Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6438/2022 06.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 nümayəndəsi X2, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “Chef Börek” restoranının təsisçisi – direktorudur. Restoranın rəsmi açılışı xx.xx.2022-ci il tarixdə baş vermişdir. Həmin vaxta qədər restorana personal yığılırdı. X8 da restoranın qonşuluğunda yaşayırdı. Ona məlum olmuşdur ki, əvvəllər də restoran sahəsində işləyib. Restoranın açılışına qədər işə götürəcək işçilərlə iş birliyi ilə bağlı görüşləri olub, işlə tanış olmaq üçün restorana gəlib gediblər. Onlardan biri də şikayətçi X5r. Müəyyən işçilərlə əmək müqaviləsi bağlanmış, lakin X8 ilə müqavilə bağlamadılar, bundan hiddətlənən X8 onların restorandan Müfəttişliyə şikayət etmişdir. Bildirmişdir kı, guya xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Chef Börek" restoranın da əmək müqaviləsi olmadan işləmişdir. Halbuki, şikayətə əlavə olunan sənədlərdən də müəyyən olunur kı, kassa aparatı da şikayətçinin qeyd etdiyi tarixlərdən sonra qeydiyyatdan keçirilib və rəsmi açılış xx.xx.2022-ci il tarixdə olmuşdur. İnzibati orqan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi onun ünvanına xx.xx.2022-ci il tarixdə Bildiriş göndərmiş və inzibati xəta haqqında protokol üzrə inzibatı xəta haqqında işə baxılmasının xx.xx.2022-ci il tarixə təyin olunması qeyd edilsə də, həmin bildiriş ona gəlib çatmamışdır. Onun iştirakı olmadan protokol və qərar qəbul olunmuşdur Protokol və qərar barədə cari ilin oktyabr ayında Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən məlumat almışdır. Bundan sonra ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir və ona rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar və xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı protokol təqdim edilmişdir. Yəni, onun iştirakı olmadan araşdırma aparılmamış, inzibati xəta baş vermədiyi halda barəsində inzibati xatə haqqında qanunsuz qərar qəbul olunmuşdur. Hesab edir ki, barəsində qəbul olunmuş inzibati xəta haqqında qərar qanunsuzdur. Məhkəmə iclasında X7 nümayəndəsi X6 şikayəti müdafiə edərək, bildirmişdir ki, restoran açılmamışdan əvvəl, onu qonşu kimi yeni açılan restorana ofisiant qismində işə götürmək istəmişdirlər. Lakin aralarında anlaşılmazlıq olmuşdur. Belə ki, onlarda olan məlumata görə o, əvvəldə işə düzəlmək adı ilə getdiyi obyektlərdən imtina aldıqda onlara qarşı əmək müfəttişliyinə şikayətlər etmişdir. Bu səbəblərdən restoran fəaliyyət göstərdikdə o, işə qəbul olunmamışdır. Göstərilənlərə əsasən qərarın əsassız olduğunu qeyd edərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın nümayəndəsi X9 bildirmişdir ki, Tariyel Nəsirov onlara sübutlar təqdim edərək, yeni açılmış restoranda menecer kimi işə düzələcəyinə söz verildiyini qeyd etmişdir. Bu məqsədlə ondan restorana işçilər yığması, restoran üçün yeni avadanlıqlarla maraqlanması tapşırılmışdır. Bunları təsdiq edən yazışma çıxarışları mövcuddur. Həmin yazışmalardan məlum olur ki, onu ofisiant kimi yox menecer kimi işlərin görülməsi tapşırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarın əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X8 vəzifəli şəxs X12 tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “Chef Börek” restoranında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb etmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş votsat yazışma mesajlarından aydın olur ki, Tariyel Nəsirovun 19-30 aprel 2022-ci il aralığında Asif və Akif adlı şəxslərlə iş söhbətləri olmuş və həmin söhbətlərdə ona restoran üçün lazım olan avadanlıqların axtarılması, işçilərin toplanması həvalə olunmuşdur. İş materiallarında olan X3 izahatından görünür ki, o, xx.xx.2022-ci ildə qoşu Asifə məxsus restoranda menecer kimi fəaliyyətə başlamışdır. İşə başlayanda bəzi səbəblərdən onunla əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2022-ci il tarixində səbəbsiz olaraq işdən kanarlaşdırılmışdır. Ona işlədiyi müddətdə 200 azn avans verilmişdir. İşdən çıxarıldıqdan sonra 572 azn əvəzinə 200 azn məbləğində pul verilmişdir. Qeyd edilən pulları ona Asif vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, X12 tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək X8 “Chef Börek” restoranında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunmuşdur. Belə ki, restoran açılmamışdan əvvəl müəyyən hazırlıq işləri görülmüşdür. Hazırlıq işlərinin görülməsi içşi qüvvəsi tələb edir. İş materiallarına əlavə olunmuş subutlardan məlumdur ki, restoranın fəaliyyət göstərməsi üçün ora müəyyən avadanlıqlar alınmışdır və işçilər toplanmışdır. Bu işlərin görülməsi isə Tariyel Nəsirova həvalə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X12-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6438/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6438/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver