Məhkəmə qərarları › İş №3(004)-648/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-648/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-648/2023 07.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında MN seriyalı ******* saylı 17 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoluna və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MTK barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospektində inşa edilən yaşayış binasının yaxınlığındakı ağacların Şəxs MTK tərəfindən mühafizə olunmaması səbəbindən 1 ədəd şam ağacı zədələmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4 və 253.5.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 tərtib olunmuş protokolu müdafiə edərək, Şəxs MTK barəsində müvafiq inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MTK-ya lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs MTK tərəfindən Azərbaycan Respublikası İXM-nin 253-1.4 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən də Şəxs MTK həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 17 yanvar 2023-cu il tarixli 76728 nömrəli Aktdan görünür ki, araşdırma zamanı yeni inşa edilən yaşayış binasının yaxınlığında qərb tərəfində kök üstə yaş halda biloji inkişafda olan beş ədəd d=32,34,48,52,54 sm şam, bir ədəd d=38 sm qovaq, şərq təfədə isə iki ədəd d=18,24 sm sərv ağaclarının olduğu və MTK tərəfdindən həmin ağacların qorunub mühafizə olunmasını müvafiq qanunvericiliyin tələblərinə uyğun təşkil olunmaması səbəbindən həmin ağaclardan bir ədəd d=52 sm şam ağacının zədələndiyi müəyyən edildi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.5.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə -fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Beləliklə də aparılmış araşdırma zamanı Şəxs MTK tərəfindən İXM-nin 253-1.4 və 253.5.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən Şəxs MTK həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq, qərara aldı: Şəxs MTK (VÖEN **********; Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospekti ev 69 A) Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 253-1.4 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 3000 (üç min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar