Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6419/2025 24.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından şikayət vermə müddətinin bərpasına dair X2 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (altmış) manat miqdarında cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən X5 bildirmişdir ki, Bakı şəhər DYP İdarəsinin tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərara əsasən müddəti üzürlü səbəbdən ötürdüyünü nəzərə almağı məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin nümayəndəsi Nümayəndə vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, buraxılmış şikayət vermə müddətinin bərpasına dair ərizə təmin edilməməli və X4 şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının surəti X4 şikayət vermə müddətinin ötürülməsinin üzrlü səbəblərini təsdiq edən hansısa sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilmədiyindən vəsatət rədd edilməli, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından şikayət vermə müddətinin bərpasına dair X2 tərəfindən verilmiş vəsatət rədd edilsin, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-6419/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6419/2025
24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver