Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6417/2023 20.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X3, Tələbkar (zərərçəkmiş şəxs) X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Firuddin oğlunun iştiraki ilə xx.xx.1969-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Ə. Salamzadə küçəsi 1055 m qeydiyyatda olmaqla yaşayan Şəxs Firuddin oğlu barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Firuddin oğlu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-9852/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqələrinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Lakin, borclu icra sənədlərinin icrası ilə bağlı tələbləri yerinə yetirmir. Odur ki, borclu Şəxs Firuddin oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Beləliklə, göstərilənlərə əsasən o, Şəxs Firuddin oğlunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Firuddin oğlu məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, alqı-satqı üzrə vasitəçi işləyir və gəliri mütamadi olmur. Bu səbəbdən icra sənədi üzrə tələbi tam şəkildə icra edə bilməyib. Bu il ərzində artıq 1600 manat ödəyib, aliment borcundan 3500 manat məbləğində pul vəsaitini isə 27 dekabr 2023-cü il tarixində ödəniş edəcəyini bildirdi. Barəsində başlanılmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 27 dekabr 2023-cü il tarixində aliment borcundan 3500 manat ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunduğuna görə Şəxs Firuddin oğluna qarşı şikayət olmadığını bildirmiş, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs Firuddin oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-9852/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün 23 oktyabr 2017-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs Firuddin oğlundan tutularaq iddiaçı X6 ödənilməlidir. İş materiallarında olan barışıq ərizəsindən görünür ki, tələbkar X4 borclu Şəxs Firuddin oğluna qarşı hazırda şikayəti yoxdur. 27 dekabr 2023-cü il tarixdə Şəxs Firuddin oğlu tərəfindən aliment borcunun 3500 manat məbləğində ödənilməsi ilə bağlı aralarında razılıq əldə olunub . Odur ki, Şəxs barəsində hazırda tənbeh görülməməsi xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin könüllü icrası müddəti keçmədiyindən və həmin müddət ərzində Şəxs Firuddin oğlu tərəfindən X8 ilə aralarında borcun ödənilməsi ilə bağlı razılaşma əldə edildiyindən, tələbkarın ondan heç bir şikayət və tələbi olmadığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs Firuddin oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Firuddin oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6417/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6417/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver