Məhkəmə qərarları › İş №3(004)-6372/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6372/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6372/2024 04.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Əsgərova Təhminə Xeybər qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Kakayev Merdanın iştirakları ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 07 noyabr 2024-cü il tarixli, 13000-01671/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “X5 Eguip & Spare Parts” LLC tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən “Hyundai R340L tırtıllı ekskavator” adlı yük xx.xx.2024-cü il tarixdə, saat 10:16-da “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunu keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin yükə Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********9691 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 3 ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, gömrük anbarı xüsusi gömrük prosedurunun müddətinin bitməsinə baxmayarag gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilən mal barəsində heç bir digər gömrük proseduru həyata keçirilməmişdir. Öhdəlik müddəti bitdikdən sonra sözügedən mal ölkə ərazisindən ixrac edilmişdir. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs Məhdud Məsulliyyətli Cəmiyyətinin barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Kakayev Merdan inzibati xəta haqqında protokolla razılaşdığını bildirmiş, lakin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti kapitanı X3 tərəfindən tərtib edilmiş 07 noyabr 2024-cü il tarixli, 13000-01671/24 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “X5 Eguip & Spare Parts” LLC tərəfindən Şəxs MMC-nin ünvanına göndərilən “Hyundai R340L tırtıllı ekskavator” adlı yük xx.xx.2024-cü il tarixdə, saat 10:16-da “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunu keçməklə ölkə ərazisinə daxil olmuşdur. Həmin yükə Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə **********9691 sorğu nömrəli gömrük bəyannaməsi tərtib olunaraq 3 ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin, gömrük anbarı xüsusi gömrük prosedurunun müddətinin bitməsinə baxmayarag gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilən mal barəsində heç bir digər gömrük proseduru həyata keçirilməmişdir. Öhdəlik müddəti bitdikdən sonra sözügedən mal ölkə ərazisindən ixrac edilmişdir. Raportun araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubla Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə şirkətin ünvanına göndərilən malların təkrar ixrac olunması məqsədilə idxal edildiyi tarixdən 3 ay müddətinə gömrük anbarında gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanca götürülməsi barədə müraciət edilmişdir. Eyni zamanda Şəxs MMC-nin direktoru Mərdan Kakayev tərəfindən xx.xx.2024-cü il tarixli 51 nömrəli məktubla Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə müraciət edilmiş və müraciət məktubunda xx.xx.2024-cü il tarixdə saxlanca götürülmüş şassi nömrəsi HYNDN9D1CERE00003 olan “Hyundai R340L tırtıllı ekskavator” adlı yük təkrar ixrac gömrük prosedurunda rəsmiləşdirilməsinə icazə verilməsi xahiş edilmişdir. Baş İdarə tərəfindən icazə verildikdən sonra sözügedən mal xx.xx.2024-cü il tarixli **********0158 sorğu nömrəli gömrük bəyannaməsi ilə ölkə ərazisindən ixrac edilmişdir. İş materialında olan xx.xx.2024-cü il tarixli **********9691 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “Hyundai R340L tırtıllı ekskavator” adlı yük xx.xx.2024-cü il tarixdə idxal edilmişdir və şirkətin xahişi ilə 3 ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanca yerləşdirilmişdir. 01 nömrəli məktubda geyd edilən üç ay müddətini əsas götürsək “Medo" MMC-nin ünvanına göndərilən yükün gömrük anbarı xüsusi gömrük proseduru altında galma müddətinin son günü xx.xx.2024-cü il tarixi hesab olunur. Lakin, iş materialında olan xx.xx.2024-cü il tarixli 51 nömrəli məktuba əsasən sözügedən yük müddət bitdiyi tarixdən sonra yəni, xx.xx.2024-cü il tarixdə təkrar ixrac edilmişdir; xx.xx.2024-cü il tarixli 3-33-300/012/004911 saylı raportdan görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən “HYUNDAİ R340L tırtıllı ekskavator və X6” adlı və ya markalı mallar xx.xx.2024-cü il tarixli **********9691 sorğu nömrəli gömrük bəyannaməsi ilə 3 (üç) ay müddətinə gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilməklə rəsmiləşdirilmişdir. Qeyd edilən malların gömrük anbarı xüsusi gömrük proseduru altında saxlanılması üçün bəyan edilmiş müddətin bitməsinə baxmayaraq Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 183.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.3-cü bəndinin tələbləri pozularaq malların müəyyən edilən müddət başa çatanadək digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməsi həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən **********9691 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. Lakin müvəqqəti saxlanc müddətinin xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti saxlanc müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi Şəxs MMC tərəfindən təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar