü funksiyası olmadığı üçün, fotoşəkillərdə bu barədə qed yoxdur, avtomobil həmin nişandan hansı məsafədə saxlanılması barədə qərarda da bu barədə qeyd yoxdur. Həmin hal hazırkı iş üçün əhəmiyyət kəsb edən haldır. Həmin faktın başqa qaydada aradan qaldırmaq olmur. İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İXM-nin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Göründüyü kimi xüsusi texniki vasitədən istifadə edilmişdirsə, həmin xəta məhz həmin xüsusi texniki vasitənin göstəriciləri nəzərə alınmalıdır. Lakin hazırkı halda kameraların ölçü funksiyası və göstəricisi olmamışdır. İXM-də radarlar vasitəsilə avtomobilin sürət həddini aşması ilə əlaqədar elektron qərarlar qəbul edilir. Bu cür qərarlarda xüsusi texniki vasitənin özü hər hansı bir kənar müdaxilə olmadan, fiziki şəxs aili olmadan, avtomobilin sürəti texniki vasitənin özü ölçür və qərarı da həmin texniki vasitə elektron qaydada özü qəbul edir. Həmdə əgər inzibati xəta xüsusi texniki vasitələrin göstəriciləri əsasında aparılmalıdırsa, fotoşəkili kamera vasitəsilə, avtomobilin dayandığı yerin isə fiziki şəxsin bilavasitə xəta yerində mexaniki üsulla ölçü aparmaqla həllinə yol verilmir. Çünki İXM-nin tələblərinə əsasən zidiyyətli və şübhəli məqamlar şəxsin xeyrinə həll edilməlidir. 2) Bundan əlavə hazırkı inzibati xəta üzrə birbaşa qərar qəbul edilə bilməsi İXM-də müəyyən edilmişdir. Lakin hazırkı inzibati xəta haqqında qərar İXM-də bunun üçün müəyyən edilmiş qaydada çıxarılan qərar da deyildir. Çünki 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi elektron qərar çıxarılırsa, bu zaman bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Lakin hazırkı qərar bort-kompüter vasitəsilə tərtib olunmamışdır. 3) Bundan əlavə BNA tərəfindən həmin hazırkı inzibati xəta İXM-nin 122-ci maddəsi ilə deyil, İXM-nin 124-cü maddəsi qaydasında aparılmışdırsa da, yenə də İXM-nin tələbləri pozulmuşdur. Çünki belə olduğu təqdirdə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, onda İXM-nin 124-cü maddəsi ilə inzibati xəta üzrə icraat aparılması qaydası pozulmuşdur. Çünki hazırkı iş üzrə hər hansı bir inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Birbaşa inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Hazırkı iş üzrə icraat İXM-nin 124.5-ci maddəsi ilə də aparılmamışdır. Çünki həm İXM-nin 124.5, həm də İXM-nin 124.6-cı maddələrindəki qərarlar yalnız bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Belə olduğu təqdirdə hazırkı inzibati xəta, yuxarıda qeyd edildiyi kimi İXM-nin 124.5, 124.6-cı maddəsində nəzərdə tululmuş qaydada yalnız bort-kompüter vasitəsilə tərtib olunmalı idi. Lakin hazırkı qərar bort-kompüter vasitəsilə tərtib olunmamışdır. Belə olduğu təqdirdə icraat zamanı ilk növbədə inzibati xəta haqqında protokol tərtib edilməliydi, bundan sonra qərar qəbul edilə bilərdi. Çünki İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Lakin göründüyü kimi hazırkı iş üzrə ümumiyyətlə inzibati xəta haqqında protokol tərtib edilməmişdir. 4) Bundan əlavə məhkəmə qeyd edir ki, İXM-nin 122.1-ci maddəsində hansı inzibati xətaların, məhz həmin qaydada aparılması orada qeyd edilmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaların İXM-nin 122.1-ci maddəsi aqydasında icraat aparılması “imperativ” norma kimi müəyyən edilmişdir. Ona görə də həmin maddədə “yalnız” ifadəsinin işlədilməməsi, heç də o demək deyil ki, İXM-dəki digər inzibati xətaları da İXM-nin 122-ci maddəsi qaydasında icraat aparıla bilər. 5) Bütün sadalananlardan əlavə məhkəmə qeyd edir ki, İXM-də inzibati xətalar haqqında işlərə baxılmanın ümumi qaydaları müəyyən edilsə də, lakin, həmin Məcəllədə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri” xüsusi qaydada, yəni İXM-nin 16-cı fəsli ilə tənzimlənir. Ona görə də “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə” məhz həmin fəsildə göstərilmiş qaydalar çərçivəsində baxılmalıdır. İXM-də həmin qaydalardan fərqli qaydalar müəyyən edilsə də, həmin fərqi qaydaların İXM-nin 16-cı fəslindəki işlər üzrə qüvvəsi yoxdur. Belə olduğu təqdirdə şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati tənbehvermə haqqında qərarlardan, tərəflərin izahatlarından, işin mübahisəsiz halı kimi (qərarından şikayətverən orqanın nümayəndəsi də bu halı qəbul edir, mübahisələndirmir) müəyyən edilir ki, həmin qərarlarda qeyd edilən inzibati xəta, yəni İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş qərarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Yəni həmin inzibati xətalar bilavasitə, yəni qərar qəbul etmiş və ya protokol tərtib etmiş səlahiyyətli şəxsin inzibati xətanın törədildiyi yerdə olmaqla, həmin hadisə yerində bilavasitə aşkar etməmişdir. Həmin inzibati xəta hadisəni aşkar edən şəxsin hadisə yerində olmadan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. Beləliklə “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri”ni tənzimləyən İXM-nin 16-cı fəslində, həmin işlərə baxılmasını biri-birindən fərqləndirən aşağıdakı 2 qaydası müəyyən edilmişdir: - Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası; - Maddə 124. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası. Belə olduğu təqdirdə “İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edilən İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Göründüyü kimi şikayətçinin təqsirli bilindiyi və barəsində inzibati tənbeh tətbiq edildiyi İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın “İnzibati xəta hadisəsinin foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası”ndan bəhs edilən İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmamışdır. Lakin iş üzrə görünür ki, İXM-nin 122.1-ci maddəsinin müəyyən etdiyi qaydalar pozulmaqla, həmin qaydalardan kənara çıxılmaqla, şəxs barəsində İXM-nin 346.1-ci maddəsi ilə inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXM-nin 122.1-ci maddəsindəki qaydalarla əldə edilmiş sübut, İXM-nin 346.1-ci maddəsindəki inzibati xətanın törədilib-törədilməməsində şəxsin əlehinə istifadə edilə bilməz. Bununla da şəxs barəsində inzibati tənbehvermə qərarı qəbul edilərkən onun təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Təqsir qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Qanunda nəzərdə tutulmamış qaydada şəxsin təqsiri sübuta yetirilə bilməz. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Belə olduğu təqdirdə İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin BNA seriyalı, ******* nömrəli, 28 aprel 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6365/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6365/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver