Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-643/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakları ilə, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə onun barəsində N.Nərimanov prospektində yerləşən dairəsində yol patrul xidmətinin əməkdaşı yol hərəkəti qaydasını pozduğunu hesab edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi əsasında İXP ******* saylı inzibati protokol tərtib etmişdir. İnzibatı xəta hadisəsi ilə razı olmadığına görə tərtib olunan protokola onun iştirakı ilə inzibati qərar qəbul olunmasını xahiş etmişdir. Lakin yol patrul xidmətinin əməkdaşı qərar qəbul etmiş və elektron sistemə əlavə etmişdir. Elə həmin gün Asanpay elektron sistem vasitəsilə şikayət etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Səbail rayon polis idarəsinin X5 şöbəsinə getmiş və orada da ona bildirmişdirlər ki, tərəfindən verilən şikayətə Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsində baxılacaqdır. Bundan sonra xx.xx.2024-cü il tarixində Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə getmiş dəftərxandan şikayətinə kimin baxacağını öyrənmiş, həmin şəxs də bildirdi ki, işləri çoxdu özləri əlaqə saxlayacaqlar. Buna baxmayaraq sonradan da onu heç kim hansısa idarəyə çağırmamış və şikayəti baxılmamış qalmışdır. Elektron sistemdə cərimənin üzərinə peniya gəldiyinə görə məcbur qalıb ödəmişdir. Lakin bilir ki, ona yazılan cərimə qanunsuzdur. Həmçinin xx.xx.2025-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevə rəsmi olaraq müraciət etmiş və onun şikayətinə qanunamüvafiq qaydada baxılmasına və yekun inzibati qərarın ona rəsmi qaydada təqdim edilməsinə dair göstəriş verməsini xahiş etmişdir. Müraciətinə xx.xx.2025-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə N.Nərimanov prospektində hərəkətdə olarkən yolayrıcında olan nəqliyyat vasitəsinə yol vermədən hərəkəti davam etdirdyinə görə yol patrul xidmətinin əməkdaşı tərəfindən yol hərəkəti qaydasını pozduğu aşkar olunaraq Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati protokol tərtib olunmuş və həmin cərimə ilə razılaşaraq cəriməni ödəmisiniz. Yol patrul xidmətinin əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları aşkar edilməmişdir. Hesab edir ki, xx.xx.2024-cü il tarixdə onun barəsində qəbul olunan İXP ******* saylı inzibati qərar əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, N.Nərimanov heykəli yerləşən dairəyə daxil olarkən yol patrul xidmətinin əməkdaşı onu saxlayaraq dairəyə daxil olma qaydasını pozduğunu, dairəyə daxil olarkən sol tərəfdən gələn nəqliyyat vasitəsinə maneçilik törətdiyini bildirərək cərimə olunacağını bildirmişdir. Lakin hesab edir ki, o, qeyd olunan ərazidə heç bir qayda pozuntusu törətməmişdir. Çünki o, soldan gələn nəqliyyat vasitələrinə yol verdikdən sonra nərəkətinə davam etmiş və heç bir nəqliyyat vasitəsinin hərəkətinə mane olmamışdır. Bakı şəhəri BPİ DYPl-nı müraciət etdikdə onunla birgə video görüntüyə baxılsa idi heç bir qayda pozuntusu törətmədiyini özləri də görəcəkdilər. Həmçinin qanunsuz yazılan cərimə məbləğinə peniya hesablandığına görə və onun şikayətinə gec baxılması səbəbinən məcbur qalaraq cəriməni ödəmişdir. Həm də yol patrul xidmətinin əməkdaşı tərəfindən ona şifahi olaraq bildirilmişdir ki, cəriməni ödəyin məhkəməyə versəniz cərimə ləğv olunsa ödədiyiniz cərimə geri qaytarılacaqdır. Yuxarıda qeyd olunanlardan açıq aşkar görünür ki, vətəndaş olaraq onun konstitusion hüquqları X5 əməkdaşları tərəfindən pozulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayətdə göstərdiklərini müdafiə edərək şikayətin təmin edilməsini, AR DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixində saat 17:14-də, Bakı şəhəri, Nəriman Nərimanov prospekti 4 GPS 40.3686925,49.8249611 ərazisində “Kia Sorento” minik markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-ə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-643/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-643/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver