Məhkəmə qərarları › İş №3(004)-6434/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6434/2022

22.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6434/2022 22.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, Əsgərova Təhminə Xeybər qızının iclas katibliyi ilə, xx.xx.1991-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə xx.xx.2022-ci il tarixdə, EQ 10469067 saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Hökumət ödəniş protalı”ndakı Daxili İşlər Nazirliyi üçün ayrılmış pəncərədə həmin şəxsin adına inzibati xəta haqqında yuxarıda qeyd edilən protokolda göstərilən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qüvvəyə minmiş, lakin icra edilməmiş həmin cərimə qərarı mövcud olmamışdır. Cərimə artıq ödənilmişdir. İXM-in 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim, Hüseyn Səfərov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan № 3 (004) –6434/ 2022 « 22 » noyabr 2022-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan fiziki şəxs (hüquqi şəxs): Şəxs Ünvan: ünvan 1 Protokol tərtib etmiş səlahiyyətli orqan (vəzifəli şəxs): Bakı şəhər Yasamal rayon Polis İdarəsinin DYPŞnə Ünvan: Bakı ş., A.Salamzadə küçəsi, 1055-ci məhəllə AZ1122 İnzibati xəta haqqında iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(004) – 6434/2022 saylı Qərarı məlumat və icra edilməsi üçün Sizə göndərilir. Qoşma: qərar hər bir ünvana Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov İş № 3(004)- 6434/2022 Bakı şəhəri Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU «22» noyabr 2022-ci il Bakı şəhərində Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi Səfərov Hüseyn Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərova Təhminə Xeybər qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair inzibati işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 15:05-də başlandı Sədrlik edən məhkəmə iclasını açır və baxılaçaq işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, icraatda iştirak edən şəxslərə məhkəmə iclasnın yeri və vaxtı barədə lazımi qaydada xəbər verilmiş, lakin tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəblərinin üzürlü olması barədə məhkəmədə məlumat yoxdur. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara aldı Tərəflərin iştirakı olmadan işin baxılması mümkün hesab edilsin Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan etməklə, iş materiallarını tədqiq edir. Sədrlik edən işin tədqiqinin bitmiş olunduğunu bildirir. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan apellyasiya şikayəti və protest verilməsi, protokola tanış olmaq qaydasını və müddətini izah edir. Məhkəmə iclası saat 15:10 dəqiqədə bağlı elan olunur. Protokol xx.xx.2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclasının katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar