Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-6582/2024 17.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24513244 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24513244 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qurtqaşınlı küçəsi (Bakı, İnşaatçılar pr, 22L, GPS: 40.377434,49.819919) **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilini park etdiyinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən EQ 24513244 nömrəli elektron qərar tərtib olunaraq cərimə tətbiq olunub ki, guya o yol kəsişməsinə 5 metrdən az məsafədə avtomobilini park etmişdir. Belə ki, elektron qərara əlavə olunmuş şəkillərdən və məkanın koordinatlarından da görmək olur ki, İnşaatçılar prospekti ilə ara məhəllədən çıxan İsmayıl bəy Qutqaşınlı küçəsi ilə kəsişməyə çatmadan və həmin kəsişməyə 5 metrdən ən azı 10-15 metr çox məsafədə avtomobilini park etmişdir. YPX inspektoru onun avtomobilini yol kəsişməsinə 5 metrdən az məsafədə park etdiyini necə və hansı ölçmə üsulu ilə müəyyənləşdirib. Məsafəni müəyyən etmək üçün yeganə ağlabatan və məntiqli üsul məkanın koordinatları hesab edilir. Həmin məkanın koordinatlarına əsasən isə onun yol kəsişməsindən ən azı 5 metrdən çox məsafədə avtomobilini park etdiyini açıq-aydın görmək mümkündür. E-Polis mobil tətbiqində elektron qərara əlavə olunmuş məkana aid koordinatlar onun avomobilinin həmin vaxt İsmayıl bəy Qutqaşınlı küçəsində park etdiyi məkana əks istiqamətdə park etildiyini göstərir. X1 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılıb qərar çıxarılmasını xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara qiymət verərək şikayət qismən təmin edilməli, Bakı şəhər Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24513244 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsınə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24513244 saylı inzibati tənbeh vermə haqqında qərarın “Asan Ödəniş” portalından əldə edilmiş çıxarışından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə Bakı, İnşaatçılar pr,21 (GPS: 40.3766638,49.8198992) idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinin tələblərini pozduğuna görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış keçirən zaman müəyyən edilmişdir ki, X4 idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilini nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən çox olan məsafədə saxlamışdır. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə müəyyən olunan hallarla qərar qəbul edilərkən əsas götürülmüş inzibati xəta hadisəsini təsdiq edən fotoşəkillər arasında əsaslı fərqlər yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, bu hallar qərar qəbul etmiş orqan tərəfindən şikayət vermiş şəxsin iştirakı ilə araşdırılmalı və ondan sonra müvafiq qərar qəbul edilməlidir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1. bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş müəyyən edilmiş halda qərar ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X3 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24513244 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsınə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24513244 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-6582/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-6582/2024
17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver