Məhkəmə qərarları › İş №3(004)-6530/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-6530/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-6530/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 noyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokol və ona əlavə edilmiş materiallar məhkəmə tərəfindən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, eyni şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* saylı protokol üzrə inzibati xəta haqqında işlər Yasamal Rayon Məhkəməsinə daxil olmuş və həmin işlər 3(004)-6529/2024 və 3(004)-6530/2024 nömrələri ilə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan Şəxs barəsində 3(004)-6529/2024 və 3(004)-6530/2024 nömrəli inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli, inzibati xəta haqqında işlər üzrə icraat 3(004)-6529/2024 nömrə altında davam etdirilib baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası 34, 106, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Yasamal Rayon Məhkəməsinin icraatında olan Şəxs barəsində 3(004)-6529/2024 və 3(004)-6530/2024 nömrəli inzibati xətaya dair işlər bir icraatda birləşdirilsin və inzibati işə baxılması 3(004)-6529/2024 nömrəli iş kimi davam etdirilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar