Məhkəmə qərarları › İş №3(004)-64/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-64/2022

11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-64/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında MN seriyalı ******* saylı 08 dekabr 2021-ci il tarixli protokoluna baxaraq müəyyən etdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən İXM-nin 253.5.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında MN ******* saylı, 08 dekabr 2021-ci il tarixli protokolu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-yə və protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə onların nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan yerli baxışa dair protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayonu B.Məcidov, İ.Əbilov və F.İbrahimbəyov küçələrinin A.Şaiq küçəsi ilə kəsişməsindəki tikinti ərazisində "SR Construction Co” MMC tərəfindən aparılan yeni yaşayış binalarının tikintisi ilə əlaqədar özül qazıntısının aparılması zamanı kök üstə yaş vəziyyətdə vəö bioloji inkişafda olan tut ağacının kök sisteminin tamlığını pozaraq zədələndiyi müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutları tədqiq edərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən də SR Construction Co” MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İnzibati xətalar Məcəlləsinin 253.5.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişləri N.M.Məmmədov, E.M.Quliyev və Ş.T.Əhmədov tərəfindən tərtib edilmiş 73753 saylı aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu B.Məcidov, İ.Əbilov və F.İbrahimbəyov küçələrinin A.Şaiq küçəsi ilə kəsişməsindəki tikinti ərazisində "SR Construction Co” MMC tərəfindən aparılan yeni yaşayış binalarının tikintisi ilə əlaqədar özül qazıntısının aparılması zamanı kök üstə yaş vəziyyətdə və bioloji inkişafda olan tut ağacının kök sisteminin tamlığını pozaraq zədələndiyi müəyyən edilmişdir. Beləliklə də aparılmış araşdırma zamanı "xxxx" MMC tərəfindən İXM-nin 253.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən "xxxx" MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC (VÖEN **********; Bakı şəhəri Xətai rayonu Ələddin quliyev küçəsi ev 11/31 “Babək Plaza”) Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 253.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar