Məhkəmə qərarları › İş №3(004)-6502/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6502/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6502/2023 25.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 1964-cü ildə Ağsu, Aratkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 dekabr 2023-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 29-cu polis şöbəsinin 10 dekabr 2023-cü il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 25 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə X3 qarşı 500 manat məbləğində dələduzluq etmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin sahə inspektoru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Ağsu rayonu Elabad kənd sakini X7 15 noyabr 2023-cü il tarixdə Ağsu rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, 19 oktyabr 2023-cü il tarixdə Şəxs adlı şəxsin falçılıq və cindarlıq edəcəyi adı ilə ondan 500 manat pul alaraq, aldatmasını bildirmişdir. Şəxs barəsində tədbir görülməsi istiqamətində aidiyyatı üzrə tapşırıq verilmiş və nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekun olaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, barəsində şikayət edən X4 tanıyır. Belə ki, oktyabr ayının ortalarında Asif Mürşüdov onun mobil telefonuna zəng edərək, yaşadığı evindən pulunun oğurlandığını, köhnə əməliyyatçı kimi ona zəng etdiyini bildirmişdir. O, Asifə pulunun hara qoyduğunu, nə qədər pulu olduğunu soruşmuşdur. Asif evində ümumilikdə 64000 manat pulunun olduğunu, pulundan 1 paçka dollarının və qalanı manat olmaqla, yarısının oğurlandığını, qalanının isə yerində qaldığını bildirmişdir. O, Asifə isti-isti polisə məlumat verməsini, kənar şəxslərin pulu oğurlayarsa, pulun hamısını oğurlamalarını, yarısını aparıblarsa, yaxın adamları olduğunu, polisin araşdırma aparmasını, sonra gec olacağını demişdir. Lakin, Asif pulun götürülməsində ailə üzvlərindən, yaxın qohumlarından şübhələndiyini, qorxduğu üçün polisə şikayət etmədiyini bildirmişdir. Daha sonra Asif pulunun yoxa çıxmasında oğlundan şübhələndiyini bildirmişdir. O, təkrar Asifə polisə məlumat verib-vermədiyini soruşmuş, Asif qorxduğu üçün polisə şikayət etmədiyini bildirmişdir. Söhbət əsnasında Asif ondan falçı tanışı olub-olmadığını soruşmuşdur. O, Asifə falçılara, baxıcılara inanmadığını, lakin elə bir tanıdığı olduğunu demişdir. Bundan sonra Asif tələsdiyini, vaxtı olmadığını deyərək, 500 manat pulu ona verərək, onsuzda 34000 pulunun getdiyini, gedib falçıya baxdırıb, pulunu geri qaytarılmasında köməklik etməsini xahiş etmişdir. O, Asifə bir daha falçılara inanmadığını, pulunu götürməsini desə də, Asif məcbur pulu verdiyi üçün o da pulu götürmüşdür. Həmin gündən bir iki gün sonra əvvəllər metronun çıxışında gördüyü, baxıcılıqla məşğul olan qadınla görüşmüş, məsələni həmin qadına danışıb, 500 manat pulu qadına vermişdir. Qadın baxıcılıq edərək, pulu Asifin öz oğlunun götürdüyünü, başqa yerlərdə axtarmamasını bildirmişdir. Baxıcı qadının dediklərini Asifə çatdırmış, Asif həmin baxıcını rayona gətirib, pulun yerini öyrənməsini xahiş etmiş, o isə baxıcının rayona gəlməyəcəyini bildirmişdir. Sonuncu dəfə danışanda isə Asif 500 manat pulu geri qaytarmasını tələb etmiş, o da Asifə onunla oyun-oynadığını, pulu ona niyə, hansı səbəbdən verməsini, pulu baxıcıya verdiyini bildirmişdir. Etdiyi əməli səmimi olaraq qəbul edir və gələcəkdə bu kimi əməllər etməyəcəyinə söz vermişdir. 2-müharibə veteranıdır. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin təhqiqatçısı Ruslan Əfəndiyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş və X2 aldadaraq dələduzluq yolu ilə pulunu ələ keçirmiş Şəxs AR İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün şöbənin aidiyyatı əməkdaşına həvalə edilməsi qərara alınmışdır. İnzibati qaydada tutma haqqında 25 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən peşman olmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı olduğunu inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X5 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, əməlindən peşman olmasını, müharibə veteranı olmasını, onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar