Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6471/2024 11.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə, Qubadlı rayonun anadan olmuş, subay, ali təhsilli, əvvəllər məhkumluğu olmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Prokuroru baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü madəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” xx.xx.2024-cü il tarixli, 24-1-2-2/321-1561-1 qeydiyyat nömrəli qərar qəbul edilərək baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində “İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” xx.xx.2024-cü il tarixli, 24-1-2-2/321-1561-1 qeydiyyat nömrəli qərara etiraz edərək bildirmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş və 15 avqust 2024-cü il tarixli Bakı şəhəri Yasamal rayon Prokurorunun müstəntiqi Tamerlan Sadıqov tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin müddətdən isə 3 aydan artıq müddət keçmişdir. Buna görə də barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərar tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan 15 avqust 2024-cü il tarixli Bakı şəhəri Yasamal rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 7/11 ünvanında yerləşən Arif Hüseynzadə adına 20 nömrəli tam-orta məktəb liseyində yıxılaraq xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 24-1-2-2/321-1561-1 qeydiyyat nömrəli Bakı şəhəri Yasamal rayon Prokuroru baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən qəbul edilmiş "İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 7/11 ünvanında yerləşən Arif Hüseynzadə adına 20 nömrəli tam-orta məktəb liseyində yıxılaraq xəsarət alması faktı ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü madəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, X1 xəsarət alması faktı ilə əlaqədar 15 avqust 2024-cü il tarixli Bakı şəhəri Yasamal rayon Prokurorluğunun "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan sonra həmin faktla əlaqədar xx.xx.2024-cü il tarixli, 24-1-2- 2/321-1561-1 qeydiyyat nömrəli "İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərar qəbul edilərək 26 noyabr 2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Göründüyü kimi Şəxs tərəfindən törədilmiş inzibati xəta xx.xx.2024-cü il tarixdə baş vermişdir. 15 avqust 2024-cü il tarixli Bakı şəhəri Yasamal rayon Prokurorunun müstəntiqi Tamerlan Sadıqov tərəfindən "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin müddətdən isə 03 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsindən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın 15 avqust 2024-cü il tarixdə törədildiyini və həmin vaxtdan 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Odur ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən Şəxs barəsində həmin Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6471/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6471/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver