Məhkəmə qərarları › İş №3(004)-6542/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6542/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6542/2024 13.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, "xxxx" MMC-nin Azərbaycan filialının direktoru X2 və onun vəkili və eyni zamanda nümayəndəsi “Sübhan Məmmədov və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin Azərbaycan filialının direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan filialının direktoru X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi vəzifəsini icra edən X8 tərəfindən "xxxx" MMC-nin Azərbayacan Respublikasındakı filialının keçmiş direktoru X5 tərəfindən həmin filialın işçisi vət. X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməklə son haqq hesablaşma aparılmadığına görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş və 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh təyin edilmişdir. Hesab edirik ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və X5 barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə əsasında həmin MMC-nin xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasında filialı yaradılmış və müvafiq əsasnaməsi təsdiq edilmişdir. Həmin əsasnaməyə əsasən "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı hüquqi şəxs deyildir. Filialın hüquqi ünvanı ünvan 1ruzə Əhmədova 23 avqust 2023-cü il tarixdə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı filialının direktoru vəzifəsinə təyin edilməklə Azərbaycan Respublikasının Əmək 'Məcəlləsinin tələblərinə əsasən müddətsiz əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsi əsasında 750 manat əmək haqqı təyin edilmişdir. "xxxx" MMC-nin Latviya Respublikasındakı rəhbəri Polina Dombure adlı şəxs tərəfindən onun göstərişi əsasında X4 əmək müqaviləsi əsasında Firuzə Əhmədova tərəfindən işə qəbul edilməsi barədə göstəriş verilmişdir. Firuzə Əhmədova MMC-nin rəhbəri Palinanın göstərişi əsasında öz vəzifə səlahiyyətinə uyğun olaraq Fəridə Həsənzadəni işə qəbul etmişdir. 23 avqust 2021-ci il tarixində X4 ilə əmək müqaviləsi bağlamışdır. Lakin, əmək müqaviləsi onun tərəfindən bağlamasına baxmayaraq Fəridə Həsənzadəyə və ona ödənilməli olan əmək haqqı, vergilər və digər dövlət rüsumu və ödənişləri üçün pul vəsaiti filialın hesabına "xxxx" MMC tərəfindən ödənilirdi. Yəni, Firuzə Əhmədovanın maliyyə vəsaitləri üzərində hər hansı sərəcam vermək, əmək haqqı köçürtmək üçün hüququ olmamışdır. 2023-cü ildən başlayaraq, filiala MMC tərəfindən əmək haqqı və digər məcburi ödənişlər (vergi, rüsum və s) köçürülməməyə başlamışdır. Bu səbəbdən də ona və Fəridə Həsənzadəyə əmək haqqı ödənilməsi mümkün olmamışdır. O, həmin vaxt Fəridə Həsənzadəyə əmək haqqı verilmədiyi üçün işdən öz ərizəsi ilə çıxmağı təklif etmişdir. Lakin, Fəridə Həsənzadə əmək haqqı verilmədiyi halda işdən çıxamayacağını bildirmişdir. Həmin vaxt hər iki şəxsin əmək haqqı verilməmişdir. Çünki, əmək haqqının verilməsi MMC-nin filialın hesabına köçürtdüyü vəsait hesabına verildiyindən əmək haqqının verilməsi mümkün olmamışdır. Bu səbəblərdən də, Fəridə Həsənzadə və Firuzə Əhmədova əmək haqqı almamışdır. Fəridə Həsənzadənin əmək müqaviləsinə xitam verilməsi zamanı da yuxarıda qeyd edilən səbəbdən əmək haqqı, son haqq hesab etmək mümkün olmamışdır. Mən qeyd edilən xüsusatlar barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinə rəsmi formada məlumat və izahat versə də, X6 Xidmətinin Bakı şəhər İdarəsində mənim haqlı tələbləri və sübutları nəzərə alınmamışdır. Belə ki, o, MMC tərəfindən filialın hesabına əmək haqqı və digər ödənişlər üçün hər hansı vəsait köçürülmədiyinə dair sübutlar təqdim etsədə, X6 Xidmətinin Bakı şəhər İdarəsi onun təqdim etdiyi sübutlar əsasında araşdırma aparıb, iş materiallarına əlavə edib, obyektiv qərar qəbul etmək əvəzinə yalnız şikayətçi Fəridə Həsənzadənin şikayətinə əsaslanaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Lakin X6 Xidmətinin Bakı şəhər İdarəsi işin hərtərəfli və və obyektiv araşdırılmasını təmin etməyərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin göstərdiyi xüsusatlara fikir verməyərək onun barəsində ədalətsiz və əsassız qərar qəbul etmişdir. Göründüyü kimi, X5 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərtib etdiyi protokoldan və şikayətçinin ərizəsindən başqa hər hansı sübut yoxdur. Qeyd olunanlara əsasən, hesab edirik ki, X2 əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X5 və onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun ifadə verərək təmin edilməsini, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini və X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə1 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin xx.xx.2024-cü tarixli, MN ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərardan görünür ki, vətəndaş X1 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilərkən son haqq-hesabı ödənilməmişdir. Buna görə də AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən "xxxx" MMC-nin Azərbaycan filialının direktoru X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişdən görünür ki, işəgötürənin nümayəndəsi X5 ilə işçi X4 arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bildirişi elektron sistemində qeyd alnmışdır. İş materiallarına əlavə edilmiş 23 avqust 2021-ci il tarixli “əmək müqaviləsindən” görünür ki, əmək müqaviləsi X4 ilə "xxxx" MMC-nin Azərbaycan filialının direktoru arasında bağlanılmışdır. İş materiallarına əlavə edilmiş etibarnamənin tərcümə olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı X3 bir sıra səlahiyyətlər o, cümlədən "xxxx" MMCnin Azərbaycan filialının idarə edilməsi, filial əməkdaşlarını işə qəbul etmək və işdən azad etmək, filialın fəaliyyəti ilə əlaqədar digər işləri yerinə yetirmək səlahiyyətləri verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən “işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəridir. Həmin məcəllənin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin əmək münasibətləri sahəsində əsas vəzifələridir. Həmin məcəllənin 42-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni qanun və Konstitusiya məhkəməsinin qərarı işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçinin işdən kənarlaşdırılmasının qaydasını müəyyən edir, ona riayyət edilməsini işəgötürənin üzərinə vəzifə kimi qoyur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası əmək və inzibati qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən X5 tərəfindən kobudcasına pozulmuşdur. "xxxx" MMC-nin Azərbaycan filialının direktoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin Azərbaycan filialının direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar