Məhkəmə qərarları › İş №3(004)-6531/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6531/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6531/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkarın (zərərçəkmiş şəxsin) etibarnamə üzrə nümayəndəsi (anası) Nəcad-X1 iştirakları ilə Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1783/2022 saylı icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru A.Əyyubov bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 1783/2022 saylı icra vərəqəsinə əsasən “De Grisoqono” markalı, italyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəsti, “Samsung” markalı tozsoran, "Tefal” markalı buxarlı ütü və “MOULİNEXX HV" 10 markalı ətçəkən maşın Şəxs və X7 alınaraq X3 verilsin. “De Grisoqono” markalı, italyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstinin qiyməti 10 800 (on min səkkiz yüz) manat, “Samsung” markalı tozsoranın qiyməti 280 (iki yüz səksən) manat, “Tefal” markalı buxarlı ütünün qiyməti 180 (yüz səksən) manat, "MOULİNEXX HV” 10 markalı ətçəkən maşının qiyməti 340 (üç yüz qırx) manat müəyyənləşdirilsin və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərləri Şəxs və X7 müştərək qaydada alınaraq X3 ödənilsin. 3 ədəd yastığın qiyməti 170 (yüz yetmiş) manat, 2 ədəd doğrama taxtasının (plastmas və taxta) qiyməti 10 (on) manat, 2 ədəd bıçağın qiyməti 16 (on altı) manat, 1 ədəd tort kəsər, və lapatasının qiyməti 8 (səkkiz) manat müəyyənləşdirilsin və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Şəxs və X7 müştərək qaydada alınaraq X3 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(103)-1783/2022 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü təmin edilməsi üçün cavabdehə bildiriş göndərilmişdir. Lakin tələbin icrası mümkün olmamışdır. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, hec bir tələbi təmin etməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Hazırda borclunun 11788 manat borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, icra sənədi barədə 2024-cü ilin avqust ayında xəbərdar olmuşdur. Sentyabr ayından başlayaraq bu günə kimi 790 manat ödəniş etmişdir. Hazırda da borcundan 1000 manat ödəniş etmişdir. Qalan borcu ayda 500 manat olmaqla ödəyə bilər. O, icra sənədinin icrasından yayınmır və ən qısa vaxtda borcunu ödəyəcəkdir, sadəcə olaraq hazırda maddi imkanı olmadığı üçün hissə-hissə ödəyə bilir. Məhkəmə iclasında tələbkarın (zərərçəkmiş şəxsin) nümayəndəsi X2 qızı bildirmişdir ki, indiyədək borclu tərəfindən 790 manat məbləğində ödəniş olunmuşdur. Borclu barəsində artıq bir dəfə Yasamal Rayon Məhkəməsinin qərarı ilə cərimə növündə inzabati tənbeh tətbiq edilmişdir. Borclunun kifayət qədər imkanı olsa da icra vərəqəsi üzrə tələbi indiyədək qərəzli şəkildə icra etmir. Hissə-hissə ödənişə razı deyildir və yalnız borcun bütövlükdə tam həcmdə ödənilməsini tələb edirlər. Əks halda borclu barəsində inzibati tənbeh tədbirinin seçilməsini xahiş edir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1783/2022 saylı icra sənədinə əsasən, “De Grisoqono” markalı, italyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəsti, “Samsung” markalı tozsoran, "Tefal” markalı buxarlı ütü və “MOULİNEXX HV" 10 markalı ətçəkən maşın Şəxs və X7 alınaraq X3 verilsin. “De Grisoqono” markalı, italyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstinin qiyməti 10 800 (on min səkkiz yüz) manat, “Samsung” markalı tozsoranın qiyməti 280 (iki yüz səksən) manat, “Tefal” markalı buxarlı ütünün qiyməti 180 (yüz səksən) manat, "MOULİNEXX HV” 10 markalı ətçəkən maşının qiyməti 340 (üç yüz qırx) manat müəyyənləşdirilsin və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərləri Şəxs və X7 müştərək qaydada alınaraq X3 ödənilsin. 3 ədəd yastığın qiyməti 170 (yüz yetmiş) manat, 2 ədəd doğrama taxtasının (plastmas və taxta) qiyməti 10 (on) manat, 2 ədəd bıçağın qiyməti 16 (on altı) manat, 1 ədəd tort kəsər, və lapatasının qiyməti 8 (səkkiz) manat müəyyənləşdirilsin və həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Şəxs və X7 müştərək qaydada alınaraq X3 verilməsi qət edilmişdir. Eləcə də İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat X7 alınıb X6 ödənilməsi; iş üzrə keçirilmiş qiymətləndirmənin xərci cismində 200 (iki yüz) manat X7 tutularaq “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru X8 tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə, Şəxs tərəfindən “Milliön” ödəniş terminalı vastilə 1000 (bir min) manat məbləğində pul vəsaiti tələbkarın hesabına ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Məhkəmə eyni zamanda qeyd edir ki, icra sənədi üzrə borclu şəxs tərəfindən əvvəllər etmiş olduğu ödəniş və hazırda ödədiyi 1000 manat məbləğində vəsaitin ödənilməsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda Şəxs qərəzli şəkildə icra sənədinin icrasından boyun qaçırması, yəni icra sənədinin icrasından əsassız yerə yayınmaq faktı aşkar edilmədiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar