Məhkəmə qərarları › İş №3(004)-6428/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6428/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6428/2025 30.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “M X2 Kredit Təşkilatı” MMC-nin direktoru Altyn Shakirovanın vəkili və eyni zamanda etibarnamə üzrə nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştirakları ilə, «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirova barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirovanın Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «M X2 KREDİT TƏŞKİLATİ» MMC-də xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı-tematik yoxlama (xx.xx.2023 - xx.xx.2025-ci il tarixləri arasmdakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqmda qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmiş, bununla da, «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirova Azərbaycan Respublikasının İXM-nin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 75-də fəaliyyət göstərən "M X2 Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətində (BOKT) xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı-tematik yoxlama (xx.xx.2023 - xx.xx.2025-ci il tarixləri arasmdakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakm leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqmda qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Buna görə «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirova barəsində müvafiq inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “M X2 KREDİT TƏŞKİLATİ” MMC-nin direktoru Altyn Shakirovanın vəkili və eyni zamanda etibarnamə üzrə nümayəndəsi Vəkil inzibati xəta hadisəsini etiraf edərək bildirmişdir ki, hazırda qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etməkdədir və bir sıra nöqsanlar artıq aradan qaldırılmışdır, bununla bağlı Mərkəzi Banka məlumatlar təqdim ediləcəkdir. Hüquqi şəxsin direktoru ilk dəfədir ki, qeyd edilən maddə üzrə məsuliyyətə cəlb edilir. Buna görə də qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirova tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində Azərbaycan Respublikası Mərkəzi X1 Departamentinin «M X2 KREDİT TƏŞKİLATİ» MMC-də aparılan "yoxlama haqqında hesabat”ından görünür ki, “M Bulak BOKT' Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2005-ci il tarixində 1.5 mln. manat nizamnamə kapitalı ilə təsis edilmişdir. BOKT xx.xx.2005-ci il tarixində Mərkəzi Bankda qeydiyyatdan keçərək 180-QB saylı lisenziya əsasında fəaliyyətə başlamışdır. xx.xx.2025- ci il tarixinə BOKT-nin nizamnamə kapitalı 10.4 mln. manat təşkil edir və payların 95.9%-i Alexey Kokarevə, 4.1 %-i isə Babyrzhan Tolbaevə məxsusdur. BOKT-nin 281 nəfər işçi heyəti mövcuddur. xx.xx.2025- ci il tarixinə BOKT-nin cəmi aktivləri 49.5 mln. manat, cəmi öhdəlikləri 13.9 mln. manat, kapitalı 28.2 mln. manat təşkil etmişdir. 2024-cü il üzrə BOKT 5.7 mln. manat məbləğində mənfəət əldə etmişdir. BOKT yalnız rezident fiziki şəxs və fərdi sahibkarlara xidmət göstərir. BOKT-nin xx.xx.2025-ci il tarixinə 27 min fiziki şəxs və 97 fərdi sahibkar müştərisi olmuşdur. Cari yoxlama xx.xx.2023 — xx.xx.2025-ci il tarixinədək olan dövrü əhatə etməklə BOKT tərəfindən ƏL/TMM üzrə qanunvericilikdə müəyyən edilmiş daxili nəzarət proqramına dair tələblərə ("Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələbləri’ - DNP Tələblər), həmçinin müştəri uyğunluğu tədbirlərinə dair tələblərə ("Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”-MUT) əməl olunmasının qiymətləndirilməsi istiqamətində aparılmışdır. BOKT tərəfindən ƏL/TMM qanunvericiliyinə, həmçinin DNP və MUT tələblərinə tam əməl olunmur. Belə ki, BOKT tərəfindən təsdiq edilmiş ƏL/TMM üzrə daxili nəzarət proqramı ilə nəzərdə tutulmuş daxili qayda, prosedur və nəzarət mexanizmlərində qanunvericiliyin tələbləri tam əhatə olunmamış, institusional risk qiymətləndirilməsi həyata keçirilməmiş, keçirilmiş təlimlərin keyfiyyət qiymətləndirilməsi aparılmamışdır. Daxili auditin beynəlxalq standartlara uyğunluğu təmin edilməmişdir. Bundan əlavə, BOKT tərəfindən müştərilərdən eyniləşdirmə məlumatları əldə edilsə də, verifikasiya tam aparılmamış, müştərilərin risk profili üzrə yekun riskin hesablanması üsulu müəyyən edilməmişdir. BOKT-nin şübhəli əməliyyatlara dair indikatorları adekvat səviyyədə tərtib edilməmişdir. Qeyd edilməlidir ki, BOKT-nin xx.xx.2025 tarixində Mərkəzi Banka sahəvi risk qiymətləndirməsi (SRQ) üçün təqdim etdiyi hesabatda BOKT-nin maraqlar toqquşmasına dair Qaydasının, həmçinin reyestrinin olduğu qeyd edilmişdir. Lakin, yoxlama zamanı BOKT-da belə qayda aşkarlanmamış və reyestr aparıldığı müəyyən edilməmişdir. (BOKT tərəfindən verilən məlumata əsasən, SRQ hesabatında mexaniki olaraq səhv qeyd edilmişdir). ƏL/TMM Qanununun 10.1.1-ci maddəsinin və DNP-nin 2.2.1-ci, 2.3.2-ci, 2.3.4-cü, 2.3.5-ci, 2.4.2-ci, 2.4.3-cÜ, 2.4.5-ci, 2.4.6-cı, 2.5.5-ci, 2.7.1-ci, 2.7.4-cü, 2.8.2.3-cü, 2.8.2.4cü, 4.2.1-ci, 4.2.3.4-cü, 4.2.14-cü və MUT-un 6.1.1-ci, 6.1.2-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. ƏL/TMM Qanunun 10.1.1-ci maddəsi öhdəlik daşıyan şəxslərin daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsini əhatə edir. BOKT tərəfindən daxili qayda və prosedurlar, nəzarət mexanizləri təsdiq edilərkən ƏL/TMM Qanununun və DNP tələblərinin daxili qaydaları tənzimləyən müvafiq maddə və bəndlərinin tələbləri (daxili qaydalarda əks olunma və tətbiq baxımından) pozulmuşdur. DNP-nin 2.2.1-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin daxili nəzarət qaydalarında öhdəlik daşıyan şəxsin fəaliyyəti zamanı işgüzar münasibətlərin yaradılması qadağan edilən sahələri və öhdəlik daşıyan şəxslərin ƏL/TMM-ə dair daxili qayda, prosedur və nəzarət mexanizmlərinin inkişaf istiqamətlərini müəyyən etməmişdir. DNP-nin 2.3.2-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-də müştəri uyğunluğu tədbirlərinə dair daxili qayda və prosedurlar standart və sadələşdirilmiş müştəri uyğunluğu tədbirlərini əhatə etməmişdir. DNP-nin 2.3.4-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurları öhdəlik daşıyan şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla verifikasiya tədbirlərini, həmçinin müştəri profil risklərinin qiymətləndirilməsi zamanı yekun riskin hesablanması üsulunu təfsilatı ilə əks etdirməmişdir. DNP-nin 2.3.5-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-də müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxsin rəhbərliyinin, işçilərinin və struktur bölmələrinin müştəri profili üzrə risklərinin qiymətləndirilməsi proseslərində hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə təsvir etməmişdir. DNP-nin 2.4.2-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin daxili qaydaları hüquqi şəxs və xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin müəyyənləşdirilməsi ilə bağlı təfsilatlı metodları, benefisiar mülkiyyətçisinə müştəri uyğunluğu tədbirlərinin tətbiqi üçün öhdəlik daşıyan şəxslərin istifadə edəcəyi üsulları, vasitələri və mənbələri özündə ehtiva etməmişdir. DNP-nin 2.4.3-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsinə dair daxili qaydalarda olan müddəaları müştərilərə xidmət göstərən işçilər üçün müxtəlif halları (nümunələri, sxemləri, modelləri və s.) özündə ehtiva edən oxunaqlı sənəd formasında təsdiq edilməmişdir. DNP-nin 2.4.5-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsinə dair daxili qaydalarda olan müddəalar mürəkkəb struktura malik olan hüquqi şəxslərin və xarici hüquqi təsisatların ƏL/TMM Qanunun 4-cü maddəsinin tələblərinə uyğun olaraq müştəri uyğunluğu tədbirlərinin tətbiqinə imkan vermir. DNP-nin 2.4.6-cı yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin benefisiar mülkiyyətçilərin müəyyənləşdirilməsi dair daxili qaydalarda nəzərdə tutulan müddəaları məlumat və sənədlərin əldə edilməsi prosesləri zamanı BOKT-nin işçilərinin və struktur bölmələrinin (olduğu təqdirdə) hüquq və vəzifələrini, qarşılıqlı əlaqələrini müfəssəl şəkildə tənzim etməmişdir. DNP-nin 2.5.5-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-də məlumat və sənədlərə buraxılışı olan səlahiyyətli şəxslərin siyahısı tərtib edilərək rəhbərlik tərəfindən təsdiq edilməmişdir. DNP-nin 2.7.1 -ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarları (indikatorları) adekvat səviyyədə müəyyən edilməmiş, meyarların (indikatorların) müəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmamış və MMX-ya göndərilməmişdir. DNP-nin 2.7.4-cü yarımbəndinin tələbləri pozulmuşdur. Öhdəlik daşıyan şəxs tərəfindən müəyyən edilmiş meyarlar hər hansı bir əməliyyatda (əqddə) formal cəhətdən mövcud olarsa, buna baxmayaraq əməliyyat (əqd) və ya müştərinin fəaliyyəti ƏL/TM ilə bağlı olmasına şübhə yaranmazsa, öhdəlik daşıyan şəxsin əməliyyatı (əqdi) daha ətraflı araşdırması qaydası müəyyən edilməmişdir. DNP-nin 2.8.2.3-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT tərəfindən şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarına (indikatorlarına) düşməyən əməliyyatların təhlili qaydası müəyyən edilməmişdir. DNP-nin 2.8.2.4-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT tərəfindən şübhə doğuran müştəri profilləri, əməliyyatlar (əqdlər) üzrə gücləndirilmiş və davamlı müştəri uyğunluğu tədbirlərinin tətbiqi, əməliyyatların hərtərəfli araşdırılması, əmlakın mənbəyi barədə məlumat və sənədlərin əldə edilməsi üsulları və vasitələri müəyyən edilməmişdir. DNP-nin 4.2.1-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-un daxili qaydalarında təsdiq edilmiş təlim planını və onun icrası barəsində məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsi tələbi nəzərdə tutulmamışdır. DNP-nin 4.2.3.4-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT-də 2023, 2024 və 2025- ci illər üzrə təşkil edilən təlim üzrə materialları benefisiar mülkiyyətçinin müəyyən edilməsi üzrə mövzuları əhatə etməmişdir. DNP-nin 4.2.14-cü yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməsi nəzərdə tutulmamışdır. Həmçinin, keçirilmiş təlimlərin effektivliyinin ölçülməsi məqsədilə testlər təşkil edilsə də, təlimin iştirakçılar tərəfindən keyfiyyət qiymətləndirməsi aparılmamışdır. MUT-un 6.1.1-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin daxili nəzarət qaydalarında fiziki şəxslərin verifıkasiyası üçün zəruri tədbirləri düzgün müəyyən edilməmişdir. Şəxsiyyət vəsiqəsi, gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində dövlət informasiya sistemindən (dövlət informasiya sistemində olmadığı təqdirdə iş yerindən) vəzifəni təsdiq edən sənəd, eləcə də mövcud etibarlı müstəqil mənbələrə istinadən gəlirin məbləğini və mənbəyini təsdiq edən mülki hüquqi müqavilələr, vergi bəyannamələri, məhkəmə qərarları və s. etibarlı mənbələr verifikasiya üçün tələb olunan sənədlər siyahısına əlavə edilməmişdir. MUT-un 6.1.2-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin daxili nəzarət proqramında fərdi sahibkarların verifikasiyası üçün tələblər müəyyən edilməmişdir. ƏL/TMM Qanununun 10.1.2-ci maddəsinin və DNP-nin 3.1.3.1-ci, 3.2.1-ci, 3.2.3.2-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. ƏL/TMM Qanunun 10.1.2-ci maddəsi öhdəlik daşıyan şəxslərin rəhbərlik səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsini əhatə edir. BOKT tərəfindən ƏL/TMM Qanununun müvafiq maddəsinin və DNP-nin qeyd olunan istiqaməti tənzimləyən bəndlərinin tələbləri daxili qaydalarda əks etdirilməsi və tətbiqi baxımından pozulmuşdur. DNP-nin 3.1.3.1-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-nin daxili nəzarət qaydalarına xx.xx.2024-cu ildə əlavə edilmiş 16.6-cı bənddə “Məsul əməkdaş əməliyyat barədə məlumatı aldıqdan sonra MMX-ya təqdim edilməsinin məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün direktora təqdim etməlidir* tələbi məsul şəxsin müstəqilliyini şübhə altına alır. DNP-nin 3.2.1-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-də rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməmişdir. DNP-nin 3.2.3.2-ci yarımbəndinin tələbi pozulmuşdur. Belə ki, həyata keçirilən əməliyyatların (əqdlərin) gündəlik monitorinqini aparmaq, davamlı müştəri uyğunluğu tədbirlərini tətbiq etmək və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun olaraq MMX-ya təqdim edilməsini təmin etmək məsul şəxsin vəzifələrinə aid edilməli olduğuna baxmayaraq, BOKT-nin ƏL/TMM-ə dair daxili nəzarət qaydalarının 16.7-ci bəndində əməliyyat barədə məlumatın MMX-ya təqdim edilməsi Direktor tərəfindən həyata keçirildiyi qeyd edilmişdir. DNP-nin 5.1.4-cü, 5.1.6.2-ci yarımbəndlərinin tələbləri pozulmuşdur. DNP-nin qeyd olunan yarımbəndləri öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsini əhatə edir. BOKT tərəfindən DNP-nin qeyd olunan istiqaməti tənzimləyən müvafiq bəndlərinin tələbləri pozulmuşdur. DNP-nin 5.1.4-cü yarımbəndinin tələbi pozulmuşdur. Daxili auditin beynəlxalq standartlara uyğunluğu təmin olunmamış, daxili auditin inkişaf planı hazırlanmamış, daxili auditin daxildən və xaricdən qiymətləndirilməsi həyata keçirilməmişdir. DNP-nin 5.1.6.2-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT-də xx.xx.2024-cü il tarixində 2023-cü ilin nəticələrinə dair tərtib edilmiş audit yoxlama aktında BOKT-nin daxili qayda və prosedurlarının, ƏL/TMM ilə mübarizə istiqamətdə fəaliyyətinin normativ xarakterli aktların (DNP, MUT) tələblərinə uyğunluğu müsbət qiymətləndirilsə də, tərəfimizdən aşkarlanmış nöqsanlar audit yoxlamasının effektiv aparılmamasını təsdiq edir. ƏL/TMM Qanununun 21.7-ci maddəsinin və DNP-nin 2.9.1-ci yarımbəndinin tələbi pozulmuşdur. BOKT tərəfindən institusional risk qiymətləndirilməsi həyata keçirilməmiş, institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurları təsdiq edilməmiş, eləcə də baş verə biləcək risklərin uçotunun aparılmasına dair risk insident jurnalı tərtib edilməmişdir. Yoxlama nəticəsində aşağıdakı risk faktorları aşkar edilmişdir: ƏL/TMM Qanununun 13.1-ci maddəsinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. BOKT-nin daxili nəzarət qaydalarının 17.4-cü bəndi “MMX-dan, hüquq mühafizə və digər orqanlardan şirkətin müştəriləri ilə bağlı məlumatların sorğulanması zamanı, əməkdaşlardan göstərilən sənədlərlə işləmə prossesində sirr rejiminə əməl olunmasını təmin etmək tələb olunur.”, 17.5-ci bəndi isə “Müştərilərin əməliyyatları və ƏL/TMM məqsədləri üçün digər məlumatlar barədə MMX-yə təqdim edilməsi AR qanununun tələbləri ilə ciddi şəkildə məhdudlaşdırılır” ifadəsini nəzərdə tutur. BOKT-nin daxili qaydasının bu bəndləri ƏL/TMM Qanununun 13.1-ci maddəsinin tələbinə zidd olaraq, BOKT tərəfindən Mərkəzi Bank və MMX-nın sorğularının cavablandırılmaması riskini yaradır. DNP-nin 2.2.3-ci yarımbəndinin tələbinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. BOKT-də daxili qayda, prosedur və nəzarət mexanizmlərinin yenilənmə müddətləri və yenilənməsinə zərurət yaradan halları müəyyən etməməsi risk faktoru təşkil edir. DNP-nin 2.7.2-ci yarımbəndinin tələbinin pozulmasına səbəb oia biləcək risk faktoru aşkar edilmişdir. BOKT-də MMX-nın müəyyən etdiyi şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarından (indikatorlardan) istifadə etməklə, eləcə də ölkə, sahəvi və institusional risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə öz fəaliyyəti üzrə spesifik meyarlar müəyyən etməməsi risk faktoru təşkil edir. MUT-un 3.1-ci bəndinin tələbinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir. BOKT-nin müştəri profili üzrə risk qiymətləndirilməsi qaydası müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı riskləri nəzərə alsa da, müştərilərin risk qrupunun bu meyarlar əsasında aparılmaması, həmçinin yekun risk dərəcəsinin hesablanması üsulunun müəyyən edilməməsi müştərilərin profil riskinin düzgün müəyyən edilməməsi riskini yaradır. MUT-un 6.1.3-cü yarımbəndinin tələbinin pozulmasına səbəb ola biləcək risk faktoru aşkar edilmişdir.BOKT-nin daxili nəzarət qaydalarında hüquqi şəxslərin verifikasiyası üçün zəruri tədbirləri ümumi olaraq qeyd etsə də, standart və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində müvafiq qaydanın verifikasiya ilə bağlı tələblərini detallı şəkildə daxili qaydalarda əks etdirilməməsi risk faktoru təşkil edir. İş materiallarına əlavə edilmiş “M X2 Kredit Təşkilatı” MMC-nin xx.xx.2023-cü il tarixli 1219-12-23 ş/h saylı əmrindən görünür ki, Shakirova Altyn xx.xx.2023-cü il tarixdə “M X2 Kredit Təşkilatı” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra - limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda. Həmin Qanunun 4.4.4-cü bəndinə əsasən işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməlidirlər; Həmin Qanunun 4.5.1-ci bəndinə əsasən aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi Həmin Qanunun 4.7-ci bəndinə əsasən hüquqi şəxsin (publik hüquqi şəxslər istisna olmaqla) benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır: 4.7.1. son nəticədə hüquqi şəxsdə mühüm iştirak payına (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.2. mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli. Həmin Qanunun 4.10-cu bəndinə əsasən öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Həmin Qanunun 10.1.4-cü bəndinə əsasən işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə - fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Yuxarıda qeyd edilənlərə əsasən «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirova Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirovanın ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi halını, inzibati xəta haqqında protokolda qeyd edilən halların aradan qaldırılması istiqamətində müvafiq hərəkətlərin edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirovanın məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları və iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirova Azərbaycan Respublikası İXMnin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «M X2 KREDİT TƏŞKİLATİ» MMC-nin direktoru Altyn Shakirova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar