Məhkəmə qərarları › İş №3(004)-6371/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6371/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6371/2024 03.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Kakayev Merdanın iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş 13000-01669/24 nömrəli 06 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Dəniz Nəqliyyatı və X7 Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 2-ci şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli. 3-33-300/012/004908 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına göndərilən yük xx.xx.2024-cü il tarixli **********9690 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin Şəxs MMC tərəfindən malların gömrük anbarı xüsusi gömrük proseduru altında qalması üçün nəzərdə tutulmuş üç ay müddətinin pozulduğu müəyyən edilmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “X6 Equip & Spare Parts” LLC tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən “Hyundai R340L tırtıllı ekskavator” adlı yük 21,06.2024-cü il tarixdə, saat 10:37-də “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunu keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin yükə Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********9690 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 3 ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, gömrük anbarı xüsusi gömrük prosedurunun müddətinin bitməsinə baxmayaraq gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilən mal barəsində hec bir digər gömrük proseduru həyata keçirilməmişdir. Öhdəlik müddəti bitdikdən sonra sözügedən mal ölkə ərazisindən ixrac edilmişdir. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubla Dəniz Nəqliyyatı və X7 Gömrük İdarəsinə şirkətin ünvanına göndərilən malların təkrar ixrac olunması məqsədilə idxal edildiyi tarixdən 3 ay müddətinə gömrük anbarında gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanca götürülməsi barədə müraciət edilmişdir. Eyni zamanda Şəxs MMC-nin direktoru Mərdan Kakayev tərəfindən xx.xx.2024-cü il tarixli 51 nömrəli məktubla Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə müraciət edilmiş və müraciət məktubunda xx.xx.2024-cü il tarixdə saxlanca götürülmüş sassi nömrəsi HYNDN9D1CERE00004 olan “Hyundai R340L tırtıllı ekskavator” adlı yükün təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilməsinə icazə verilməsi xahiş edilmişdir. Baş İdarə tərəfindən icazə verildikdən sonra sözügedən mal xx.xx.2024-cü il tarixli **********0152 sorğu nömrəli gömrük bəyannaməsi ilə ölkə ərazisindən ixrac edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli **********9690 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “Hyundai R340L tırtıllı ekskavator” adlı yük xx.xx.2024-cü il tarixdə idxal edilmişdir və şirkətin xahişi ilə 3 ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanca yerləşdirilmişdir. 01 nömrəli məktubda qeyd edilən üç av müddətini əsas götürsək Şəxs MMC-nin ünvanına göndərilən yükün gömrük anbarı xüsusi gömrük proseduru altında qalma müddətinin son günü xx.xx.2024-cü il tarixi hesab olunur. Lakin, iş materialında olan xx.xx.2024-cü il tarixli 51 nömrəli məktuba əsasən sözügedən yük müddət bitdiyi tarixdən sonra yəni, xx.xx.2024-cü il tarixdə təkrar ixrac edilmişdir. AR Gömrük Məcəlləsinin 183.1-ci maddəsinə əsasən mallar gömrük anbarı xüsusi gömrük proseduru altında verləsdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. AR Gömrük Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət basa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nin 7.1-ci bəndinə əsasən mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il müddətində saxlanıla bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qavdaları”nin 7.3-cü bəndində müəyyən edilən müddət basa çatanadək mallar digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Malların saxlanca qovulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC-nin müvafiq maddənin sanksiya həddində inzibti cərimə edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Kakayev Merdan inzibati xəta haqqında protokola etiraz etməyərək cəmiyyət barəsində aşağı həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rəsmiləşdirmə mərkəzi 2-ci şöbənin böyük isnpektoru Elçin Hacıyev tərəfindən tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, Medo” MMC (VÖEN: **********) tərəfindən 'HYUNDAİ R340L tırtıllı ekskavator” adlı və ya markalı mal xx.xx.2024-cü il tarixli **********9690 sorğu nömrəli gömrük bəyannaməsi ilə 3 (üç) ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilməklə rəsmiləşdirilmişdir. Qeyd edilən malların gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanılması üçün bəyan edilmiş müddətin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 183.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.3-cü bəndinin tələbləri pozularaq malların müəyyən edilən müddət başa çatanadək digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməsi həyata keçirilməmişdir. X2 Sistemi informasiya resursuna baxış keçirilməsi və sənədlərin materiala əlavə olunması haqqında 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********9690 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 3 ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, gömrük anbarı xüsusi gömrük prosedurunun müddətinin bitməsinə baxmayaraq gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilən mal barəsində heç bir digər gömrük proseduru həyata keçirilməmişdir. Öhdəlik müddəti bitdikdən sonra sözügedən mal ölkə ərazisindən ixrac edilmişdir. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisinin müavini Elçin İsgəndərov tərəfindən tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli raportdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsi Rəsmiləşdirmə mərkəzi 2-ci şöbəsindən Təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-33-300/012/004908 nömrəli raporta əsasən Şəxs MMC-nin ünvanına göndərilən yük xx.xx.2024-cü il tarixli **********9690 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin Şəxs MMC tərəfindən malların gömrük anbarı xüsusi gömrük proseduru altında qalması üçün nəzərdə tutulmuş üç ay müddətinin pozulduğu müəyyən edilmişdir. Qeyd edilən raportun araşdırılması ilə bağlı sözügedən Şirkətin nümayəndəsi izahat verməsi üçün xx.xx.2024-cü il tarixli 3-33-3200/2- 002011/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-33-3200/2-002073/2024 nömrəli məktublarla Təhqiqat şöbəsinə dəvət edilmişdir. Daha sonra +994 70 *** ** ** mobil nömrəsi ilə Dövlət Gömrük Komitəsi X2 Sistemində Şəxs MMC üçün qeyd olunan +994 10 *** ** ** mobil nömrəsi ilə əlaqə yaradılmışdır. Şirkətin direktoru kimi özünü təqdim edən Merdan Kakayev adlı şəxs Azərbaycan Respublikası ərazisində olmadığını, ölkə ərazisinə gəldiyi zaman izahat vermək üçün Təhqiqat şöbəsinə gələcəyini bildirmişdir. Mərdan Kakayevdən şifahi şəkildə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilən malların nə üçün müddət bitənədək digər gömrük proseduru altında rəsmiləşdirilmədiyi və prosedur müddətinin uzadılması üçün müraciət edilmədiyi soruşulmuşdur. Şirkətin direktoru cavab olaraq bildirmişdir ki, mallar ölkə ərazisinə gətirilən zaman malın alıcısının olub-olmaması şirkətə məlum olmadığı üçün, həmin mallar təkrar ixrac olunması məqsədi ilə 3 aylıq müddətə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Azərbaycan Respublikasında sözügedən malların alıcısı olmadığı üçün mallar ölkə ərazisindən müddət bitdikdən sonra ixrac edilmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “Al Heera nternational Equip & Spare Parts” LLC tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən 'Hyundai R340L tırtıllı ekskavator” adlı yük xx.xx.2024-cü il tarixdə, saat 10:37-də Beynəlxalq Dəniz Ticarət Limam” gömrük postunu keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin yükə Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********9690 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 3 ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, gömrük anbarı xüsusi gömrük prosedurunun müddətinin bitməsinə baxmayaraq gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilən mal barəsində heç bir digər gömrük proseduru həyata keçirilməmişdir, öhdəlik müddəti bitdikdən sonra sözügedən mal ölkə ərazisindən ixrac edilmişdir. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubla Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsinə şirkətin ünvanına göndərilən malların təkrar ixrac olunması məqsədilə idxal edildiyi tarixdən 3 ay müddətinə gömrük anbarında gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanca götürülməsi barədə müraciət edilmişdir. Eyni zamanda Şəxs MMC-nin direktoru Mərdan Kakayev tərəfindən xx.xx.2024- cü il tarixli 51 nömrəli məktubla Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə müraciət edilmiş və müraciət məktubunda xx.xx.2024-cü il tarixdə saxlanca götürülmüş şassi nömrəsi HYNDN9D1CERE00004 olan “Hyundai R340L tırtıllı ekskavator” adlı yükün təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilməsinə icazə verilməsi xahiş edilmişdir. Baş idarə tərəfindən icazə verildikdən sonra sözügedən mal xx.xx.2024-cü il tarixli **********0152 sorğu nömrəli gömrük bəyannaməsi ilə ölkə ərazisindən ixrac edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli **********9690 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “Hyundai R340L tırtıllı ekskavator” adlı yük xx.xx.2024-cü il tarixdə idxal edilmişdir və şirkətin xahişi ilə 3 ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanca yerləşdirilmişdir. 01 nömrəli məktubda qeyd edilən üç ay müddətini əsas götürsək Şəxs MMC-nin ünvanına göndərilən yükün gömrük anbarı xüsusi gömrük proseduru altında qalma müddətinin son günü xx.xx.2024-cü il tarixi hesab olunur. Lakin, iş materialında olan xx.xx.2024-cü il tarixli 51 nömrəli məktuba əsasən sözügedən yük müddət bitdiyi tarixdən sonra yəni, xx.xx.2024-cü il tarixdə təkrar ixrac edilmişdir. AR Gömrük Məcəlləsinin 183.1-ci maddəsinə əsasən mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. AR Gömrük Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nin 7.1-ci bəndinə əsasən mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il müddətində saxlanıla bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nin 7.3-cü bəndində müəyyən edilən müddət başa çatanadək mallar digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1 -ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Beləliklə, Şəxs MMC tərəfindən “Hyundai R340L tırtıllı ekskavator” adlı yük ölkə ərazisinə idxal edilərək 3 ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanca yerləşdirilmişdir və şirkət tərəfindən gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanca yerləşdirilmiş malların saxlanc müddətinin uzadılması ilə bağlı Baş İdarəyə müraciət edilməmişdir. Bu səbəbdən də şirkət tərəfindən edilmiş ilkin müraciətdəki müddət, yəni 3 ay müddəti əsas götürülmüşdür. Sözügedən mal gömrük anbarı xüsusi gömrük prosedur müddəti bitdikdən sonra təkrar ixrac edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 496.1-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar