Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6376/2024 22.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi barədə müvafiq olaraq MN ******* saylı, 22 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında MN ******* saylı, 22 noyabr 2024-cü il tarixli protokola əsasən Səfərli X1 rayonu, Şərifzadə küçəsi 112 ünvanında yerləşən “Olivia” mağazasından mobil telefon oğurlamış, nəticədə Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda ümumi sözlərlə Şəxs ünvan 1 ünvanında yerləşən “Olivia” mağazasından mobil telefon oğurladığı göstərilsə də, konkret olaraq inzibati xətanın törədildiyi vaxt, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi indefikasiya nömrəsi, törətdiyi əməl nəticəsində konkret kimə ziyan vurduğu, mobil telefon qiymətinin 400 manat olduğunu təsdiq edən sənəd əlavə edilməmiş və eyni zamanda zərərçəkmiş şəxsin izahatı və ərizəsi alınaraq protokola əlavə edilməmişdir, bu da xətanın mahiyyətinin aydın və dəqiq göstərilməməsinə dəlalət edir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir. 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Bundan başqa qeyd etmək lazımdır ki, portaldan çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatında Şəxs AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(006)-540/2024 saylı cinayət işi vardır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin 28-ci PŞ-nin aidiyyatı əməkdaşına verilməsi qərara alınmışdır. Göründüyü kimi, hazırda Şəxs barəsində qanuni qüvvəyə minmiş hökm olmadığından istintaqı aparılmış cinayət işi ilə birlikdə baxılıb-baxılmamasına və cinayət işinin başlanılmalı olub-olmamasına təhqiqatçı tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi” qərarında münasibət bildirilməmişdir. Göstərilən bu halın araşdırılması prokurorun diqqətinə çatdırılmalıdır. AR İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi indefikasiya nömrəsi, törətdiyi əməl nəticəsində konkret kimə ziyan vurduğu, xətanın mahiyyəti və inzibati xətanın törədildiyi vaxt göstərilmədiyindən, o cümlədən, məhkəməyə təqdim edilmiş materiala zərərçəkmiş şəxsin izahatı və ərizəsi əlavə olunmadığından, mobil telefon qiymətinin 400 manat olduğunu təsdiq edən sənəd əlavə edilmədiyindən, yəni protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, həmçinin əməldə cinayət tərkibinin olub-olmamasının araşdırılması məqsədilə protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə geri qaytarılsın. Qərarın surəti Bakı Şəhəri Yasamal Rayon Prokurorluğuna göndərilsin. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-6376/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6376/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver