Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6580/2022 29.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1999-cu il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Tovuz rayonu, Aşağı Ayıblı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 09:20 radələrində idarə etdiyi “Toyota Prius (hibrid)” minik markalı, AZ **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Yasamal rayonu M.Həsənov küçəsində yolu qarşı tərəfə keçməyə çalışan piyada X1 vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, «Toyota Prius (hibrid)” minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşını BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində idarə etdiyi avtomaşın ilə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə “Asan xidmət” istiqamətində hərəkətdə olan zaman N.Hikmət küçəsi ilə kəsişməni bir neçə metr keçdikdən sonra 157 saylı binanın qarşısında sağında dayanan yük avtomobili keçən zaman həmin yük avtomobilinin qarşısından keçən piyadanı gördükdə avtomobili saxlamağa cəhd etmiş, lakin məsafə az olduğu üçün həmin piyadanı vurmuşdur. Daha sonra həmin piyadanı idarə etdiyi avtomobil ilə xəstəxanaya aparmışdır. O, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin nümayəndəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ-nin YNH baş inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi, “Toyota Prius (hibrid)” minik markalı, AZ **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 2-ci hissəsi və Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Yasamal rayon Polis İdarəsi DYPŞ-nin YNH baş inspektoru polis kapitanı X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və digər iş materialları ilə sübuta yetirilir. Odur ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin Şəxs şikayət və tələbin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Cavadzadə İş 3(004)-6580/2022 BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 09 mart 2022-ci il Bakı şəhəri Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında baxılır. Sədrlik edən saat 10:50-də məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Sədrlik edənin göstərişi əsasında məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlmişdir. Lakin iş üzrə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməsi ilə əlaqədar proses iştirakçısının fikrini soruşur. V.Ələkbərov:-məhkəmə iclasının davam etdirilməsini xahiş edirəm. Sədrlik edən yerində qısa müşavirə edərək qərara alır: Məhkəmə iclasının gəlməyən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Sədrlik edən proses iştirakçısının şəxsiyyətini müəyyən edir. Barəsində inzibati qaydada icraat aparılan şəxs: Şəxs – xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Sədrlik edən hakimi və katibi elan edir. Hakim Cavadzadə Rəşad Bəylər oğlu. Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızı. Sədrlik edən proses iştirakçısından hakimə və katibə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir. Sədrlik edənin s/c olaraq barəsində inzibati qaydada icraat aparılan şəxs: -Hüquq və vəzifələrim mənə aydındır. - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında protokol üzrə inzibati xətanın mahiyyətini, ona istinad edilən əməlin hüquqi tövsüfünü və həmin əmələ görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati tənbehi elan edir. Sədrlik edənin s/c olaraq barəsində inzibati qaydada icraat aparılan: -İzah etdikləriniz mənə aydındır. İnzibati xəta haqqında protokol üzrə özümü təqsirli bilirəm. Sədirlik edən izahat vermək üçün barəsində inzibati qaydada icraat aparılan Şəxs söz verir: V.Ələkbərovun izahatı: - Törətdiyim inzibati xəta üzrə özümü təqsirli bilirəm və qeyd edirəm ki, «Toyota Prius (hibrid)” minik markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomaşını BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edirəm. xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində idarə etdiyim avtomaşın ilə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə “Asan xidmət” istiqamətində hərəkətdə olan zaman N.Hikmət küçəsi ilə kəsişməni bir neçə metr keçdikdən sonra 157 saylı binanın qarşısında sağında dayanan yük avtomobili keçən zaman həmin yük avtomobilinin qarşısından keçən piyadanı gördükdə avtomobili saxlamağa cəhd etdim, lakin məsafə az olduğu üçün həmin piyadanı vurdum. Daha sonra həmin piyadanı idarə etdiyim avtomobil ilə xəstəxanaya apardım. Sədrlik edən s/c olaraq barəsində inzibati qaydada icraat aparılan şəxs: - Törətdiyim əməldən peşimanam. Əlavə sual daxil olmadı. Sədrlik edən iş üzrə sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı etirazların olub–olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etirazlar olmadı. Çıxış üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə söz verilir. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - Barəmdə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edirəm. Çıxış başa çatdı. Sədrlik edən müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası saat 11:00-da bağlı elan olunur. Məhkəmə iclas protokolu 09 mart 2022-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №3(004)-6580/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6580/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver