Məhkəmə qərarları › İş №3(004)-6479/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6479/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6479/2022 13.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən 05 noyabr 2022-ci il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili X4 bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.5-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə deyil qanunvericiliyə uyğun olaraq baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərməli idi. Bakı Şəhəri Yasamal Rayon Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Bakı Şəhəri Yasamal Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir. Məhkəmə qeyd edir ki, hazırki inzibati xəta haqqında protokol tərtib edilmə səlahiyyəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə aid olduğundan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara həmin qurumda baxılmalıdır. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 saylı Fərmanına 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından Məcəllənin 235, 268 və 457-1.1.3-cü (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Nüvə və X1 üzrə Dövlət Agentliyi adından, 243.0.1 (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində), 243.0.4, 276, 277, 348 (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda) 543, iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda 276-1, 348, 457-1.1.4-cü maddələrində, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq 233, 243.0.7, 278, 517.0.7, 517.0.8, 542 və 555-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X3 Agentliyi adından, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 394.0.1 (lisenziya olmadan tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikintiquraşdırma işlərinin aparılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə) və 394.0.3 – 394.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Tikintidə Təhlükəsizliyə X5 adından bu Siyahının 1.10-cu bəndində nəzərdə tutulmuş vəzifəli şəxslər baxırlar. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 235, 243.0.1 (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində), 243.0.4, 268, 276, 277, 310 (kiçikhəcmli gəmilərə münasibətdə), 311, 394.0.1 (lisenziya olmadan tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikintiquraşdırma işlərinin aparılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə), 394.0.3, 394.0.4, 394.0.5 (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulması istisna olmaqla), 394.0.6 (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulması istisna olmaqla), 394.0.7 (reklam qurğularının tikintisi işləri ilə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsinin göstərişlərinə və qərarlarına əməl edilməməsi istisna olmaqla), 469.1 (yaşayış binaları, yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə), 518, 519, 536 və 543-cü maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 228, 233, 243.0.2, 243.0.7 – 243.0.9, 278, 350.1, 517.0.7, 517.0.8, 542 və 555-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.2, 342.1.9 və 348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – fövqəladə hallar naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri və onun müavinləri baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən qəbul olunmuş 05 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə göndərilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar