Məhkəmə qərarları › İş №3(004)-6456/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6456/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6456/2024 25.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Yasamal rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin baş inspektoru X1, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin sahə inspektoru Həsən Abdullayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəliinzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin iş 3(004)- 6456/2024 nömrə ilə qeydə alınmışdır. Eyni zamanda Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin iş 3(004)-6457/2024 nömrə ilə qeydə alınmışdır. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6457/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəlivə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəliinzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(004)-6456/2024 və 3(004)-6457/2024 nömrəli işlər bir icraatda 3(004)-6456/2024 nömrə iləbirləşdirilmiş, 3(004)-6457/2024 nömrəli iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilmiş və inzibati xəta haqqında materiallar 3(004)-6456/2024 nömrə ilə məhkəmənin icraatına qəbul edilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokolavə ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2024-cü il tarixdə, saat 04:50 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində ** BD *** d.q.n., Mercedes Benz CLS 350 minik markalı avtomobili idarə edən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edib avtomobillərə maddi zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 04:50 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində ** BD *** d.q.n., Mercedes Benz CLS 350 minik markalı avtomobili patrul maşınına arxadan vurub qabaqda yol kənarında dəyərək dayandı. Sürücü tabesizlik göstərib hadisə yerindən qaçdı. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Yasamal rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin baş inspektoru Nəbati Yaqubov tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəliinzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Yasamal rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinin sahə inspektoru Həsən Abdullayev tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında qeyd etmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 04:50 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində **-BD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz CLS 350” minik markalı avtomobillə hərəkətdə olarkən onu polis əməkdaşları saxladılar. Məqsəd maşının kimə məxsus olması, sürücülük vəsiqəsinin olub-olmadığını müəyyən etmək idi. Maşın əslinə dostunun idi. Maşını sürücülük vəsiqəsi olmadan və etibarnaməsiz idarə etdiyini, habelə polis əməkdaşlarını təhqir edərək tabesizlik göstərməsini etiraf etmişdir. Qəza törədən zaman yaşıl işıq yanırdı. Dostu maşının oğurlanması ilə bağlı DİNnin 102 xidmətinə şikayət etmişdir. Həmin şikayətlə bağlı polis bölməsində onun izahatı da alınmışdı. Daha sonra dostu maşını onun götürdüyümü bilib, şikayətini geri götürmüş, cinayət təqibinə xitam verilmişdir. Polis bölməsində onu 18-20 noyabr saxlamış, cinayət sonra buraxmışdılar. Noyabrın 23-ü təkrar saxlamışdılar. İlk dəfə məsuliyyətə cəlb olunur. Məhkumluğu olmayıbdır. Çox peşmandır, məhkəmədən peşmançılığını, cavan olmağını nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Yasamal rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol-patrul xidmət inspektoru X2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 04 radələrində xidmətdə olarkən Bakı şəhəri Yasamal rayonu ərazisində **-BD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz CLS 350” minik markalı nəqliyyat vasitəsini saxlamış, sürücüdən sənədlərini təqdim etməsini xahiş etmişdir. Sürücü Şəxs özünü başqa şəxs kimi təqdim etmişdir. Sürücülük hüququnun olmadığı və maşını etibarnaməsiz idarə etdiyini müəyyən edəndən sonra, sürücü polisin qanuni tələbinə əməl etmədən, avtomobillə ordadan uzaqlaşmağa çalışmışdır. Saat 04:50 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində BMW markalı, ** YP *** d.q.n patrul maşını ilə A.Şərifzadə küç., ilə hərəktədə olarkən sürətini azaltmış, bu zaman Şəxs idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz CLS 350 minik markalı avtomobil onun maşınına arxadan dəymiş, həmin avtomobil hərəkətinə davam etdirərək, hadisədən yayınmağa cəhd etmişdi. Bir neçə metr getdikdən sonra həmin nəqliyyat vasitəsi idarə etməsini itirdi və yol ayrıcı zolağına dəyərək dayanmışdı. Avtomobillərə maddi ziyan dəysə də, bədən xəsarəti alan olmamışdır. Sürücü özünü düzgün təqdim etməmiş, dəfələrlə qanuni tələblərə tabe olmasını bildirsələr də, sürücü polisləri təhqir edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bakı şəhər BPİ DYPİ nümayəndəsi hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etmişdir. Həmin video görüntülərə və fotoya baxış keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəliinzibati xəta haqqında protokoldan görünür ki, Şəxs AR İXM-nin 332.4-cü maddəsinin tələbini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək maddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələrinin tələbini pozaraq, nalayiq ifadələr işlətmiş və polisə tabesizik göstərmişdir. Yasamal RPİ tərəfindən verilmiş Arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs AR DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Bazasından alınmış məlumata əsasən BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsi tərəfindən sürücülük vəsiqəsi verilməmişdir. 23 noyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:15-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 332.4, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla, hadisəni əks etdirən video və foto materialları tam sübuta yetir. İXM-in 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəpozuntunu törədənin şəxs dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla, habelə videogörüntü ilə müəyyən edildi ki, Şəxs 17 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində **-BD-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz CLS 350 minik markalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı patrul maşınına çırpılmış, hərəkəti davam etirib hadisə yerindən yayınmağa çalışsa da, idarə etməsini itirib yol ayrıcı zolağına dəyərək dayanmışdır. Özünü düzgün təqdim etməyərək, sürücülük hüququnu təsdiq edən sənədi və etibarnamənin təqdim edilməsi ilə bağlı polis əməkdaşının qanuni tələbinə əməl etməmiş, təhqiredici ifadələr işlədib polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edərək, maddi zərər törədilməsi, xırda xuliqanlıq və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 332.4, 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halları nəzərə alır. Həmin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə qeyd edir ki, Şəxs İXM-in 332.4, 510 və 535.1-ci maddələrinin nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həmin maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni 23 noyabr 2024-cü il saat 17:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 23 noyabr 2024-cü il saat 17:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar