Məhkəmə qərarları › İş №3(004)-6467/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6467/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6467/2024 04.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, Sərməst Faiq oğlu Hacıyevin katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X9, X1 iştirakları ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişlər. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Mehman Abdullayev tərəfindən "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 29 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar ilə 3000 (üç min) AZN məbləğində cərimə tətbiq edilmişdir. Tətbiq edilmiş inzibati tənbeh əsaslandırılmamışdır. Belə ki, fiziki şəxs məlum olsa da, zərərçəkmiş şəxs naməlumdur. Qərara görə guya vətəndaş X18 26 iyul 2024-cü il tarixdən hazıradək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. “X25 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və "xxxx" MMC arasında Füzuli, Hadrut, Xocalı, Xocavənd ərazilərində sanitariya-epidemioloji xidmətlərin icrasından ötrü 19 iyun 2023-cü il tarixdə 814 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin icrası ilə bağlı işğaldan azad olunan ərazilərə girişləri üçün 15 iyul 2024-cü il tarixdə işçilər üçün icazə alınmışdır. İcazədə ehtiyat işçi kimi X11 da adı yazılmışdır. X6 həmin ərazilərdə işçi kimi cəlb edilməmişdir. X18 26 iyul 2024-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" MMC-nin İnsan resursları üzrə mütəxəssisi Aynur Axundova 04 sentyabr 2024-cü il tarixdə işlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ƏMAS portalına daxil olarkən bildiriş məktubunun yükləndiyini görmüş və çap etmişdir. Məktubda inzibati xəta haqqında işə baxılması üçün 29 avqust 2024-cü il tarixdə saat 12:00-da X14 Xidmətinin Bakı şəhər İdarəsinə gəlmək və ya video konfransa qoşulmaq təklif olunmuşdur. Bildiriş məktubunda əlaqələndirici şəxs kimi Şəhla Həsənzadənin telefon nömrəsi yazılmışdır. X14 Xidmətinin əməkdaşı Şəhla Həsənzadənin dəvəti ilə 06 sentyabr 2024-cü il tarixdə"xxxx" MMC-nin Xidmət və keyfiyyətə nəzarət şöbəsinin müdiri Seyyid Ağayev, İnsan resursları üzrə mütəxəssisi Aynur Axundova və hüquq üzrə kiçik mütəxəssisi Ayşən Əhmədova 3 saylı DOST Mərkəzində olmuşdur. X17 demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-yə poçt vasitəsilə məktub göndərilib, lakin geri qaytarılıb. Həmçinin məktubun onun X14 Xidmətinin Bakı şəhər İdarəsindəki iş otağında olduğunu və oradan götürə biləcəklərini qeyd etmişdir. Cərimənin təyin edilməsi səbəbini soruşduqda Daxili İşlər Nazirliyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə X11 əmək müqaviləsinə xitam verildikdən sonra da adının portalda qaldığı barədə məlumat verildiyini və X14 Xidmətinin Bakı Şəhər İdarəsinin bunu əsas götürərək cərimə tətbiq etdiyini bildirmişdir. Daxili İşlər Nazirliyindən daxil olmuş məktubun göstərilməsi istənilsə də, Şəhla Həsənzadə sənədi təqdim etmək əvəzinə qərarın rəhbərliyin şəxsi yanaşması olduğunu vurğulamışdır. 13 sentyabr 2024-cü il tarixdə "xxxx" MMC-yə ünvanlamış məktub X14 Xidmətinin əməkdaşı Şəhla Həsənzadədən rəsmi şəkildə təhvil götürülmüşdür. X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Mehman Abdullayevin imzası ilə Qərar 29 avqust 2024-cü il tarixdə "xxxx" MMC-nin hüquqi ünvanına (ünvan 1qust 2024-cü il tarixdə 114 saylı poçt şöbəsinə təhvil verilmişdir. Lakin 04 sentyabr 2024-cü il tarixdə “ünvan düzgün deyil” səbəbindən geri qaytarılmışdır. Məktubun poçt tərəfindən geri qaytarılmasının səbəbi zərfdə ünvanın düzgün göstərilmədiyi, yəni mənzilin (mənzil 11) yazılmadığıdır. "xxxx" MMC tərəfindən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil X3 heç bir dövlət orqanına müraciət etmədiyi barədə ərizəsi əlavə edilməklə əsassız təyin edilmiş cərimənin ləğv edilməsi ilə bağlı 079 nömrəli 14 sentyabr 2024-ci il tarixdə müraciət ünvanlanmışdır. Nazirə ünvanlanmış müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini İlqar Məmmədovun imzası ilə 3-17-5/2- 66985/2024 nömrəli 27 sentyabr 2024-cü il tarixli məktubla basmaqəlib cavab verilmişdir Məktubda guya X11 əmək hüquqlarının pozulması ilə bağlı müraciət etdiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini İlqar Məmmədovun 3-17-5/2-66985/2024 nömrəli 27 sentyabr 2024-cü il tarixli məktubu 201 nömrəli 08 oktyabr 2024-cü il tarixli məktubla cavablandırılmışdır. X14 Xidmətinin Bakı şəhər İdarəsinin 17 oktyabr 2024-cü il tarixdə dəvəti ilə 18 oktyabr 2024-cü il tarixdə mən Fuad Həsənzadə və "xxxx" MMC-nin hüquq üzrə kiçik mütəxəssisi Ayşən Əhmədova X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini Orxan Hüseynzadənin qəbulunda olduq. Orxan Hüseynzadə məktubda “X11 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti” hissəsinin texniki səhv olaraq yazılmasını bildirdi. "xxxx" MMC-nin hüquq üzrə kiçik mütəxəssisi Ayşən Əhmədova 29 oktyabr 2024-cü il tarixdə X14 Xidmətinin Bakı Şəhər İdarəsində təkrar Anar Şabanovla görüşmüşdür. Anar Şabanov cərimənin ləğv olunmayacağını və məsələnin məhkəmədə mübahisələndirilə biləcəyini bildirmişdir. "xxxx" MMC və X14 Xidmətinin Bakı şəhər İdarəsi arasında yaranmış mübahisənin şirkətin işgüzar nüfuzuna xələl gətirməsi, iş vaxtının daha səmərəli fəaliyyət göstərmək əvəzinə yazışmalara və qəbullara sərf edilməsi təəssüf doğurur. Ölkədə qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaradılması, qanunvericilik bazasının mükəmməlləşdirilməsi nəticəsində danılmaz naliyyətlər əldə edilmişdir. "xxxx" MMC-nin nümunəvi vergi ödəyicisi olduğunu, fəaliyyəti dövründə ölkə qanunvericiliyinə ciddi riayət etdiyini nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin "xxxx" MMC-nin direktoru X7 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 (üç min) AZN məbləğdə cərimə tətbiq edilməsi ilə bağlı 29 avqust 2024-cü il tarixli MN ******* nömrəli Qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X10 şikayətin məzmununa uyğun çıxış edərək X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 avqust 2024-cü il tarixli, MN ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarının iştirakları olmadan hüquq normalarının pozulması ilə qəbul edildiyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X16 izahatında bildirmişdir ki, qərar tam qanunidir, ləğv olunması üçün heç bir əsas yoxdur, şikayət isə əsassızdır. Göstərilənləri nəzərə alaraq X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş 16 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X12 xx.xx.2024-cü il tarixindən hazırki tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş, nəticədə X10 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X12 xx.xx.2024-cü il tarixindən hazırki tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmiş, nəticədə X10 Azərbaycan Respublikası İXMin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 3000 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. "xxxx" MMC-nin hüquqşunası Əhmədova.A.N tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X22 ünvanlanmış 14 sentyabr 2024cü il tarixli, 079 nömrəli məktubdan görünür ki, “ölkəmizdə qeyri neft-qaz sektorunun inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Dövlətin yaratdığı imkanlardan bəhrələnərək "xxxx" MMC mülkiyyət forması və təyinatından asılı olmayaraq idarə, təşkilat və müəssisələrdə sanitariya-epidemioloji xidmətlər həyata keçirməklə yanaşı, ölkə əhalisi arasında sanitariya mədəniyyətinin təşviqi ilə bağlı media və sosial şəbəkələrdə vaxtaşırı paylaşımlar edir, konfranslar təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar ilə 3000 (üç min) AZN məbləğində cərimə tətbiq edilmişdir. “X25 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və "xxxx" MMC arasında Füzuli, Hadrut, Xocalı, Xocavənd ərazilərində sanitariya-epidemioloji xidmətlərin icrasından ötrü 19 iyun 2023-cü il tarixdə 814 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin icrası ilə bağh işğaldan azad olunan ərazilərə girişləri üçün 15 iyul 2024-cü il tarixdə işçilər üçün icazə alınmışdır. İcazədə ehtiyat işçi kimi X11 da adı olmuşdur. X6 həmin ərazilərdə işçi kimi cəlb edilməmiş və ümumiyyətlə, həmin ərazilərə getməmişdir. X18 26 iyul 2024-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Məsələ ilə bağh Mərkəzin əmək müfəttişi Şəhla Həsənzadənin qəbulunda olan zaman söhbət əsnasında həm də bildirdi ki, bu qərar rəhbərliyin yanaşmasıdır. Yaranmış anlaşılmazlığın aradan qaldırılması, Şirkətin daim qanunvericiliyə ciddi riayət etdiyini və işgüzar nüfuzunun qorunması, əsassız qəbul edilmiş qərarın ləğv edilməsi ilə əlaqədar şəxsiniz tərəfindən qəbul olunmağımı xahiş edirəm” məzmunda olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 25 sentyabr 2024-cü il tarixli qərardadından görünür ki, A.N.Əhmədova şikayət vermə hüququna malik olan inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına aid edilmədiyinə görə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərardan şikayət verə bilməz. Odur ki, şikayət onu vermək hüququ olmayan şəxs tərəfindən verildiyinə görə geri qaytarılmışdır. X18 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi X22 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də işləmiş, xx.xx.2024-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, işdən çıxarılma ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və digər dövlət orqanlarına şikayət etməmiş və etmək fikri də yoxdur, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. "xxxx" MMC-nin direktoru X10 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin rəis müavini İlqar Məmmədova ünvanlanmış 08 oktyabr 2024-cü il tarixli, 201 nömrəli məktubdan görünür ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 27 sentyabr 2024-cü il tarixli 3- 17-5/2-66985/2024 nömrəli müşayiət məktubu və 25 sentyabr 2024-cü il tarixli 3-17- 20475/2024 nömrəli Qərardad tərəfimizdən baxılmışdır. X18 öz xahişi ilə işdən azad olunması ilə bağlı "xxxx" MMC-nin direktoru adma ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə əsasən o, 25 iyul 2024-cü il tarixdə 2507-2024-2 nömrəli Əmrlə işdən azad edilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, X18 heç vaxt əmək müqaviləsi qüvvəyə minmədən əməyə cəlb edilməmişdir. Bununla yanaşı bildirmək istəyirik ki, X18 əmək hüquqları pozulması ilə bağlı heç vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya digər dövlət orqanına müraciət etmədiyini bildirmişdir. (Ərizə əlavə edilir). Məsələ ilə bağlı yaranmış anlaşılmazlığın aradan qaldırılması məqsədilə tərəfinizdən qəbul təşkil edilməyini xahiş edirəm. Hörmətli İlqar müəllim, Məktubunuzda "xxxx" MMC-nin 079 nömrəli 14 sentyabr 2024-cü il tarixli məktuba hüquqşünas X8 etibarnamə əlavə etmədiyi barədə iradınızı qəbul edirik və etibarnamə əlavə edilir” məzmunda olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış hesab edilir. Göründüyü kimi, dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırmanın tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. X14 Xidməti isə Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni X10 tərəfindən X11 həqiqətən də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirib-yetirilməmisini, hüquqi şəxs tərəfindən əməyə cəlb olunubolunmamasını araşdırmamışdır. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Həmçinin o da qeyd edilməlidir ki, vəzifəli şəxsin nümayəndəsinin işin araşdırmasında iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarda isə hüquqi şəxs "xxxx" MMC-nin direktoru X10 tərəfindən qərarda adı qeyd edilən şəxsin əməyə cəlb edilməsi göstərilsə də, araşdırma natamam şəkildə aparıldığından və yuxarıda qeyd olunan xüsusatlar aydınlaşdırılmadığından, iş materiallarında bu barədə hər hansı sübut mövcud deyildir. O da vurğulanmalıdır ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hallar araşdırılmadan məhkəmə tərəfindən qərarın ləğv edilərək icraata xitam verilməsi və ya şikayətin təmin edilməyərək vəzifəli şəxsin barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətli qərar olmamaqla şəxsin törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb olunmasına və ya törətdiyi inzibati xətaya görə məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin direktoru X5 İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı material üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. . İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 29 avqust 2024-cü il tarixli, MN ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. "xxxx" MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar