Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6424/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X9 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun nümayəndəsi - Bakı şəhəri Binəqədi rayon prokurorunun köməkçisi X10, Şəxs qanuni təmsilçisi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 09 sentyabr 2025ci il tarixli qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərara əsasən hüquqi şəxs Şəxs MMC-onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktor Nümayəndə tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa, əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “NOVA VET” X1 2025-ci ilin iyun-iyul aylarında baytar həkim kimi işə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - Bakı şəhəri, Yasamal rayonu, X19, ev 2 ünvanında yerləşən - barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun nümayəndəsi X12 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 09 sentyabr 2025-ci il tarixli qərarın məzmununa uyğun izahat verərək X4 “NOVA VET” Klinikasında 2025-ci ilin iyuniyul aylarında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən baytar həkim kimi işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, tərəflər çağırılaraq dindirilmiş və izahatları alınmışdır. Toplanmış materiallar ilə hüquqi şəxs Şəxs AR İXM-nin 192.1-ci maddəsinin tələblərini pozduğu müəyyən edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs qanuni təmsilçisi Nümayəndə bildirmişdir ki, X5 2025-ci ilin iyun-iyul aylarında baytar həkim kimi əmək müqaviləsiz işlətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahat verərək bildirmişdir ki, o, pişiyini müayinə məqsədilə Ziya Bünyadov küçəsi 7a ünvanında yerləşən “Nova Vet “klinikasına” aparmış, həkim pişiyi müayinə etmədən təcili əməliyyat olmağını tövsiyə etmişdir. Ona xəbərdarlıq etmədən pişiyə müayinəsiz və analiz verilmədən anesteziya verilmiş, o, pişiyinin əməliyyat olunmasına etiraz etdikdə və pişiyi təcili ayıltmasını tapşırdıqda isə onu qorxudub pişiyi oyandırdığı halda şok keçirmə riskinin olduğunu bildirmişdir. O, məcbur qalıb pişiyinin əməliyyat olunmasına razılıq vermişdir. Həmçinin klinikada antisanitar vəziyyət hökm sürürdü. Hər yer toz və çirk içində idi, həkim steril əlcəkdən istifadə etmirdi, əlləri isə çirkli idi, o, təkid etdikdən sonra otaqda təmizlik işləri aparsa da, yenə də otaq əməliyyatxana üçün uyğun vəziyyətdə deyildi. Hətta o, baytardan müayinəsiz necə diaqnoz qoyduğunu soruşduqda bildirdi ki, o, gözü ilə baxanda bilir ki, pişikdə hansı xəstəlik var. Həm də həkim onu əmin etmişdir ki, o əvvəllər bu əməliyyatdan dəfələrlə edib və heç bir ölüm halı qeydə alınmayıb. Lakin o, özü klinikada təxminən 3-4 ədəd ölü pişik olduğunu müşahidə etmişdir. Piometriya əməliyyatı düz 45 dəqiqə çəkmiş, narkozdan oyanma müddəti 4 saat davam etmişdir. Əməliyyatın səhəri pişiyi 42 dərəcə qızdırma ilə Ruslan baytarın yanına aparmış, pişiyinə dozasından çox sayda müxtəlif preaparatlar vurmuşdur. İradını bildirmiş, o isə qorxusu olmadığını demişdir. Əməliyyatın ikinci günü pişiyini 36 dərəcə qızdırma ilə təkrar Ruslan baytarın yanına aparmış, yenə də həmin qaydada müxtəlif preparatları pişiyinin bədəninə yeritmişdir. Savadsız baytar həkimin uğursuz əməliyyatı ucbatından pişiyi dünyasını dəyişmişdir. Ruslan həkim nəzarəti altında səhlənkarlığından qaynaqlandığını da etiraf edir. Bildirmişdir ki, pişiyi “Gold” cinsidir, iki yaşı olmuşdur. Həmin pişiyi öldürməklə Nümayəndə ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Nümayəndə Şəxs direktorudur. Nümayəndə klinikanı lisenziya olmadan, vergidən yayınmaqla idarə etmiş, Əvəz adlı işçini isə əmək müqaviləsiz işlətmişdir. Odur ki, MMC və Nümayəndə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 09 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktor Nümayəndə tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa, əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “NOVA VET” X1 2025-ci ilin iyun-iyul aylarında baytar həkim kimi işə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) - Bakı şəhəri, Yasamal rayonu, X19, ev 2 ünvanında yerləşən - barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. X3 Sisteminin Əmək müqaviləsi məlumatları bölməsindən edilmiş çıxarışlardan görünür ki, X11 ilə Şəxs MMC arasında 2025-ci ilin iyun-iyul aylarında əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi adlı elektron portalından çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X19, ev 2 olmaqla qanuni təmsilçisi Nümayəndədur. “sənədlərə baxış keçirilməsi haqqında” 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Binəqədi rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X13 Azərbaycan Respublikası CPM-nin 51, 236-cı maddələrini rəhbər tutaraq icraatında araşdırılan 46-İX-25 saylı material üzrə X3 Sisteminin Əmək müqaviləsi məlumatları bölməsindən çıxarışlara, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi adlı elektron portalından çıxarışa xidməti otağında baxış keçirtmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi adlı elektron portalından çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X19, ev 2-də yerləşir. Nümayəndə Şəxs MMC-nin qanuni təmsilçisidir. X3 Sisteminin Əmək müqaviləsi məlumatları bölməsindən edilmiş çıxarışlardan görünür ki, X11 ilə Şəxs MMC arasında 2025-ci ilin iyun-iyul aylarında əmək müqaviləsi bağlanmamışdır. Yuxarıda qeyd olunanlardan başqa araşdırma üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilmədi. Diskdə olan videogörüntüdən görünür ki, X8 baytar X6 Şəxs MMC-də işləyibişləmədiyini və baytar həkim olub-olmadığını sual verir, X11 isə həmin MMC-də işlədiyini və baytar həkim olduğunu bildirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işə götürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. Qərarda əks olunmuş hüquqi mövqeyə əsasən əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu əmək münasibətlərinə və mülki-hüquqi münasibətlərə geniş və ətraflı izah vermiş, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərin daxil olduğu hüquqi münasibətlərinin bir qayda olaraq əmək münasibətləri olaraq çıxış etməsini göstərmişdir. Qeyd edilməlidir ki, Şəxs MMC tərəfindən X11 2025-ci ilin iyun-iyul aylarında Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “baytar həkim kimi” işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Belə ki, iş materiallarında olan sübutlar məhkəmə tərəfindən müqayisəli təhlil edildikdə, X11 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin mövcud olması, Şəxs MMC-nin əsas fəaliyyəti sahəsinə aid işlərə cəlb olunması, tərəflər arasında əmək müqaviləsi mövcud olmaması müəyyən olunmuşdur. Bundan başqa, X4 müəssisənin rəsmi işçisi olmadığı, əmək müqaviləsi olmadan baytar həkim kimi MMC-də fəaliyyət göstərməsi, Şəxs qanuni təmsilçisi Nümayəndə, həmçinin şahid X2 Binəqədi Rayon Prokurorluğunda və məhkəmə iclasında vermiş olduqları izahatlarla, məhkəməyə təqdim edilmiş videogörüntü ilə təsdiq edilmişdir. Odur ki, X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün əsas fəaliyyət sahəsinə aid işlərin yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş qərarlar və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, Şəxs MMC əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-6424/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6424/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver