Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6501/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunu, X1 İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə baxaraq, müəyyənetdi: X3 məhkəməyə müraciət edərək, Sabunçu DYPŞ-nin polis mayoru X2 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli Qərarın və xx.xx.2023-cü il tarixdə yaranmış qərarların ləğv edilməsi və qərarlarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində telefonuna yüklədiyi “Asan ödəniş” sistemindən ona məlum olmuşdur kı, o, KİA SPORTAGE markalı **-CA-*** minik avtomobili ilə xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Y.Əliyev küçəsi, ərazisində inzibati xətalar məcəlləsinin 327.4.1 1,1.3 və 1.1 üfüqi nişanlanma xətlərinin tələblərini pozduğu üçün onun barəsində protokol tərtib edilmiş və o 150 manat cərimə edilmişdir. TP ******* saylı, xx.xx.2023-cü il tarixli Qərarı xx.xx.2023-cü il tarixdə Sabunçu rayon DYPŞ-dən əldə etmişdir. Həmin tarixə qədər isə onun ünvanına DYP tərəfindən heç bir qərar, protokol surətləri daxil olmamışdır. Qeyd edir ki, xx.xx.2023-cü il tarixdə ümumiyyətlə, o həmin ərazidə (Sabunçu) olmamışdır. Belə ki, onun məhkəmə prosesləri olub, həmin ərazilər də, Nəsimi və Səbail rayonu əraziləridir. Həm də Qərarda qeyd edilmişdir ki, protokol xx.xx.2023-cü ildə tərtib edilib, xx.xx.2023 tarixində də qərara alınmışdır. Lakin Asan ödəniş sistemində Protokolun tərtib edilmə tarixi xx.xx.2023-cü il qərara alınma tarixi isə xx.xx.2023-cü il olması aşkar görünür. Xətanın törənməsi barədə isə foto və ya video isə sistemə yerləşdirilməyib. Həm də, əgər xəta xx.xx.2023-cü il tarixdə törədilmişdirsə də, xx.xx.2023 tarixində (17 gün sonra) protokol tərtib edillə bilməzdi. Sistemdə 150 manat cərimənin miqdarının endirimli olaraq 135 manat olması 21 12.2023-cü ilə qədər davam etmişdir. xx.xx.2023-cü il tarixdən sistemdə endirim ləğv edilib 150 manat olması da buna sübutdur ki, protokolun yaranma tarixi xx.xx.2023-cü ildən başlanıb və 1 ay müddətində endirim qiyməti xx.xx.2023 tarixədək davam edib. "Asan Ödəniş” sistemindən belə görünür ki, xx.xx.2023-cü il tarixdə, Nərimanov Rayon Təbriz küçəsində **-CA-*** qeydiyyat nişanlı, Kia Sprortage minik avtomobili ilə İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan dayanma - durma qaydasını pozmmuşdur və buna görə də, 20 manat cərimə ödəməlidir. Göstərilən ərazidə avtomobilini 3 dəqiqə ərzində saxlayaraq avtomobildən düşmədən, avtomobili söndürmədən getdiyi ünvanı tam bilmədiyi və səhv getməmək üçün ünvanı soruşub dəqiqləşdirmişdir. Asan Ödəniş sistemindən də aşkar görünür ki, avtomobilini qanunsuz park etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasından öncə inzibati xəta haqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması halını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyi üçün həmin şəxs birinci instansiya məhkəməsinə barəsində qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verməlidir. İş materiallarında göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs V.T.Usubova barəsində ayrı – ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilməsinə baxmayaraq, qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməli olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı m: X1 İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-6501/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6501/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver