Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6496/2022 05.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 2003-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tovuz rayonu, Aşağı Öysüzlü ərazi dairəsi, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 2021-ci ildən sürücülük hüququna malikdir, əvvəllər yol nəqliyyat hadisəsi törətməmişdir. **-FP-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Yasamal rayonu, B.Vahabzadə küçəsi ilə təxminən 45-50 km/s sürətlə hərəkətdə olarkən Ə.Cəmil küçəsindən gələn moped anidən yola daxil olaraq hərəkətini düzünə davam etdirmiş, onu vurmamaq üçün avtomobili sola çəkib əyləcə bassada avtomobilin ön sağ hissəsi ilə həmin mopedi vurmuşdur. Zərbədən mopedin sürücüsü mopeddən atılaraq avtomobilin sağ yan güzgüsünə dəyərək yerə yıxılmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisəni araşdırmağa başlamışdırlar. Araşdırmadan sonra həmin mopedin sürücüsünü digər avtomobillə Gömrük Xəstəxanasına apararaq orada müayinə olunmasını təmin etmişdir. Yekun olaraq zərəçəkmiş şəxslə barışdığı üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı toplanmış materialda Azərbaycan Respublikası CMnin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, Şəxs AR İXM-nin 327.8- ci maddəsinin tələblərinə əsasən inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 avqust 2022-ci il tarixdə saat 20:30 radələrində “Kia Optima” (minik) markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 816 nömrəli rəyindən görünür ki, X1 bədən səthində xəsarətlər- “sağ dirsək oynağının sıyrığı, sol aşıq baldır oynağının iç topuğunun hərəkət məhdutluğu ilə müşaiyət olunan şişkinliyi və qançırı” küt əşyanın təsirindən törənmişdir. Qərarda qeyd olunan şəraitdə və müddətdə xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər.Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X2 izahatına əsasən xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində idarə etdiyi boz rəngli RKS Blazer markalı mopedlə Yasamal rayonu, C.Cabbarlı küçəsi ilə hərəkət edib B.Vahabzadə küçəsinə daxil olub yolun sol tərəf hissəsində park etmək istəyərkən H.Cavid prospekti istiqamətindən gələn Kia Optima markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil mopedin ön hissəsindən vurmuş, o, zərbədən avtomobilin sağ yan güzgüsünə dəyərək yerə yıxılmışdır.Sürücü dərhal avtomobildən enərək ona yardım göstərmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisəni araşdırmağa başlamışdırlar. Bundan sonra sürücü onu avtomobillə apararaq Gömrük hospitalında müayinədən keçirmişdir. Orada müayinədən keçdikdən sonra evə buraxılmış daha sonra xx.xx.2022-ci il tarixdə izahat vermək üçün TŞ-nə gəlmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq idarə etdiyi “Kia Optima” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə X1 idarə etdiyi “RKS Blazer” markalı mopedi vurmuşdur. Qəza nəticəsində X2 “sağ dirsək oynağının sıyrığı, sol aşıq baldır oynağının iç topuğunun hərəkət məhdutluğu ilə müşaiyət olunan şişkinliyi və qançırı” kimi yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-6496/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6496/2022
05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver