Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6445/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məxsus “Samsung A 10” markalı telefon oğurlanmışdır. X5 400 manat məbləğində maddi ziyan vurulmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin əməl Şəxs tərəfindən törədilmişdir. Bununla əlaqədar 27-ci PB-nin polis sahə inspektoru polis mayoru X8 tərəfindən 09 noyabr 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin polis sahə inspektoru polis mayoru X8 tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək, dolanacaq üçün xırda oğurluqlarla məşğul olduğunu bildirmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində “Grand Mart” marketdə oranın qadın kassirinin telefonunu oğurlamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Son olaraq məhkəməyə müraciət edib zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə alıb onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 bildirmişdir ki, Şəxs ailə başçısı olduğundan və özü mərdimazar adam olmadığından Şəxs barəsində inzibati həbsin seçiləsini istəmir, hazırda barışıb, ona dəymiş zərər ödənilsin, Şəxs şikayət və tələbi yoxdur, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibinin əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və eyni zamanda Şəxs X2 qarşı işlədiyi əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri olduğuna görə barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş zərər hələlik ödənilməsə də, Şəxs ilə barışmışdır, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” qərardan görünür ki, Şəxs 09 noyabr 2022-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs X2 məxsus “Samsung A 10” markalı mobil telefonu oğurluq yolu ilə ələ keçirmiş, nəticədə X2 400 manat dəyərində maddi ziyan vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, X3 ilə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114,128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6445/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6445/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver