Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-639/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X24 oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin baş direktoru X7 vəkili “Union” Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin baş direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin baş direktoru X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin (bundan sonra “Müfəttişlik” adlanacaq) “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “Qərann”da "xxxx" MMC-nin Baş direktoru X12 tərəfindən AR İXM-nin 192.4-cü maddəsində göstərilən (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) inzibati xətaya yol verildiyi göstərilir ki, aşağıda göstərilənlərə əsasən həmin “Qərar”dan şikayət edir. Sözügedən “Qərar”la vəzifəli şəxs olaraq ona, yəni "xxxx" MMC-nin baş direktoru X9 800,00 (səkkiz yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. “Qərar”ın “müəyyən edildi” bölməsində qeyd edilmişdir ki, “X1 ilə xx.xx.2018-ci il tarixində bağlanılmış əmək müqaviləsində əmək haqlarının ona ayın 15-dək ödəniləcəyi qeyd olunsa da 2024-cü ilin aprel ayının əmək haqqı gecikdirilərək xx.xx.2024-cü il tarixdə, avqust ayının əmək haqqı isə gecikdirilərək xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami ev 96-da ödənilmişdir. Həmçinin əmək müqaviləsinə xx.xx.2024-cü tarixdə xitam verilmiş, lakin son haqq hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir.” Aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, “Müfəttişliyin” “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “Qərarı” əsassız və qanunsuz olduğu üçün həmin “Qərar” məhkəmə tərəfindən ləğv edilməli və is üzrə icraata xitam verilməlidir: Qeyd olunmalıdır ki, son illərdə ölkəmizdə sahibkarlığın inkişafı və işəgötürənlərin müdafiəsi istiqamətində görülən işlər tərəfimizdən alqışlanır və yüksək qiymətləndirilir. Bununla yanaşı bildiririk ki, ölkəmizdə bu siyasəti üzdə dəstəkləyən, lakin gündəlik fəaliyyətində öz maraqlanna uyğun hərəkət edərək sahibkarlığın inkişafına və fəaliyyətinə müqavimət göstərən bürokratik qüvvələr hələ də mövcuddur. Müvafiq qanunla “Müfəttişlik” tərəfindən yerlərdə keçirilən yoxlamaların dayandırılmasına baxmayaraq, bu qurum imkan yaranan kimi işəgötürən olaraq onlara qarşı sərt və ədalətsiz mövqedə qalmaqda davam edir ki, son dövrlərdə belə hallarla daha tez-tez üzləşdikləri üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək məcburiyyəti qarşısında qalmış olurlar. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.13-cü maddəsinə əsasən, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Lakin vətəndaş müraciətləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Qanunun bu tələbinə riayət edilmir və Nazirliyin tabeliyində olan X16 Xidmətinin vəzifəli şəxslərinin hərəkətindən (hərəkətsizliyindən) şikayət edildikdə həmin şikayət Nazirliyin aparatında araşdırılmır və baxılmaq üçün Müfəttişliyə göndərilir ki, nəticə olaraq şikayət araşdırılmır. "xxxx" MMC-də “Birinci qazmaçı köməkçisi” vəzifəsində işləmiş sabiq işçi X10 işdən azad edilərkən son haqq-hesabının tam ödənilməməsi barədə işəgötürənə müraciət etmədən birbaşa “Müfəttişliyə” şikayət etmiş və bununla əlaqədar “Müfəttişlik” araşdırmanın aparılması üçün müvafiq sənədlərin təqdim edilməsi üçün "xxxx" MMC-yə rəsmi müraciət etmişdir. "xxxx" MMC-də məsələ operativ araşdırılmış, vətəndaşa ödənilməmiş vəsaitin ödənilməsi təmin edilmişdir ki, xx.xx.2025-ci il tarixində vətəndaş “Ərizə” ilə "xxxx" MMC-nin Baş direktoruna və şikayətə baxan X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəhbərinə müraciət edərək şikayətinin geri götürülməsini xahiş etmişdir (qeyd olunan “Ərizə” hazırkı “Şikayətə” əlavə olunur). “Müfəttişlik” tərəfindən bütün qanunsuz və qərəzli hərəkətlər bu mərhələdən sonra başlanır. Belə ki, “Müfəttişlik” video-konfrans vasitəsilə iştirakımızla xx.xx.2025-ci il tarixinə təyin edilmiş xx.xx.2025-ci il tarixli. MN ******* nömrəli “Protokola” baxarkən şikayətin geri götürməsi və şikayətinin olmaması barədə şikayətçinin xx.xx.2025-ci il tarixli “Ərizəsi”ni nəzərə almır və vəkilə bildirir ki, inzibati cərimənin tətbiq edilməsi barədə X13 barəsində qərar qəbul ediləcəkdir. Baxmayaraq ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.6-cı maddəsinə əsasən, müraciət etmiş şəxs bu Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq ərizə ilə şikayətinin dayandırılması barədə müraciət etdikdə müraciət baxdmamış saxlanılmalıdır. Lakin “Müfəttişlik” yuxarıda göründüyü kimi işə baxarkən işəgötürənə qarşı öz qərəzli və sərt mövqeyindən əl çəkməmişdir. Digər tərəfdən X16 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini olan Fərid Bağırovla video-konfrans vasitəsilə görüş vaxtı dəfələrlə onun diqqətinə çatdırılsa da ki, əmək haqqının gecikdirilməsi işəgötürən olaraq məhz bizim təqsirli hərəkətlərimizə görə baş verməyib. "xxxx" MMC-yə vaxtında müvafiq ödənişlərin “Sifarişçi” “Azneft” İstehsalat Birliyi tərəfindən həyata keçirilməməsi səbəbindən "xxxx" MMC öz iradəsindən asılı olmayan səbəblərə görə əmək haqqını vaxtında verə bilməyib və bununla bağlı Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli “Oərarın”da da göstərilir ki, “Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.” rəis müavini Fərid Bağrrov bütün bu deyilənlərin heç birisini nəzərə almamışdır və onun barəsində qanunsuz olaraq “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “Qərar” qəbul etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, analoji tələblə bağlı bir neçə işçilər tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsində bizə qarşı iddialar qaldırılmışdır və həmin iddia tələbləri Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)- 405/2024 saylı, xx.xx.2024-cü il tarixli və e-2(009)-223/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tam qanuni və əsaslı olaraq təmin edilməmişdir (qeyd olunan “Qətnamələr” hazırkı “Şikayətə” əlavə olunur). Odur ki, barəsində tətbiq edilmiş “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “Qərar” tam əsassız və qanunsuzdur. Nəticə olaraq qanunun ədalət prinsipini rəhbər tutaraq “Müfəttişli”yin sözügedən “Qərar”ın “müəyyən edildi” hissəsində qeyd edilmiş “X1 ilə xx.xx.2018-ci i'l tarixində bağlanılmış əmək müqaviləsində əmək haqlarının ona ayın 15- dək ödəniləcəyi qeyd olunsa da 2024cü ilin aprel ayının əmək haqqı gecikdirilərək xx.xx.2024- cü il tarixdə, avqust ayının əmək haqqı isə gecikdirilərək xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Nizami ev 96da ödənilmişdir. Həmçinin əmək müqaviləsinə xx.xx.2024-cü tarixdə xitam verilmiş, lakin son haqq hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir.” pozuntusunu əsassız hesab edir və bu “Qərar”ın məhkəmə qaydasında ləğv edilərək inzibati xəta haqqında barəsində başlanılmış icraata xitam verilməsini xahiş edir. Yuxanda göstərilənlərə əsasən, “İnzibati xəta haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “Qərarı” pozuntu ilə qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-nin baş direktoru X7 vəkili X14 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, xəta "xxxx" MMC-nin baş direktoru X7 təqsiri ucbatından baş verməmişdir. İnzibati xıta haqqında protokoldan qeyd edilən tarixlərdə əmək haqqının vaxtında ödənilməməsinin səbəbi Azneft İB ARDNŞ tərəfindən "xxxx" MMC-nin bank hesabına qeyd edilən tarixlərdə əmək haqlarının ödənilməsi üçün vəsait daxil olmamışdır. Belə olan halda da "xxxx" MMCnin bank hesabında pul olmadığından işçilərin maaşları vaxtında ödənilməmişdir. Qeyd edilən fakt "xxxx" MMC-nin baş direktoru X7 təqsirini istisna edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X15 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilən bank çıxarışları ilə "xxxx" MMC-nin bank hesabında həmin dövrdə pul olmaması öz təsdiqini tapmamışdır, hətta elə olacağı təqdirdə belə, bu hal işçilərin əmək haqlarının əmək müqaviləsində göstərilən tarixdən gec verilməsinə haqq qazandırmır. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlandığı xx.xx.2024cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC tərəfindən ona ödənilməli olan əmək haqqının verilməsi gecikdirilmiş və qeyd edilən məbləğdən az verilmişdir. Buna görə də məsələnin araşdırılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, "xxxx" MMC-nin baş direktoru X12 inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etmək üçün xx.xx.2025-ci il tarixdə saat 10:00-da 1 saylı Bakı DOST Mərkəzinə dəvət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, X1 ilə xx.xx.2018-ci il tarixində bağlanılmış əmək müqaviləsində əmək haqlarının ona ayın 15-dək ödəniləcəyi qeyd olunsa da 2024-cü ilin aprel ayının əmək haqqı gecikdirilərək xx.xx.2024-cü il tarixdə, avqust ayının əmək haqqı isə gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Buna görə də "xxxx" MMC-nin baş direktoru X12 barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 ilə xx.xx.2018-ci il tarixində bağlanılmış əmək müqaviləsində əmək haqlarının ona ayın 15-dək ödəniləcəyi qeyd olunsa da 2024-cü ilin aprel ayının əmək haqqı gecikdirilərək xx.xx.2024-cü il tarixdə, avqust ayının əmək haqqı isə gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Buna görə də AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən "xxxx" MMC-nin baş direktoru X12 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin baş direktoru X12 ilə X10 arasında xx.xx.2024-cü il tarixində bağlanmış əmək müqaviləsindən görünür ki, işçiyə verilən aylıq əmək haqqının ayda bir dəfə olmaqla hər ayın 15-i verilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli İR-1774/24 nömrəli əmrdən görünür ki, X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” xx.xx.2024-cü il tarixli 1Q54D4H0002X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, X3 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Xalq Bank ASC-nin xx.xx.2024-cü il tarixli X2 hesabından çıxarışdan görünür ki, X4 avqust ayı üzrə əmək haqqı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin baş direktoru X7 vəkili tərəfindən təqdim edilmiş bank əməliyyatları üzrə sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin bank hesabına sorğu edilən dövr üzrə (xx.xx.2024-cü ildən - xx.xx.2024cü ilədək) daxil olma 0 (sıfır) manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X10 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun tələb etdiyi müvafiq ödənişlər ona tam şəkildə ödənildiyindən və bununla da onunla işəgötürən arasında razılıq əldə olunduğundan onun artıq işəgötürən "xxxx" MMC-yə və ya onun Baş direktoru X11 qarşı hər hansı maddi tələbi və ya şikayəti yoxdur və gələcəkdə də belə bir tələbləri olmayacaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni qanun və Konstitusiya məhkəməsinin qərarı işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçinin işdən kənarlaşdırılmasının qaydasını müəyyən edir, ona riayyət edilməsini işəgötürənin üzərinə vəzifə kimi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsininn 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin baş direktoru X12 tərəfindən X1 ilə xx.xx.2018-ci il tarixində bağlanılmış əmək müqaviləsində əmək haqlarının ona ayın 15-dək ödəniləcəyi qeyd olunsa da 2024-cü ilin aprel ayının əmək haqqı gecikdirilərək xx.xx.2024-cü il tarixdə, avqust ayının əmək haqqı isə gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X12 tərəfindən kobudcasına pozulmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək haqqının vaxtında ödənilməməsinin səbəbi kimi müəssisənin hesabında maliyyə vəsaitinin olmaması ilə bağlı qərardan şikayət verən tərəfin bildirdiyi dəlilləri məhkəmə əsaslı hesab etmir. Birincisi ona görə ki, əmək haqqının gec ödənilməsi halı baş vermiş olduğu müddətlərdə (aylarda) işəgötürən hüquqi şəxsin bank hesabında maliyyə vəsaitinin olmaması faktı heç bir mötəbər sübutla təsdiq edilmir. İkincisi məhkəmə hesab edir ki, heç bir hal işəgötürən tərəfindən əmək qanunvericiiyinin tələblərinin pozulması halına (əmək haqqının vaxtında ödənilməməsi) haqq qazandıra bilməz və işəgötürən işçi qarşısında götürdüyü öhdəliyi vaxtında yerinə yerirməyə borcludur. Başqa sözlə desək inzibati protokolda əmək qanunvericiliyinin pozulması halları kimi qeyd edilən tarixlər arasında "xxxx" MMC-nin bank hesabına işçilərin əmək haqlarının ödənilməsi üçün pul vəsaitinin köçürülməməsi mövcud sənədlər əsasında müəyyən edilə bilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hətta bu fakt öz təsdiqini tapsaydı belə, bu hal işçilərin əmək haqqının əmək müqaviləsində qeyd edilən tarixdən gec ödənilməsinə bəraət qazandıran hal kimi nəzərə alına bilməzdi. Məhkəmə həmçinin hesab edir ki, X1nun xx.xx.2025-ci il tarixli ərizəsi ilə "xxxx" MMC-nin baş direktoru X5 hər hansı şikayət və tələbinin olmamasını bildirməsi də mövcud qanunvericiliyin tələbləri baxımından vəzifəli şəxsi inzibati məsuliyyətdən azad etmir. Belə ki, iş materialları araşdırılan zaman müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi inzibati orqan tərəfindən həmin şəxsin ərizəsi əsasında aparılmış yoxlama zamanı aşkar edilmiş və bununla bağlı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin baş direktoru X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin baş direktoru X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-639/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-639/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver