Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6382/2024 22.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, İkinci Nugədi Ərazi Dairəsi, İkinci Nügədi kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 511.1.3cü maddəsi ilə xx.xx.2024-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən inspektor E.Əliyev) tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, sürücü yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Lakin məhkəmə baxışının nəticəsində şəxsin həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədi. Protokol tərtib etmiş şəxs, Yasamal RPİ DYPŞ YPX-nin inspektoru Elmin Əliyev məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə protokolda göstərilən əməli törətmişdir. Bu barədə videogörüntü vardır. Hətta təqsirləndirilən şəxs həmin videonu “Tik Tok” sosial şəbəkəsində yaymış, lakin hazırda həmin sübutu məhkəməyə təqdim etmək mümkün deyildir. Sübut onlarda yoxdur. Həmçinin inspektor bildirdi ki, inzibati xəta hadisənin xx.xx.2022-ci il tarixdə baş verməsinə baxmayaraq hər bir halda şəxsin barəsində protokol tərtib edib məhkəməyə göndərilməsi məqsədəuyğundur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o hər hansı bir avtoxuliqanlıq etməyib. Yol hərəkəti qaydalarını pozması halı olsa da belə, həmin pozuntularda avtoxuliqanlıq hərəkətləri olmamışdır. Avtoxuliqanlıq əməli kimi göstərilən hər hansı bir pozuntu törətməmişdir. Ola bilsin ki manevr qaydasını pozmuşdur. Həmçinin qeyd edir ki, hadisə iki il əvvəl olub, ona görə heç dəqiq yadında da deyil. Hazırda hadisənin videosu belə qalmayıb. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, protokol İXM-nin 511.1.3-cü maddəsi ilə tərtib edildiyindən, həmin maddənin dispozisiyasına əsasən həmin maddədəki avtoxuliqanlıq - mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasından ibarət olan əməl kimi qeyd edilmişdir. Lakin şəxsin həmin əməli törətməsinə dair, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması dair hər hansı bir sübut mövcud deyildir. Məhkəməyə bununla bağlı CD disk və ya videogörüntü təqdim edilməmişdir. İş materiallarında bununla bağlı hər-hansı bir sübut ümumiyyətlə mövcud deyildir. Bununla da həmin maddədə göstərilən əməlin törədilməsi öz təsdiqini tapmamışdır. Həmçinin hadisənin törədildiyi vaxtdan artıq 2 il müddət keçmişdir, buna görə də inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-6382/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6382/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver