Məhkəmə qərarları › İş №3(004)-6525/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6525/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6525/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X12 iclas katibliyi ilə, X1 vəkili X7 iştirakı ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarı ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 18 oktyabr 2024-cü il tarixli qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən 1800 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 18 oktyabr 2024-cü il tarixli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin 29 avqust 2024-cü il tarixli məktubuna əsasən qaydaların 1.8-ci bəndinə əsasən İZ formalı aktın düzgün tərtib edilməsinə işəgötürənin cavabdeh olduğunu nəzərə alaraq. İZ formalı aktın tərtib edilməsi (təhqiqat komissiyası tərəfindən tərtib edilmiş Təhqiqat aktına uyğun olaraq) və İZ formalı aktın 5 nüsxədə iki iş günü müddətində X14 Xidmətinə təqdim edilməsi, qanunvericiliyə uyğun İZ formalı aktın tərtib edilməməsi AR İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsinə əsasən işəgötürən inzibati məsuliyyətə səbəb olduğu göstərilmişdir. Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin baş əmək müfəttişi, təhqiqat komissiyasının sədri Elşən Əliyev “BESTİNG" MMC-nin sabiq işçisi X6 “güya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə əlaqədar" aparılan araşdırmanın nəticələri barədə 29 avqust 2024-cü il tarixli, 3-17-5/3-2-552/2024 saylı məktub və ona əlavə edilmiş təhqiqat aktı ilə “BESTİNG" MMC-ə müraciət edərək həmin faktla bağlı İZ formalı aktın tərtib edilməsini və X14 Xidmətinə təqdim edilməsini tələb etmişdir. Bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC təhqiqat komissiyası cəmiyyətin sabiq işçisi X6 guya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır və bu nəticəni əsassız və qanunsuz hesab edir. Belə ki, işin mübahisəsiz halıdır ki, X9 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC də istehsalat sexində briqadir vəzifəsində işləmişdir. О, 07 may 2021-ci tarixdə nahar fasiləsi zamanı getdiyi mağazadan qayıdarkən yıxılaraq sağ əlindən xəsarət almış və bu vəziyyətdə sexə qayıtmışdır. Xəsarətin iş yerində və əmək funksiyalarının icrası zamanı baş verməməsinə baxmayaraq. "xxxx" MMC-nin rəhbərliyinin göstərişi ilə cəmiyyətin əməkdaşları S.B.Cəfərovaya ilkin tibbi yardımın göstərilməsi üçün aidiyyatı üzrə tibb müəssisəsinə aparılmasını və onun yüksək keyfiyyətli tibbi yardım almasını təmin etmişlər. Bundan sonra. "xxxx" MMC tərəfindən S.B.Cəfərovanın tam sağalması və əmək qabiliyyətinin bərpa edilməsi üçün ona tələb olunan maddi yardımlar edilmişdir. X6 07 may 2021-ci tarixdə nahar fasiləsi zamanı getdiyi mağazadan qayıdarkən yıxılaraq sağ əlindən xəsarət alması faktı 2021-ci ilin may ayında aidiyyəti üzrə Yasamal rayon Polis İdarəsində araşdırılmış və bu araşdırma zamanı da S.B.Cəfərova iş yerindən kənarda xəsarət almasını və bu xəsarətə görə “BESTİNG" MMC-dən hər hansı bir şikayət və tələbinin olmamasını bildirmişdir. Buna baxmayaraq, təhqiqat komissiyası apardığı təhqiqat zamanı və təhqiqatın nəticəsi barədə tərtib etdiyi aktda X6 07 may 2021-ci tarixdə sağ əlindən xəsarət alması faktının 2021-ci ilin may ayında aidiyyəti üzrə Yasamal rayon Polis İdarəsində araşdırılması faktına ümumiyyətlə hər hansı bir reaksiya göstərməmiş, həmin yoxlama materialları və yoxlamanın nəticəsi barədə qəbul edilmiş qərarla maraqlanmamış və bu fakta hüquqi qiymət verməmişdir. Bundan əlavə S.B.Cəfərova iş yerindən kənarda xəsarət alması və bu xəsarətə görə "xxxx" MMC-dən hər hansı bir şikayət və tələbinin olmaması barədə ərizə ilə xəsarət aldığı dövrdə "xxxx" MMC-nin rəhbərliyinə də müraciət etmişdir, fəəsüf olsun ki. təhqiqat komissiyasının sədri Elşən Əliyev apardığı təhqiqat zamanı və təhqiqatın nəticəsi barədə tərtib edilmiş aktda bu faktdan da bilərəkdən yan keçmiş, hüquqi əhəmiyyət kəsb edən bu halı da araşdırmamış və lazımi hüquqi qiymət verməmişdir. Daha sonra, təhqiqat komissiyası apardığı təhqiqat zamanı və təhqiqatın nəticəsi barədə tərtib etdiyi aktda bilərəkdən nəzərə almamışdır ki, 2023-cü ilin yay aylarında S.B.Cəfərovanın xx.xx.2022-ci il tarixdə dayə kimi işlədiyi X4 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən fərdi yaşayış evindən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyaları oğurlayaraq talaması faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* saylı cinayət işi istintaq edilərkən S.B.Cəfərova güya 2021-ci ilin may ayında iş yerində xəsarət alması ilə bağlı istintaqa izahat vermişdir. S.B.Cəfərova tərəfindən "məlum səbəbdən" verilmiş həmin izahat da Abşeron RPİ-nin İstintaq Şöbəsində araşdırılmış və S.B.Cəfərovanın iş yerində və iş vaxtı xəsarət alması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanılması 24 iyul 2023-cü il tarixli qərarla rədd edilmişdir. Sadalanan xüsusatlara əlavə, təhqiqat komissiyası apardığı təhqiqat zamanı və təhqiqatın nəticəsi barədə tərtib etdiyi aktda "xxxx" MMC-nin sübut olaraq təqdim etdiyi Yasamal rayon Prokurorluğun xx.xx.2023-cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərarında yazılanları və gəlinmiş nəticəni də səhv şərh etmiş və bunun nəticəsində də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, S.B.Cəfərova 2023-cü ilin sonlarında yenidən güya 2021-ci ilin may ayında iş yerində xəsarət alması ilə bağlı şikayət ərizəsi ilə Yasamal rayon Prokurorluğuna müraciət etmişdir. Yasamal rayon Prokurorluğuda həmin şikayət üzrə inzibati icraat qaydasında araşdırma aparıllmış və xx.xx.2023-cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərar ilə S.B.Cəfərova güya 2021-ci ilin may ayında iş yerində xəsarət alması ilə “BESTİNG" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 198-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması rədd olunmuşdur. Təhqiqat komissiyası təhqiqatın nəticəsi barədə tərtib etdiyi aktda Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli. 23-1-2-2/321-0221-1 saylı qərarında təsvir olunan iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə S.B.Cəfərovanın aldığı xəsarətlərin "Şanti" aparatının içində qalması nəticəsində yarana biləcəyinə istinad etmişdir. Əvvəla bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, cəmiyyətin sabiq işçisi X6 güya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə bağlı həm Yasamal rayon Prokurorluğunda, həm də X14 Xidmətində araşdırma aparılarkən S.B.Cəfərovanın istinad etdiyi cəmiyyətə məxsus istehsalat sahəsinə baxış keçirilmiş və hər iki halda, o cümlədən təhqiqat komissiyası istehsalat sahəsində "Şanti" adlanan şəraitin ümumiyyətlə mövcud olmadığını müəyyən etmişdir. Belə olan halda, təhqiqat komissiyasının sədri Elşən Əliyevin nə özünün bilavasitə, nədə ki, sübut kimi istinad etdiyi Yasamal rayon Prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən olunmayan, bununla da heç bir texniki parametrləri istehsal yeri və tarixi, iş prinsipi və sairəsi məlum olmayan, hansı hissəsinə əlin toxunması zamanı xəsarət alınması mümkün olduğu təyin edilməyən "xəyali” "Şanti" aparatına istinad etməsi sadəcə gülünc doğurur və düzgün olmayan nəticəyə gəlinməsinə səbəb olur. Bundan əlavə, təhqiqat komissiyası özünün tapıb izahatını ala bilmədiyi cəmiyyətin sabiq əməkdaşı X13 da güya X6 xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə bağlı Yasamal rayon Prokurorluğunda verdiyi rahata istinad etmişdir. Göründüyü kimi, heç bir sübutun qabağcadan müəyyən edilmiş hüquqi qüvvəsinin olmamasına, hər bir sübutun ayrı-ayrılıqda, sonradan isə digər sübutlarla birgə tətdiq edilib qiymətləndirilməli olmasına baxmayaraq, təhqiqat komissiyasının sədri Elşən Əliyev özünün tədqiq etmədiyi, sadəcə təsvirini oxuduğu Yasamal rayon Prokurorluğun xx.xx.2023-cü il tarixli. 23-1-2-2 321-0221- 1 saylı qərarında təsviri verilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə və X13 izahatına istinad etmiş və bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Eyni zamanda, X18 prokurorluqda verdiyi izahatında güya 2021-ci ilin may ayında iş yerində xəsarət aldığı zamanı X3 rəisi ilə yanaşı Ruslan Bağırov adlı əməkdaşın xəstəxanaya çatdırmasını qeyd etsə də, təhqiqat komissiyasının sədri X21 Bağırovun müəyyən edilib, hadisə ilə bağlı izahatının alınmasını təmin etməmişdir. Bundan əlavə, təhqiqat komissiyası özünün tərtib etdiyi təhqiqat aktında güya X6 xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması faktının Yasamal rayon Prokurorluğun xx.xx.2023-cü il tarixli. 23-1-2-2/321- 0221-1 saylı qərarı ilə tam təsdiq edilməsi barədə yalnış nəticəyə gəlmişdir. Belə ki, Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli. 23-1-2-2/321-0221-1 saylı qərarının hər hansı bir hissəsində aparılmış araşdırma nəticəsində X6 07.05.202 İ-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması faktının tam təsdiq olunması ilə bağlı hər hansı bir cümlə-fikir yoxdur. İnzibati icraatın başlanmasının müddətinin keçməsi əsası ilə rədd olunması faktı isə təhqiqat komissiyasının sədri Elşən Əliyev tərəfindən hadisənin baş verməsi və bu hadisədə işəgötürənin təqsirkar olması ilə bağlı yalnış nəticəyə gəlməsinə səbəb olmuşdur. Bu zaman nəzərə alınmamışdır ki, Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərarında əmək funksiyalarının icrası zamanı xəsarət alması faktının tam təsdiq olunması və bu fakta görə işəgötürənin təqsirkar olması ilə bağlı hər hansı bir nəticəyə gəlinməmişdir. Sadəcə olaraq, prokurorluq araşdırmanın ilkin mərhələsi olan inzibati işin başlanmasını müddətin keçməsi əsası ilə rədd etmişdir. İnzibati işin (icraatın) başlanması isə nə faktın özünü, nədəki bu fakta görə təqsirkarları müəyyən etmir. Çünki, inzibati işin sonunda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması, əməldə inzibati tərkibinin olmaması və sair əsaslara görə xitam da verilə bilər. Təhqiqat komissiyasının sədri Elşən Əliyevin bu cür yalnış yanaşması təqsirsizlik prezumsiyasımn pozulması ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-cü maddəsinin tələbinə görə "barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir". Həmin Məcəllənin 8.3-cü maddəsinin tələbinə görə isə "inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir". "xxxx" MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli) i panında X14 Xidməti Bakı şəhər İdarəsinə qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin baş əmək müfəttişi, təhqiqat komissiyasının sədri Elşən Əliyev "xxxx" MMC-nin sabiq işçisi X6 "güya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə əlaqədar" aparılan araşdırmanın nəticələri barədə təhqiqat aktının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir (iddia ərizəsinin surəti əlavə olunur). Eyni zamanda, “BESTİNG'’ MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial idafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinə qarşı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 29 avqust 2024-cü il tarixli məktubunun da ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir (iddia ərizəsinin surəti əlavə olunur). Sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən hesab edir ki, təhqiqat komissiyasının sədri Elşən Əliyevin "xxxx" MMC sabiq işçisi X6 güya xx.xx.2021-ci il tarixdə əmək funksiyalarının icrası zamanı xəsarət alması ilə bağlı gəldiyi nətiicə və bunula bağlı inzibati tənbeh vermə haqqında MN ******* saylı 18 oktyabr 2024-cü il xli qərar əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı 18 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən "xxxx" MMC-nin direktoru X8 xx.xx.2021-ci il tarixdə X6 barəsində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması başa çatdıqdan sonra müvafiq akt (İz formalı akt) tərtib etməkdən imtina edərək boyun qaçırmışdır. Qərarın qəbul edilməsinə əsas MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol olmuşdur. İş materiallarına əsasən barəsində bəhs edilən təhqiqat aktı xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. İş materiallarında olan Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində bəhs edilən istesalatda bədbəxt hadisə barədə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardadına əsasən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 198-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin "xxxx" MMC-yə ünvanlanmış 29 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, qanunvericiliyə uyğun olaraq İZ formalı aktın tərtib edilməməsi Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsinə əsasən işə götürənin inzibati məsuliyyətinə səbəb olur. Şikayətçi şikayətində qeyd edir ki, o ümumiyyətlə belə bir inzibati xəta törətməmişdir və istehsalatda hər hansı bədbaxt hadisə verməmiş və buna dair hər hansı sübut mövcud deyil. İlk öncə məhkəmə qeyd edir ki, iş materiallarında olan Yasamal rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli, 23-1-2-2/321-0221-1 saylı qərarında və Abşeron RPİ-nin xx.xx.2023-cü il tarixli qərarında əmək funksiyalarının icrası zamanı xəsarət alması faktının təsdiq olunması və bu fakta görə işəgötürənin təqsirkar olması ilə bağlı hər hansı bir nəticəyə gəlinməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. Hazırda məhkəmə iclasında "xxxx" MMC-nin Yasamal rayonu, X19 massivi, Dadaş Bünyadzadə 175 E ünvanda yerləşən müəssisənin istehsalat sahəsində bədbaxt hadisənin baş verməsi öz təsdiqini tapmır. Belə ki, bu hal hazırda inzibati iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinin əsasını təşkil edir. Bunda əlavə məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tənbeh verilmişdir, lakin belə halda inzibati tənbeh tətbiq edilə bilməzdi. Belə ki, məhkəmə nəzərə alır ki, ümumiyyətlə İXM-nin 38 və 53-cü maddələrinin tələbinə əsasən də inzibati xəta haqqında işlər üzrə icraatda ilk araşdırılası məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini araşdırmaqdır. Çünki inzibati işlər üzrə icraat başlanana qədər müddət keçmişdirsə, onda ümumiyyətlə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Başlana bilmirsə, onda inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmağa ehtiyac qalmır. Buna görə də müddət keçməməlidir ki, icraat başlansın. Müddət keçməmişdirsə, icraat başlana bilir və icraat başlandıqdan sonra araşdırma aparıldığı ərəfədə müddət keçmişdirsə, onda başlanmış icraata xitam verilir. Lakin hazırkı halda məhkəmə müəyyən edir ki, səlahiyyətli orqanda inzibati tənbeh verilənə qədər artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə inzibati tənbeh tətbiq etmiş səlahiyyətli orqanın qərarında, törədilməsi ehtimal edilən inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin hansı tarixdən hesablanmasına ümumiyyətlə fikir bildirməmişdir, lakin qərarda qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru X2 işçisi X6 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı İz formalı aktı tərtib etməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının” 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən 01 gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisənin xx.xx.2021-ci il tarixdə baş verməsi edtimal olunur. Halbuki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. İş materiallarında olan Təhqiqat aktından görünür ki, bədbaxt hadisənin təhqiqatı xx.xx.2024-cü il tarixdənxx.xx.2024-cü il tarixədək aparıldı və bu akt tərtib edildi. Yəni, ehtimal olunan bədbaxt hadisə baş verdikdən sonra 3 ildən artıq müddət keçəndən sonra hadisənin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən təhqiqatı aparılmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati tənbeh tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar